Şərq-Qərb enerji dəhlizi "NABUCCO" layihəsi ilə başlamasa da, "NABUCCO" Cənub Qaz Dəhlizinin "tacın ən qiymətli daşı'' hesab edilirdi. 2009-cu ildə Ankara müqaviləsinin imzalanması ilə "NABUCCO Konsorsiumu'' təsis edildi və Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyanın iştirakı ilə Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstan üzərindən keçməklə, Avstriyaya qədər uzanacaq, 31 milyard kubmetr gücündə təbii qaz boru kəmərinin inşası qərarı verildi. "NABUCCO" Türkiyənin Ərzurum şəhərində "Cənub Qafqaz" və ''Trans-Xəzər'' boru kəmərləri ilə birləşməli və Avropanın Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə Azərbaycan və Türkmənistan qazını Avropaya nəql etməli idi.
Müəllif: İlqar Qurbanov
SSRİ-nin süqutundan sonra 90-ci illərdə meydana gəlmiş yeni Rusiya siyasi elitası liberal baxışlar, Avro-Atlantik inteqrasiya arzusu və Qərbin əleyhdarı olan hökumətlərin dəstləklənməsinə müxalif mövqeyə malik idi. Lakin 2000-ci illərdə Vladimir Putinin hakimiyyətə gəlişi ilə Rusiya tamamilə fərqli bir yol seçdi. Rusiyanın xarici siyasətlə yanaşı yürütdüyü qaz siyasəti qaz böhranı, qazın təminatında fasilələr və "Qazprom''-un qonşu Avropa dövlətlərində inhisarı ilə yadda qaldı. Ancaq Ukraynada baş vermiş böhran və Krımın ilhaqı "Cənub Axını'' layihəsi istiqamətində Rusiyanın manevr etmək imkanını məhdudlaşdırdı, çünki Aİ Üçüncü Enerji Paketinin qaydaları və beynəlxalq sanksiyalar tətbiqi nəticəsində layihənin Rusiya bankları tərəfindən maliyyələşdirilməsinin qarşısı alındı.
Qışın gəlişi və Ukrayna böhranı fonunda Aİ-nın qaz təminatının dayanıqlığı ilə bağlı narahatlıq artmışdır. Bu isə öz növbəsində Aİ-nı daxili tələbatı ödəmək məqsədilə etibarlı mənbələr axtarmağa vadar edir. Belə bir qənaət var ki, maye qaz (MQ) Aİ-nı Rusiyadan gələn qazın verilməsində yarana biləcək problemlərdən sığortalaya bilər. Hazırda Aİ-nın MQ idxalının 25 faizi Norveç, Qətər, Əlcəzair, Nigeriya, Misir, Liviya və Trinidad və Tobaqonun üzərinə düşür, potensial ixracatçılar isə ABŞ və Avstraliyadır.
Aİ-nin Şərqi Aralıq dənizinin təbii qazı perspektivləri: Beşinci enerji dəhlizi ilə bağlı çağırışlar
Ukrayna böhranı fonunda təchizatın şaxələndirilməsi və Rusiyanın qaz inhisarının azaldılmasının zərurəti ittifaq üçün mühüm vəzifəyə çevrilmişdir. Dördüncü enerji dəhlizi hesab olunan Cənub Qaz Dəhlizinin buradakı rolu danılmazdır. Lakin CQD vasitəsilə Avropaya nəql ediləcək qazın həcmi nəzərə alınsa, layihənin dönüş yaradacağı ehtimalı olduqca azdır. Mənbə və marşrutların şaxələndirilməsi üçün çoxsaylı alternativlər mövcuddur. Şərqi Aralıq dənizinin karbohidrogen ehtiyatları Aİ-nin şaxələndirmə siyasəti üçün növbəti alternativ olmaya da bilər.
Xəzərin statusunun tarixçəsi yenilik deyil, çünki bu mövzu Sovet dönəmində və hətta bundan öncə də sahilyanı dövlətlərin normativ gündəliyində duran məsələ olmuşdur. Xəzərin taleyi ilk olaraq Peterburq, Rəşt, Gülüstan və Türkmənçay müqavilələri, həmçinin Rusiya və İran (o zaman SSRİ və İran) arasında imzalanmış, "Dostluq müqaviləsi" və "Ticarət və dənizçilik müqaviləsi" vasitəsilə müəyyən edilmişdir. Həmin müqavilələr nəticəsində İranın Xəzər dənizindəki fəaliyyəti məhdud dənizçilik və balıqçılıq zonalarının müəyyən edilməsi ilə nəticələnmiş və ölkə burada dəniz qüvvələrinin yerləşdirilməsi hüququndan məhrum edilmişdir. Sovet İttifaqının süqutundan sonra belə, yeni yaranmış Xəzəryanı dövlətlər də Sovet vaxtının müqaviləsinə sadiqliyini bəyan etmişlər.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...