THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Nərgiz Əfəndiyeva

Şərqi Asiya: gələcəyə ümidlə baxış

2016-02-09 13:31:00

Şərqi Asiya dövlətləri bir neçə onilliklər boyunca iqtisadi artımın ixracyönümlü modeli üzrə inkişaf edirdi. Bu, region ölkələrinin yüksək templərlə iqtisadi artımının əsası idi. Yüksək ixracat daxilolmaları və ticarət balanslarının xroniki profisitləri hesabına region dövlətləri qlobal disbalansların müsbət qütbünü formalaşdıraraq əhəmiyyətli həcmdə beynəlxalq ehtiyatlar yığıb topladılar ki, bu da xarici şoklara qarşı davam gətirmək, genişlənmələr və maliyyə sahəsində regional əməkdaşlıq təşəbbüsləri səmərəliliyinin yüksəldilməsi üçün möhkəm təməl yaratdı. Buna görə də 2008-2009-cu illərin qlobal maliyyə böhranının neqativ nəticələri bu regionun ölkələri üçün nisbətən daha az ağır olmaqla təxirə salınmış xarakter daşıyırdı.

İsveçrədə parlament seçkiləri: ifrat sağçıların misilsiz uğuru

2015-11-03 12:12:57

Ekspertlər qeyd edirlər ki, İsveçrə siyasətində ciddi şəkildə sağa meyllilik özünü göstərir. Millətçilərin qələbəsini Yaxın Şərq və Şimali Afrikadan gələn miqrant axını ilə əlaqələndirirlər. "Sesvermə aydın şəkildə göstərdi ki, xalq Avropaya kütləvi miqrasiyadan xeyli narahatdır", – deyə İXP-nin lideri Toni Brunner İsveçrə televiziyasına bildirib. İXP-nin nümayəndələri qeyd ediblər: ölkəyə "açıq şəkildə sağa istiqamətlənmiş yeni siyasət lazımdır". Sosialistlərin namizədi Rebekka Ruis şikayətlənir ki, "təəssüf ki, seçki kampaniyası ərzində cəmi bir mövzu üstünlük təşkil edib", buna görə də "insanlar qorxularından səs veriblər". Sağçıların qələbəsi əhalinin əcnəbilərin ölkədə yaşamasına məhdudiyyətlər qoyulmasının lehinə səs verdiyi ümumxalq referendumundan 20 ay sonra baş tutdu. Təbii olaraq, İXP bu ideyanı dəstəklədi.

Afrika və XXI əsrin çağırışları

2015-07-23 12:56:29

Müasir Afrikanın bir çox problemləri üçün zəmin hələ müstəmləkəçilər tərəfindən yaradılmışdır. Burada torpaqdan istifadə və kənd təsərrüfatı ənənələri, ictimai münasibətlər və mədəni xüsusiyyətlərlə hesablaşmayan avropalılar hər şeyi özlərinin istədikləri kimi qurur, bununla da ləng təsirli mina qoymuş olurdular. Həmin o minalar indi işə düşür. Bu gün Afrikanı və onun ehtiyatlarını istismar edən ABŞ başda olmaqla Qərb ölkələri və beynəlxalq şirkətlər burada yaranmış vəziyyətdən, özü də Qərb ölkələrinin özləri tərəfindən yaradılan vəziyyətdən bacarıqla istifadə edirlər. Zəifləmiş milli hökumətlər bir-birinin ardınca ABŞ-dan və onun müttəfiqlərindən asılı vəziyyətə düşür.

Yaxın Şərq: köhnə oyunun yeni qaydaları

2015-06-11 11:14:17

Yaxın Şərqdə dünyanın aparıcı dövlətlərinin maraqları toqquşur. Tarixən Yaxın Şərqdəki gündəliyə güclü təsir göstərən bəzi dövlətlər son illər regional strategiyalarına yenidən baxmağa başlamışlar. Ənənəvi nüfuza malik olan bir çox dövlətlərin zəifləməsi fonunda regiondaxili oyunçular sürətlə yüksəlməkdədir. Yeni reallıqlar nüfuz sferaları uğrunda mübarizənin kəskinləşməsini şərtləndirir. Yaxın Şərqdəki qüvvələr balansı və aparıcı oyunçuların davranışı bu və ya digər şəkildə regionun düyün problemləri ilə bağlıdır. Onların arasında İranın nüvə dosyesi, Suriya və Misirdəki vəziyyət, regional terrorçuluq, habelə Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi xüsusi yer tutur. Cari müvəqqəti və potensial ittifaqların hamısı göstərilən bu əsas məsələlərə yanaşmalardan asılıdır. Eyni zamanda, ənənəvi əlaqələrin zəifləməsi və konkret məsələlərin həlli üçün yeni müttəfiqlərin axtarılması tendensiyası da müşahidə olunmaqdadır.

Amerika-Çin münasibətləri yeni geosiyasi situasiyada

2015-06-02 14:18:47

Sənaye və maliyyə potensialının artım templərinə görə son 30 ildə dünyada lider olan və ikinci iqtisadiyyata malik olan bugünkü Çin dünyada ən iri ixracatçıya, kreditora, xammal ehtiyatları istehlakçısına, ən çox qızıl-valyuta ehtiyatlarına malik olan və gələcəkdə dünya ehtiyat valyutasına malik olacaq, ən çox əhalisi və ordusu olan dövlətə çevrilmişdir. Çinin qlobal proseslərdə rolu getdikcə artır. Bu proseslər yeni dünya nizamının formalaşmasına əsaslı təsir göstərir. Dünya nizamının gələcək inkişafı üçün ÇXR-in dünya siyasətinin aparıcı oyunçuları ilə, xüsusən də ABŞ-la münasibətləri böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...