THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Fuad Çıraqov

ABŞ-da prezident seçkilərinin beynəlxalq iqtisadi münasibətlər sistemində əksi

2016-11-08 14:26:45

Dünyadakı bütün siyasi təhlilçilərin, eləcə də adi insanların hazırda diqqəti noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəlib. Hamı bu ilin prezident seçkilərinin əvvəlkilərdən daha gərgin şəraitdə keçdiyini, namizədlərin bir-birinə ən ağır təhqir ifadələri ilə keçdiyini görür. Bu ilki prezident seçkilərinin əvvəlkilərdən daha gərgin şəraitdə keçməsinin ilk səbəbi 2008-ci ildən dünyada başlayan iqtisadi böhranın ABŞ vətəndaşlarının sosial iqtisadi vəziyyətinə ağır zərbə vurması nəticəsində iqtisadi və siyasi qütbləşmənin daha da dərinləşməsidir. Məşhur təhlilçilər ABŞ-dakı siyasi qütbləşməni 1929-1933-cü illərin Böyük iqtisadi böhranından sonra Avropadakı radikal sol və faşizm ideyalarının populyarlıq qazanması ilə müqayisə edir.

Paris terror aktı Rusiya-Qərb ideoloji qarşıdurması müstəvisində

2015-12-02 15:18:22

Suriya Prezidenti Bəşər Əsəd Parisdəki terror aktından sonra fransız mətbuatına müsahibəsində Rusiya prezidenti V.Putini "xristian sivilizasiyasının yeganə müdafiəçisi" adlandırdı. Bu ifadə təsadüfi olmamaqla, Fransada və Avropada liberal dəyərlərə qarşı mübarizə aparan Avropa İttifaqı əleyhdarı Mari Le Pen və getdikcə güclənən digər sağçı milliyyətçi müxalifətin dəstəyini qazanmağa hesablanmışdı. Siyasi təhlilçilər Rusiya ilə Qərb arasında son illərdə gərginləşməni əsasən ya ''soyuq müharibə''nin paradiqmaları, ya klassik geosiyasi maraq dairələri uğrunda mübarizə, ya da ki, cari hadisələrin xronologiyası prizmasından dəyərləndirirlər.

"İki üzüyün hökmranlığı" uğrunda Suriya mübarizəsi

2015-10-21 13:52:45

Keçən il Ukrayna hadisələrinin ən qızğın vaxtında ABŞ prezidenti B.Obama Asiya turnesinə çıxaraq, Maniladan Ukrayna hadisələri ilə bağlı mesaj verdi və Rusiyanı "yalnız özünün qonşularını təhdid edə bilən regional güc" adlandırdı. Bu səfərin məqsədi Sakit okean və Şərqi Asiya ölkələrini özündə birləşdirəcək iqtisadi blokun yaradılması istiqamətində danışıqlar idi. Bu il də Suriya ətrafında hadisələrin ən qızğın çağında və Rusiyanın bölgədəki hadisələrə fəal müdaxiləsi dünya mətbuatının diqqət mərkəzində olduğu bir zaman oktyabrın 5-də özündə ABŞ, Bruney, Çili, Yeni Zelandiya, Sinqapur, Avstraliya, Kanada, Yaponiya, Malayziya, Meksika, Peru, Vyetnamı birləşdirən "Trans Pacific Partnership" (TPP) adlandırılan ticarət bloku imzalandı. ABŞ-ın buna bənzər müqaviləni Avropa İttifaqı ölkələri ilə imzalaması planlaşdırılır.

ABŞ-da siyasi və ideoloji ziddiyyətlər

2015-03-12 09:12:34

Hazırda dünya tarixinin ən maraqlı, dinamik və ilk baxışda xaotik görünən dövrlərindən birini yaşayırıq. Dünyanın bir birindən coğrafi baxımdan uzaq nöqtələrində siyasi, iqtisadi, sosial proseslər, həmçinin sənayenin və iqtisadiyyatın bir sıra sahələrindəki elmi texnoloji inqilabdan irəli gələn keyfiyyət dəyişiklikləri ilk baxışda əlaqəsiz və bir-birinə təsir etməyən hadisələr kimi təəssürat bağışlasa da, dərinləşən qloballaşma ilə əslində bu proseslərin bir-birinə təsiri və qarşılıqlı asılılığı artmaqdadır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...