THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Tahirə Allahyarova

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (II hissə)

2018-03-01 15:32:47

Azərbaycana qarşı qərəzli ''qara piar'' aparan ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı'', ''Jurnalistikanın İnkişafı Şəbəkəsi'' və Xədicə İsmayılın fəaliyyətində görünməyən tərəfləri geniş ictimaiyyətə açıqlamağa davam edirik. Əvvəli I yazımızda. Təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda nələr yazılıb? 2016-cı ildə təşkilatda keçirilən Audit yoxlaması üzrə Hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalar və həmin qrant və mükafatlar qeyd edilir.

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (I hissə)

2018-02-28 13:11:03

Azərbaycana qərəz və böhtan yağdırmaq üçün ''dəridən qabıqdan çıxan'', ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar quran uzun adlı ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi'' (bundan sonra OCCRP) olan bir təşkilat var. Təşkilatın yiyəsi – bütün dünyada araşdırmaçı jurnalistikanı inkişaf etdirmək üçün ABŞ-da təsis edilən – ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''dir. (The Journalism Development Network, Inc. (JDN). ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''ni 2004-cü ildə Dryu Sallivan adlı adam yaradıb. Əvvəl ixtisasca komediya aktyoru olan D.Sallivanı sonralar hansısa külək gətirib jurnalistikaya çıxarıb. O vaxtdan bəri adamın xroniki olaraq bir ayağı okeanın o tayında, o biri ayağı isə ''köhnə qitə''də, Şərqi Avropadadır.

Hibrid diplomatiya: beynəlxalq münasibətlərdə absurdun reallığı, yoxsa yeni çağırış? (Diplomatik və hərbi gücün sintezi – ildırım sürətli xarici siyasət dünyaya nə vəd edir?) – II hissə

2018-01-30 14:57:08

XX əsrin sonları – XXI əsrin əvvələrində bəhs edilən ""güc nəzəriyyələri" də, həmin vasitələrin daha dərin sintezi yönündə cəhdlərdən başqa bir şey deyildi. Hibrid diplomatiyanın gündəmə gəlməsi ilə, onların arasında mövcud olan kövrək sərhəd aradan qalxdı, birlikdə tətbiqi isə aşkar, nümayişkaranə şəkil aldı. Beləliklə, deyə bilərik ki, biz artıq ildırımsürətli, yaxud fövqəladə xarici siyasət əsrində yaşayırıq.

Hibrid diplomatiya: beynəlxalq münasibətlərdə absurdun reallığı, yoxsa yeni çağırış? (Diplomatik və hərbi gücün sintezi – ildırım sürətli xarici siyasət dünyaya nə vəd edir?) – I hissə

2018-01-29 12:23:35

Elmi leksikonda yeni terminlərin yaranması təbii prosesdir. Başqa sahələrlə müqayisədə, beynəlxalq münasibətlərin dəyişikliyini əks etdirən yeni sözlərin yaranması müəyyən zaman tələb edir. Sadəcə linqvistik tendensiya olmayıb, bəşəriyyətin yeni mərhələyə keçid almasını ifadə edir. XX əsrin ikinci yarısında beynəlxalq münasibətlər sisteminin dinamikasını ifadə edən bir neçə yeni termin ("ikiqütblü dünya", "soyuq müharibə", çoxqütblülük, qloballaşma və s.) elmi dövriyyəyə daxil oldu. Həmçinin, əsas modifikator/söz kimi "post" termininin tətbiqi (postmodern, posttarix, postklassik, post-Vestfal və s.) geniş hal aldı.

İstiqlal və inkişaf tariximizə fövqəladə və səlahiyyətli baxış

2016-10-27 13:40:50

Bu günlərdə Azərbaycan xalqı müstəqilliyinin bərpasının 25 illik yubileyini qeyd edir. Bu əlamətdar tarixə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev qət edilən mərhələdə dövlətimizin suveren daxili və xarici siyasətinin başlıca yekunları haqda danışarkən qeyd etmişdir: "Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. Üzv olduğumuz bütün təşkilatlarda sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün dünya bizim prinsipial mövqeyimizi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Dünyanın 155 ölkəsi bizə səs verdi. Dünya birliyi bu gün bizi dəstəkləyir''.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...