THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Elsevər Abdullayev

İranla bağlı danışıqlar: Nüvə məsələsi çıxılmaz vəziyyətdədir

2014-12-17 18:20:31

Tehranın nüvə proqramı ilə əlaqədar Vyanada İranla dünyanın altı aparıcı dövləti (Rusiya, Fransa, Almaniya, Çin, ABŞ və Böyük Britaniya) arasında aparılan danışıqların final mərhələsi nəticəsiz başa çatdı. Doğrudur, tərəflər danışıqları daha yarım il uzatmaqla bağlı razılığa gəlsələr də bu danışıqların uğurla nəticələnəcəyi böyük sual altındadır. İran tərəfi ilə "altılıq" ölkələrinin apardığı danışıqlar uzun müddətdir ki, davam edir. İran iddia edir ki, ölkənin nüvə proqramı dinc məqsəd daşıyır, bu zaman əksər Qərb ölkələri güman edirlər ki, əslində, İran tərəfi nüvə silahı üzərində işləyir.

Minsk formatı müvəffəqiyyətsizliyə uğrayır: yenidən qarşıdurmanın astanasında

2014-12-10 11:00:12

Ukraynanın şərqindəki münaqişənin nizamlanmasında hələ əvvəldən Minsk formatının zəif olduğu görünürdü. Buna baxmayaraq, o, iki ay ərzində bölgədə müəyyən atəşkəsə nail ola bildi. Amma noyabrın əvvəlində DXR (Donetsk Xalq Respublikası) və LXR-də (Luqansk Xalq Respublikası) keçirilən seçkilər şərti də olsa Ukraynanın şərqində atəşkəsi təmin edən Minsk müqaviləsinin iflasına səbəb oldu. Bu isə qaçılmaz olaraq müzakirələrdə ziddiyyətə gətirib çıxarır və Minsk formatı isə deyəsən, keçirilən seçkilərin sınağına davam gətirmir. Hadisələrin fonunda Donbasda Ukrayna münaqişəsinin nizamlanmasının "Minsk formatını" sarsıtmağa və hərbi münaqişəni yeni mərhələyə gətirməyə qadir olan yerli hərbi əməliyyatlar yenidən başladı.

"Böyük iyirmilik" sammiti: Avstraliya görüşü ziddiyyətləri aradan qaldırmadı

2014-11-21 14:43:15

Avstraliyanın Brisben şəhərində Qərblə Rusiya arasındakı münasibətlərdə mövcud olan anlaşılmazlıq və inamsızlığı növbəti dəfə üzə çıxaran "Böyük iyirmilik" (G20) dövlətlərinin sammiti keçirildi. Ümumilikdə sammit iqtisadi inkişafın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması məsələlərinə həsr olunmuşdu. Amma sammitin elə ilk günündəcə görüşün ümumi atmosferinə mənfi təsir göstərən hadisə baş verdi. İştirakçıların ənənəvi əl sıxma mərasimi zamanı Kanadanın baş naziri Stiven Harper qəfildən Rusiya prezidentinə müraciətlə "Ukraynanı tərk etməyi" tələb etdi. Putin cavabında bildirdi ki, "bu mümkün deyil, çünki onlar orada deyillər".

XXI əsr – Qərb və Şərqin hərbi-siyasi sistemlərinin inkişafında yeni mərhələ

2014-09-18 14:58:15

Qərbin Şərq üzərində sənaye inqilabı və böyük dövlətlərin siyasi sistemlərini təkmilləşdirməsi sayəsində yaranmış tam hərbi-texniki üstünlüyü XXI əsrdə də əyani təsdiqini tapdı. Eyni zamanda, Şərqin özünəməxsus tarixi və hərbi ənənələri ötən əsr ərzində – silahlı münaqişə taktikasının əsasını düşmənin arxa və cinah hissələrinə daimi hücumların edilməsi, gecə uçuşları və pusquları, kommunikasiya vasitələrinə və istinad nöqtələrinə zərbələr, dağlıq və çöllük ərazilərin şərtlərindən bacarıqla istifadə və s. təşkil etməyə başlayanda meydana gələn çoxsaylı müharibələr və silahlı toqquşmaların gedişində öz əksini tapdı. Məhz bunlar hələ Birinci Dünya müharibəsi dövründə meydana çıxan və ingilis polkovniki T.E.Laurens tərəfindən ərəblərin Ərəbistanın geniş çöllərində türk ordusuna qarşı apardığı hərbi əməliyyatlarında praktiki olaraq həyata keçirilmiş qeyri-nizami (kiçik, partizan) müharibə nəzəriyyəsinin əsasını təşkil etmişdir. Təsadüfi deyil ki, ''üsyanla müharibə aparmaq bıçaqla şorba yemək qədər əziyyətli və yorucudur'' fikri də məhz ''kiçik müharibələr'' üzrə bu mütəxəssisə məxsusdur.

"Yeni osmanlıçılıq": tarixi keçmişə qayıdış, yoxsa geosiyasi gələcəyə yönəliklik?

2014-08-29 14:28:12

Yeni yüzilliyin ilk onilliyində Türkiyənin İslam yönümlü siyasi elitasının xarici siyasətin yeni strategiyasında "yeni osmanlıçılığa" üstünlük verməsi bu ideologiyanı tədricən onun daxili və xüsusən də xarici siyasətinin nüvəsinə çevirdi. Geosiyasi "yeni osmanlıçılıq" konsepsiyasının baş memarı, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 2009-cu ilin noyabr ayında bəyan etmişdir ki, "Osmanlı imperiyasının qoyduğu miras vardır. Bizi "yeni osmanlıçılar" adlandırırlar. Bəli, biz "yeni osmanlılar"ıq. Biz qonşu dövlətlərlə məşğul olmalıyıq. Biz hətta Afrikaya da gedirik. Böyük dövlətlər bunu çaşqınlıqla izləyirlər".

Beynəlxalq proseslərin müasir idarəetmə sistemi: ənənələr və yeniliklər

2014-08-14 12:03:55

XXI əsrin ilk on ilində dünyanın siyasi xəritəsində həqiqətən tektonik dəyişikliklər baş vermişdir, lakin eyni zamanda, beynəlxalq münasibətlərin idarəetmə sistemi də bir sıra əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Ümumilikdə dünya əvvəllər olduğu kimi deklarativ, böhran vəziyyətlərində yüksək effektivliyin tələblərinə heç cür cavab verməyən, müasir beynəlxalq sistemin güclü üzvləri kimi zəif üzvlərinin də tənqidlərə həssaslığı olaraq qaldı. Buna görə də ''soyuq müharibə''nin bitməsindən sonra...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...