THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Ərəstü Həbibbəyli

2014-cü ildə Azərbaycanın qonşuları: geosiyasi mənzərə

2014-12-16 11:36:26

Geosiyasi cəhətdən olduqca həssas regionda yerləşən Azərbaycan Respublikası müstəqilliyinin 23-cü ilini dünyada öz siyasi əhəmiyyətini daha da artırmaqla keçirdi. Şərqlə Qərbin, Şimalla Cənubun, islam və xristian dünyasının kəsişməsində yerləşən bir ölkə üçün qonşularının ili hansı notlarla yekunlaşdırması geosiyasi vəziyyətin qiymətləndirilməsi baxımından olduqca vacibdir. Məlum olduğu kimi, ölkəmizin yerləşdiyi regionda bir-birindən tamamilə fərqli siyasi xəttə üstünlük verən 3 böyük dövlət – Rusiya, Türkiyə və İran üçün 2014-cü il sıradan bir il olmamışdır. Son günlərini yaşadığımız bu ildə hər 3 dövlətin xarici siyasətində mühüm dəyişikliklər baş vermiş, mürəkkəb proseslər yaşanmışdır. Cənub Qafqazda Azərbaycanın strateji müttəfiqi olan Gürcüstan da öz müstəqil inkişafında tarixi əhəmiyyətli 365 gün yaşayır. Regionda daim sabitliyi pozan faktor kimi çıxış edən Ermənistan üçün də yaşadığımız il xarici siyasət prioritetlərinin seçim ili olmuşdur.

Ermənistanın Vatikan qarşısında oyunlarının pərdəarxası

2014-09-29 10:29:08

Özlərini dünyanın ilk xristian dövləti elan edən ermənilər əsrlər boyu bu kartdan məharətlə istifadə etməyə çalışmışlar. Tarix boyu dövlətçilik təcrübəsi olmayan ermənilər üçün dini faktor hər zaman manipulyasiya vasitəsi olmuşdur. Maraqlıdır ki, ayrı-ayrı regionlarda xristianlıq ermənilərin fərqli məqsədlərinə xidmət etmişdir. Fikrimizcə, buna görədir ki, sayları cəmi bir neçə milyon olan bu xalqın nümayəndələri xristianlığın bütün əsas qol və təriqətlərinə xidmət edirlər. Qriqoryan, katolik, protestant, yunan-pravoslav, monofizit, diofizit, evangelist və digər dini əqidə daşıyan ermənilər dünyaya səpələnmişlər. Hələ müsəlman-ermənilər də ayrıca mövzudur. Türkiyədə dağlıq ərazidə yaşayan hamşinlər ermənilərin xüsusi qolu hesab olunur. Müşahidələr göstərir ki, yaşadıqları əraziyə uyğun olaraq müxtəlif dini əqidə daşıyıcısı olmaq daha çox ermənilərin siyasi məqsədlərinə xidmət edir.

Türkiyə-Ermənistan yaxınlaşmasında ən maraqlı tərəf – Gülbenkyan Fondu

2014-08-28 12:01:03

Türkiyənin xarici siyasətində son 10 ildə böyük dəyişikliklər baş vermişdir. Bir tərəfdən Türkiyə regionda əsas söz sahiblərindən birinə çevrilmişdirsə, digər tərəfdən ikitərəfli münasibətlərdə, xüsusən qonşularla əlaqələrdə gərginliklər müşahidə olunur. Türkiyə iqtisadi cəhətdən güclənərək Dünya Bankı, Beynəlxalq Valyuta Fondu qarşısında bütün borclarını qaytarmış, regional və qlobal əhəmiyyətli enerji və infrastruktur layihələrində iştirak etməklə mühüm iqtisadi qovşağa çevrilmişdir...

Dünya çempionatının siyasi cizgiləri

2014-07-15 11:28:20

''Futbol paytaxtı'' Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı Almaniyanın qələbəsi ilə başa çatdı. Hər bir böyük idman yarışı kimi bu tədbir də idman tarixinə yazılmaqla yanaşı siyasi məqamlarla da yadda qaldı. İlk növbədə bütün dünya ictimaiyyəti Braziliyada futbolun bayram kimi qeyd olunacağını gözlədiyi halda, ard-arda tətil və etirazların keçirilməsi təəccüb doğurdu. Hələ çempionat başlamazdan öncə yerli əhali infrastruktur layihələrinə sərf edilən vəsaitin sosial ehtiyaclara yönəldilməsi tələbi ilə böyük...

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – II yazı

2014-07-04 10:49:13

Hazırda dünya miqyasında müşahidə olunan iqtisadi tənəzzül Qərbin multikultural dəyərlərinə öz mənfi təsirini göstərir. Belə ki, Avropada iqtisadi böhran, xüsusən də işsizlik səviyyəsi yüksək olan ölkələrdə yeni sakinlərə münasibət daha aqressivdir. Fransanın "Le Parisien Dimanche" qəzeti Avropa İttifaqına üzv ölkələrdə işçi miqrantların sərbəst hərəkətinə məhdudiyyət qoyulması ilə əlaqədar keçirilən referenduma fransızların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirmişdir...

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – I yazı

2014-07-02 11:08:44

Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur. Belə olan halda immiqrant ölkələr olaraq xarakterizə olunan Avropa dövlətləri fərqli mədəniyyət və dini daşıyıcılar olan mühacirləri Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar. Yəni, çoxmədəniyyətlilik yalnız Qərb dəyərlərinin dominantlığı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən tərkib hissəsi kimi qəbul oluna bilər. Bu isə müasir dövrdə...

ABŞ-ın Cənubi Qafqazda prioritetləri

2014-05-30 10:16:26

Tarixən Rusiya, Türkiyə və İran arasında nüfuz mübarizəsinin getdiyi Cənubi Qafqaz regionu müasir dövrümüzdə qlobal geosiyasi güclərin mübarizə meydanına çevrilmişdir. XX əsr boyunca Qafqaz Qərb bloku üçün Sovetlər Birliyi ilə mübarizənin ön cəbhəsi olmuşdur. Bu regionda Qərb öz maraqlarını NATO üzvü olan Türkiyə üzərindən qurmuşdur. Soyuq müharibənin başa çatmasından sonra yaranmış geosiyasi şəraitdə isə Qərb, ilk növbədə qlobal güc olaraq ABŞ üçün Cənubi Qafqaz iki böyük dövlətə qarşı rəqabət məkanı olmuşdur. ABŞ-ın bu regionda əsas geosiyasi...

Diplomatiyanın ''məbəd düyünü''

2014-02-05 09:50:51

II dünya müharibəsindən sonra geosiyasi səhnədə böyük dövlətlər arasında mübarizə artıq müharibə deyil, digər vasitələrlə aparılmağa başlanmışdır. Bir tərəfdən böyük dövlətlərin arsenalında nüvə silahının olması buna təsir edirdisə, digər mühüm amil yeni dövrdə artıq müharibədən daha effektli təzyiq və təsir vasitələrinin tətbiqi ilə əlaqədardır. Bu mənada diplomatiya geosiyasi səhnədə həlledici amilə çevrilmişdir. Yeni minillikdən başlayaraq isə artıq beynəlxalq münasibətlər sistemində ənənəvi olmayan diplomatik gedişlər...

Sivilizasiyaların kəsişməsində Afrika – IV yazı

2013-10-11 13:18:45

Səhraaltı Afrikada dini zəmində sivilizasiyalararası mübarizəni 2 kateqoriya üzrə müqayisə etmək olar. Birincisi, müsəlmanların çoxluq təşkil etdiyi ölkələr – Seneqal (94%), Qambiya (90%), Qvineya (85%), Burkino-Faso (60%), Syerra-Leone (60%), Qvineya-Bisau (50%), Kot-Divuar (39%). Bu ölkələrdə etnik zəmində xüsusi problemlər müşahidə olunmur. Ortaq dəyərləri bölüşən tayfalar arasında baş verən qarşıdurmaları isə heç bir halda sivilizasiyaların mübarizəsi kimi qiymətləndirmək doğru olmaz...

Sivilizasiyaların kəsişməsində Afrika – III yazı

2013-10-10 12:55:45

Bu regionda islam-xristian qarşıdurması və ümumiyyətlə fərqli sivilizasiya daşıyıcılarının kəskin mübarizəsi müşahidə edilmir. Lakin geosiyasi baxımdan olduqca həssasdır və sabitliyə təhlükə baxımından müxtəlif tayfaların separatist meyllərini qeyd etmək olar. Region üçün ən həssas məsələ tuareqlərin taleyi ilə bağlıdır. Hər tərəfdən islam dövlətləri ilə sərhəd olan Malidə əhalinin 90%-i müsəlmandır. Dini təfriqə baxımından hər hansı münaqişə hiss olunmur...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?
20 dekabr 2017 Росбалт

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?

В Армении разразился новый скандал из-за «самоуправства» пограничников РФ

Davamı...
Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...