THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Flora Məmmədova

TTİT haqqında danışıqların gələcəyi varmı?

2016-11-21 17:38:56

Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTİT) fəaliyyətə başlaması ilə sözügedən layihə Avropa İttifaqı tərəfindən müxtəlif ziddiyyətli reaksiyalara səbəb oldu. Narahatlıq Avropa Komissiyasında və Avropanın özünün informasiyaya ümumi girişin yoxluğundan və danışıqların məxfiliyindən narazı olan əhalisi arasında da mövcuddur. TTİT layihəsinə dair Fransa prezidenti F.Olland kəskin fikir bildirdi. O qeyd etdi ki, ölkə Birləşmiş Ştatlar tərəfindən irəli sürülən şərtlərlə layihədə iştirak etməyə hazır deyil və Fransa "heç vaxt özünün kənd təsərrüfatı, mədəniyyət və dövlət satınalmaları bazarına girişin qarşılıqlığı sahəsində prinsiplərini şübhə altına qoymayacaq".

ABŞ siyasəti və qloballaşma: dünya maliyyə böhranından əvvəl və sonra

2016-08-13 15:53:48

2008-ci ilin maliyyə böhranı bütün dünyaya "amerikan imperiyası"nın tədricən zəifləməsini nümayiş etdirdi. Bu faktı da qeyd etmək lazımdır ki, heç vaxt qlobal iqtisadiyyatın vahid idarəetmə sistemi mövcud olmamışdır. Lakin bu, əsas iqtisadi fəaliyyətin qloballaşmasında ABŞ üçün maneə olmadı.

Birləşmiş Krallığın "atom ledisi" – Tereza Mey

2016-08-03 15:24:45

Birləşmiş Krallıq üçün 2016-cı il baş nazirin dəyişməsi ilə əlamətdar oldu. Artıq iyul ayında yeni baş nazir vəzifəsini Mühafizəkarlar partiyasının nümayəndəsi, hesabla ikinci qadın baş nazir olan Tereza Mey tutdu. Bu faktı qeyd etmək lazımdır ki, nə sabiq baş nazir Devid Kemeron, nə də indiki baş nazir Tereza Mey Britaniyanın Avropa İttifaqında üzvlüyünün tərəfdarı deyildirlər. Hər ikisi əmindir ki, Avropa İttifaqı Böyük Britaniyanın inkişafını tormozlayır və təşkilatdan çıxmaqla ölkə daha sərbəst və müstəqil siyasət apara, habelə iqtisadi rifah səviyyəsini yüksəldə biləcək. Öz bəyanatında T.Mey qeyd etdi ki, yeni hökumət ölkədə daha əvvəl keçirilmiş referendumun əsas nəticələrinin tərəfində olacaq.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...