THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Ərəstü Həbibbəyli

Türk əsgəri ümid yeri – "Zeytun budağı" əməliyyatına baxış

2018-01-31 09:38:04

Tarixən Azərbaycanın yerləşdiyi Qafqaz və yaxın təmasda olduğumuz Yaxın Şərq regionları dünyanın geosiyasi cəhətdən ən həssas və qaynar bölgələri hesab olunmuşlar. Dünyanın əsas güc mərkəzlərinin bu coğrafiyada daimi maraqları hər zaman sabitliyə böyük təhdid olmuşdur. Yaşadığımız dövrdə də regionda böyük güclərin fərqli mövqe və niyyətləri geosiyasi mənzərəyə ciddi təsir göstərir. Müşahidələrimiz göstərir ki, XXI əsrin əvvəllərində baş verən proseslər bir çox xüsusiyyətlərinə görə XX əsrin əvvəllərində baş verən hadisələri xatırladır. Keçən 100 il ərzində geosiyasi şəraitdə və proseslərin iştirakçıları arasında müəyyən dəyişikliklər baş versə də, hadisələr öz mahiyyət etibarı ilə dəyişməmişdir.

Sivilizasiyalar arasında dialoqa ən böyük maneə: müasir səlib yürüşləri

2017-12-21 15:19:47

Bəşər tarixi, eləcə də qlobal dünya nizamı əksər vaxtlarda fərqli dinlərin mübarizəsi üzərində qurulmuşdur. Bizim eranın başlanğıcının xristianlığın yaranması yaxud Hicri təqviminin İslam dininin yaranması ilə müəyyən edilməsi dini faktorun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini daha aydın göstərir. Qədim dünya isə Şərqdə Çin fəlsəfəsi Konfutsi, Hind fəlsəfəsi Vedalar və Yoqa, İran dünyagörüşü Zərdüştlük, Türk Tanrıçılığı üzərində qurulmuşdu. Qərbdə isə xristianlığa qədər qədim Yunan və Roma fəlsəfi məktəbləri hakim idi. Dünya nizamı isə qlobal xarakter daşımırdı və fərqli ölkələrdə cəmiyyətin idarəedilməsi izolyasionizmə, öz dəyər və qanunları ilə yaşayışa əsaslanırdı. Həmin tarixi mərhələdə qlobal dünya nizamı olmasa da fərqli sivilizasiyalar arasında daim dialoq olmuş və bu dialoq fərqli dəyərlərin zənginliyinə xidmət etmişdir. Fərqli dəyər daşıyıcıları özgə dəyərləri qəbul etməsələr belə, başqalarına öz dəyərlərini zorla sırımağa da çalışmamışlar. Belə demək mümkünsə fərqliliklər özü bir dəyər sayılırdı.

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ilə Borçalı azərbaycanlıları üz-üzə

2017-12-15 11:33:40

Qafqaz bütün bəşər tarixi boyu daim təlatümlü bir region olmuşdur. Bu ilk növbədə regionun coğrafi və strateji mövqeyi, eləcə də müxtəlif dinlərin və sivilizasiyaların kəsişməsində yerləşməsi ilə əlaqədardır. Bu faktorlar yaşadığımız minillikdə də Qafqazın geosiyasi mövqeyinin müəyyən olunmasında əhəmiyyətli yer tutur. Lakin fikrimizcə, günümüzdə Qafqazda mövcud vəziyyətin daim bir barıt çəlləyini xatırlatması XVII-XVIII əsr Rusiya-Türkiyə və Rusiya-İran müharibələri nəticəsində ermənilərin bu regiona kütləvi köçürülməsi ilə birbaşa əlaqədardır. Təsadüfi deyil ki, bütün tarix boyunca "böyük dövlətlərin maşası" rolunu yerinə yetirən ermənilər son 200 il ərzində bütün Qafqazda sabitliyi pozan, dağıdıcı funksiya yerinə yetirmişlər. Ermənilərin bu dağıdıcılıq funksiyası həm Cənubi Qafqazın müstəqil respublikaları olan Azərbaycan və Gürcüstanda, həm də ümumilikdə bütün Qafqazda özünü göstərir.

Anti-separatizmə Türkman nümunəsi

2017-11-30 13:35:05

Qloballaşma proseslərinin cəmiyyətin bütün səviyyələrdə həyatına dərindən nüfuz etdiyi müasir dövrümüzdə ən böyük təhdidlərdən biri separatçılıqdır. Nə qədər paradoksal olsa belə nəinki, iqtisadi, siyasi və ya mədəni birliyə, hətta vahid dəyərlərin yaradılmasına yönəlmiş qloballaşma separatçılığın, bölücülüyün genişlənməsinə mane ola bilmədi. Görəsən yeni minillikdə bəşəriyyətin ən böyük başağrısına çevrilmiş separatçılığın həqiqi səbəbləri nədir? Niyə fərqli regionlarda və fərqli cəmiyyətlərdə separatçılığa fərqli yanaşılır?

Azərbaycan-Türkiyə "bir millət iki dövlətdir" – heç bir kripto buna mane ola bilməz

2017-10-18 15:29:29

Son vaxtlar Türkiyədə müəyyən xarici qüvvələr tərəfindən idarə olunan bəzi şəxslərin atdığı addımlar Azərbaycan ictimaiyyətində narahatlıqla izlənilir. Belə ki, sentyabrda bir neçə Türkiyə vətəndaşının ermənilər tərəfindən işğal edilən Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa qanunsuz səfər etməsi, oktyabrda isə Avropa Şurası Parlament Assambleyasında başda Dəniz Baykal olmaqla Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkillərinin "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs vermələri böyük müzakirələrə səbəb olmuşdur.

Geosiyasi oyunlarda asimmetrik mübarizənin yeni aləti – həmşinlilər

2017-10-14 14:22:06

Yeni minillik cəmiyyətin adi həyatından tutmuş dövlətlərarası münasibətlərədək bütün sahələrdə uzun bir tarixi dövr üçün xarakterik olan əlaqələrdən fərqli, ənənəvi olmayan mübarizə formalarının yaranması ilə səciyyələnir. Bu yeni yanaşma dövlətlər arasında asimmetrik mübarizəni, bəzənsə hibrid müharibəsi adlandırdığımız forma və metodların ortaya çıxmasını şərtləndirmişdir. Artıq hər hansı bir dövlətə hücum üçün hərbi texnika və ordu mütləq şərt deyil. Hibrid müharibəsi adlandırılan yeni anlayış dövlətləri daxildən sarsıda bilmək və ya informasiya təzyiqi nəticəsində hədəfə çatmaq məqsədi daşıyır. Bu mənada dövlətlərin daxili sabitliyini pozmağa yönəlmiş asimmetrik mübarizə metodları hətta birbaşa hərbi işğaldan daha təhlükəlidir. Müasir dövrümüzdə nüvə silahının yaratdığı təhlükədən ehtiyatlanan böyük dövlətlərin arsenalında asimmetrik mübarizə daha çox istifadə olunan silahdır. Buna görə də asimmetrik mübarizəni geosiyasi oyunların əsas komponenti adlandırmaq olar. Bu baxımdan daim böyük geosiyasi oyunçuların əlində alət olan ermənilərin bu yeni mübarizə metodlarına əl atmasını təsadüfi hesab etmək olmaz.

Vikipediyanın türk bölməsində Dağlıq Qarabağ

2017-10-04 13:02:04

Üçüncü minillikdə bütün dünyada informasiya axtarışında fundamental dəyişikliklər müşahidə olunmaqdadır. Uzun bir dövr ərzində formalaşmış ensiklopediya buraxılışında da yeni bir anlayış ortaya çıxmışdır. Elektron ensiklopediya adlanan Vikipediya bu sahədə ənənəvi məktəbin bütün qaydalarını pozaraq sürətlə yayılmağa başlandı. Klassik mənada ensiklopediya mötəbər müəlliflər kollektivi tərəfindən hazırlanan, müxtəlif elmi mərkəzlər tərəfindən təsdiqlənən etibarlı informasiya mənbəyi olmuşdur. Vikipediya isə əksər hallarda həvəskarlar tərəfindən toplanan, ciddi akademik istinad üçün əsas ola bilməyəcək bir informasiya resursudur. Məlumatların qərəzli və ya doğru olması bir çox hallarda həmin mövzu üzrə mütəxəssis olmayan həvəskar və ya könüllü idarəçilərin rəyindən asılıdır. Lakin informasiya əsrində yaşamağımız öz təsirini göstərmişdir. Hər nə qədər bu məlumatlar obyektiv deyil subyektiv xarakter daşısa da, hazırda Vikipediya ən çox istifadə olunan mənbələrdən biridir.

Yeni tədris ili Azərbaycanda və Ermənistanda

2017-09-15 13:58:30

Təhsil hər bir cəmiyyətin bünövrəsi və eyni zamanda gələcəyidir. Müasir dövrümüzdə beynəlxalq müstəvidə dövlətlərin reytinqi də ilk növbədə təhsilə, insan kapitalına ayırdığı diqqət və məsrəflə sıx bağlıdır. Heç də təsadüfi deyil ki, ölkələrin inkişaf səviyyəsində İnsan Kapitalı İndeksi getdikcə hətta iqtisadi göstəricilərdən belə üstün tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ortaya qoyulmuş "qara qızılı insan kapitalına çevirmək" prinsipi dövlətimizin qarşısında dayanan ən əsas vəzifələrdən biridir və bu istiqamətdə davamlı şəkildə addımlar atılır. Azərbaycan təhsilə böyük sərmayə qoyur. Sovetlər İttifaqının dağılmasından sonra bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi böhran var idi. Bu böhran müstəqilliyini yenicə qazanmış bir sıra ölkələrdə təhsil səviyyəsinin kəskin düşməsinə, paralel olaraq radikal meyllərin artmasına gətirib çıxarmışdı. Azərbaycanda isə hazırda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb tikilərək istifadəyə verilib və ya əsaslı təmir olunub.

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi: tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol

2017-08-29 14:53:21

Ortaq soykökü, birgə tarix, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan müasir dövrdə Avrasiya məkanında müstəqil siyasət yeridən lider dövlətlərdir. Hər iki ölkə mühüm geostrateji mövqeyə, zəngin enerji resurslarına malikdir, enerji və nəqliyyat qovşaqlarının üzərində yerləşir və tarixən harmonik multikultural mühitlə fərqləniblər. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan Azərbaycan üçün Şərqə doğru mühüm dəhliz, Azərbaycan isə Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan qapıdır.

Multikultural mühitdə "doğma" və "özgə" anlayışı

2017-07-03 14:30:29

Beynəlxalq aləmdə və ölkə içində cəmiyyət daxilində qloballaşma proseslərinin təsiri altında baş verən transformasiyalar müasir dövrümüzün ən mühüm çağırışlarındandır. Qloballaşma universal dəyərlər, multikultural mühit, fərqliliklərə dözümlü yanaşma, proses və hadisələrin astronomik sürəti ilə səciyyələnir. Bu baxımdan qlobal müstəvidə yeni dünya nizamında da qeyd etdiyimiz məqamlar öz əksini tapmaya bilməz. Liberal dünya quruluşu tərəfdarları bütün dünyada universal dəyərlərin, həm də yalnız Qərbin qəbul etdiyi vahid universal dəyərlərin cəmiyyətin və beynəlxalq münasibətlər sisteminin əsasında dayanmalı olduğunu təbliğ edirlər. Əslində yalnız Qərbin qəbul etdiyi dəyərlərin universal adlandırılmasının özü-özlüyündə ümumbəşəri xarakter daşıya bilməsi və bütün dünyaya aid edilməsi doğru yanaşma deyil.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...