THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Elçin Cəfərov

Ermənistanda hakimiyyət daxilində yeni savaş başlanır

2017-12-07 15:16:47

Konstitusiya dəyişikliklərindən sonra gələn ilin aprelindən Ermənistana baş nazir qismində kimin rəhbərlik edəcəyi indi işğalçı ölkənin gündəmində yer alan əsas məsələdir. Bu vaxta qədər indiki prezident Serj Sarkisyanın gələn ilin aprelindən etibarən baş nazir qismində ölkənin idarəsini davam etdirməsi üçün hazırlıq gedirdisə, indi ortaya müəyyən maneələrin çıxdığı məlum olub. Belə ki, indiki baş nazir Karen Karapetyan əvvəl hökumət başçısı postundan geri çəkilməyə hazır olduğunu bildirsə də, artıq mövqeyini dəyişib. O, bundan sonra da tutduğu vəzifədə qalmaq niyyətini bildirir və bu da Serj Sarkisyanın planları ilə tam ziddiyyət təşkil edir.

Ermənistan: əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır

2017-11-22 03:26:33

Ağır sosial-iqtisadi vəziyyət fonunda işğalçı Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunur. Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb. Məsələnin bu tərəfinə nəzər salan etnoqraf Granuş Xaratyan bildirir ki, ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısına ala bilməyib. Onun sözlərinə görə, bu gedişlə Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axının qarşısını almaq qətiyyən mümkün olmayacaq.

Erməni diasporu Sarkisyanın hakimiyyətdən getməsini istəyir

2016-08-12 14:45:00

Ermənistanda məlum silahlı qiyama cəhddən sonra ölkədə gərgin vəziyyət davam edir. Real mənzərənin təhlili göstərir ki, xalq həbsə atılan qiyamçıların azadlığa çıxmasında israrlıdır və bu məqsədlə etiraz aksiyaları davam edir. Lakin hakim düşərgə yaxşı bilir ki, həbsə atılanlar azad olunsa, onda hakimiyyətin mövqeyi daha da zəifləyəcək və onun istefası daha qəti tələb şəklində qoyulacaq. Bu səbəbdən həbsə atılanlara qarşı əlavə ittihamlar irəli sürülür, onların məsuliyyətini artıracaq yeni məqamlar dövriyyəyə daxil edilir.

Ermənistanda qiyamçılara qarşı repressiv siyasət yürüdülür

2016-08-09 21:45:13

Ermənistanda silahlı qiyama cəhd hakimiyyətin təzyiqləri nəticəsində yatırılsa da, ölkədə etiraz aksiyaları, bu fonda yaranan gərginlik səngimir. Yerevanda "Təsis parlamenti" təşkilatının üzvü Arutyun Ağlamazyanın təşkilatçılığı ilə yeni etiraz aksiyası keçirilib. Burada yüzlərlə insan qeyri-qanuni rejim tərəfindən həbs edilmiş Yerevan qiyamçılarının azad olunmasını tələb etmək üçün Azadlıq meydanında toplaşıb. Etirazçılar prezident sarayına yürüş etmək istəyiblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları Azadlıq meydanından kənara çıxmağa icazə verməyiblər.

Ermənistanda korrupsiya halları durmadan artır

2016-08-08 15:27:13

Səfalətin getdikcə daha dərin kök saldığı Ermənistanda tüğyan edən korrupsiya bu ölkədə sosial gərginliyi davamlı surətdə artırır. Əhalinin Serj Sarkisyan iqtidarına qarşı narazılığının sözügedən kontekstdə yüksəlməsinə baxmayaraq, hakim komanda təmsilçiləri xalqın gözü qarşısında milyonlarını sağa-sola səpməkdə davam edir. Buna konkret misal kimi "Aykakan jamanak" qəzeti yazır ki, Ermənistanın sabiq Qanunların Baş İcbari İcraçısı vəzifəsini tutan ədliyyə general-mayoru Miqran Poqosyan Londonun mərkəzində bütöv bir binanı satın alıb.

Ermənistanda hakimiyyətə qarşı yeni xalq hərəkatı başlanır

2016-08-02 10:33:20

Ermənistanda başlanan silahlı qiyam hakimiyyətin qeyri-adekvat güc tətbiqi və zorakılığı özündə ehtiva edən siyasəti nəticəsində yatırılsa da, xalqın Serj Sarkisyan iqtidarından narazılığı artan xətt üzrə inkişaf edir. Hesab olunur ki, bir qrup şəxsin silahlı qiyamı yeni xalq hərəkatına təkan verib. Əslində, bunu təslim olan qiyamçıların özləri də açıq şəkildə bəyan edirlər. Xatırladaq ki, Ermənistan polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub. İnformasiyaya görə, zəbt olunmuş polis alayının ərazisi qiyamçıların təslimindən əvvəl snayperlər tərəfindən atəşə tutulub, pilotsuz uçuş aparatı isə qiyamçıların başına bomba yağdırıb. Bunun ardınca patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.

Ermənistanda hakimiyyətin taleyi sual altındadır

2016-07-25 03:09:17

Ermənistanda son hadisələr ölkədə xalqla iqtidar arasında qarşıdurmanın daha da dərinləşdiyini göstərir. Hadisələrin bu məcrada inkişafını şərtləndirən əsas amil isə iyulun 17-də polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstənin fəaliyyəti olub. Hakimiyyət onları cinayətkar elan etsə də, xalq bu şəxsləri qəhrəman qismində görür. Odur ki, onları dəstəkləyənlərin sayı durmadan artır. Serj Sarkisyan iqtidarını da narahat edən əsas məqam məhz budur.

Ermənistan yeni çevriliş astanasında

2016-06-30 14:26:19

Bu il aprelin əvvəllərində cəbhədə baş verən məlum hadisələrdən sonra Ermənistan rəhbərliyinin xalq arasında mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Həm indiki Ermənistan iqtidarına, həm də onun nəzarətində olan Dağlıq Qarabağın separatçı rejiminə erməni cəmiyyətində yaranan narazılığın miqyasının daha da genişlənməsi müşahidə olunur. Belə vəziyyətdə çevrilişə cəhd edən ermənilərin sayı artır. Proseslərin gedişindən belə görünür ki, çevrilişə ilk cəhd işğal altındakı separatçı rejimdən başlana bilər. Hər halda, qondarma "DQR"in keçmiş "müdafiə naziri", bu günlərdə müəmmalı şəkildə Moskvadan Yerevana dönən, buradan da Qarabağa gələn Samvel Babayanın və tərəfdarlarının atdığı addımlar bu qənaətə gəlməyə əsas verir.

Ermənistanda məğlubiyyət ovqatı daha da artır

2016-06-21 11:26:13

Cari ilin aprelin əvvəlində cəbhədə məlum döyüşlər Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında kifayət qədər aciz olduğunu əyani surətdə nümayiş etdirdi. Bu fonda erməni ictimaiyyətinə bəlli oldu ki, ölkə rəhbərliyi ordu barədə indiyə qədər onları səhv məlumatlandırıb və xalqı aldatmaqla məşğul olub. Aprel döyüşlərindən sonra çətin duruma düşən Ermənistan rəhbərliyi isə vəziyyətdən çıxış yolu kimi Müdafiə Nazirliyində çoxsaylı həbslər aparmaqla, kadr dəyişiklikləri həyata keçirməklə ictimai qəzəbdən xilas olmaq istəyir. Yerli medianın yazdığına görə, artıq Ermənistan ordusunun daha bir yüksək rütbəli zabiti həbs edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz "facebook" səhifəsində yazıb ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin xüsusi təyinatlı qüvvələrinin polkovnik-leytenantı həbs edilib.

Ermənistan və erməni diasporu Qafqazda yeni etnik separatçılıq fəaliyyətinə başlayıb

2016-06-01 13:54:11

Tarix boyu qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürən, "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri, diaspor qüvvələri bununla yaşadıqları bütün ərazilərdə potensial təhlükə mənbəyi olduqlarını aydın şəkildə nümayiş etdirirlər. Bu çirkin məqsədlərinə çatmaq üçün ermənilər bütün üsullardan istifadə edirlər, terror, soyqırımları həyata keçirirlər. Bunun ən real nümunəsi qismində isə ermənilərin Azərbaycana qarşı işğalçı siyasəti və törətdikləri cinayətlərdir. Amma proseslər göstərir ki, Ermənistan hazırda regionda daha geniş miqyasda təhdid və separatçılıq mənbəyi kimi çıxış edir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...