THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Elsevər Abdullayev

Kibermüharibə: dünya üçün yeni təhlükəli üfüq

2016-01-22 14:50:29

Elm və texnikanın inkişafı bir sıra məsələlərdə bəşəriyyətin tərəqqisinə xidmət edir. Lakin bütövlükdə dünya üçün təhlükəli məqamların da meydana çıxmasında həmin faktorun rolu özünü göstərir. Xüsusilə informasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlərdən destruktiv məqsədlər üçün istifadə hallarına rast gəlinir. Artıq mütəxəssislər "kibermüharibə" kimi yeni bir termin işlədirlər. Virtual vasitələrdən istifadə etməklə müəyyən obyektlərin sıradan çıxarılasını nəzərdə tutan bu hadisə informasiya müharibəsinin yeni səviyyə və miqyasda aparılması anlamına gəlir. Sirr deyil ki, həmin faktor indi bütün dünya üçün təhlükələr meydana gətirir. Bizcə, bu məqam üzərində düşünməyin zamanıdır.

Azərbaycanda parlament seçkiləri və Avropa siyasətinə yeni baxış

2015-09-09 13:37:27

Azərbaycan iki aydan sonra – cari ilin noyabrın 1-də keçiriləcək mühüm siyasi hadisə – parlament seçkiləri ərəfəsindədir. Şübhə etmirik ki, dünya ictimaiyyətinin diqqəti ənənəvi şəkildə Azərbaycanda baş verən daxili siyasi proseslərə yönələcək və Qərbdəki "xeyirxahlarımız" xüsusi və qeyri-sağlam maraqla bu prosesi izləyəcəklər. Xatırlatmağa ehtiyac yoxdur ki, qoca "xeyirxah" Avropa faktiki olaraq Azərbaycanda baş verən bütün daxili siyasi proseslərə həddindən artıq diqqət göstərir. Qərbdə müəyyən qüvvələr isə hər fürsətdə Azərbaycanda avropalıların özlərinin də tez-tez riayət etmədikləri "demokratik dəyərlərin" pozulması barədə bəyanatlar verirlər. Yeri gəlmişkən, buna ən aydın sübut Yaxın Şərqdən və bir sıra Afrika ölkələrindən qaçqınların axını ilə bağlı yaranmış vəziyyətdir. Bu mürəkkəb vəziyyətdə "tolerant" Avropanın iç üzü açılır. Bu, yüksək əxlaq, seçim və hüquq azadlığı nümunəsi təəssüratı yaradan "mədəni" Avropa ölkələrinin real həyatda nəyə qadir olduqlarını göstərən təkcə bir nümunədir.

Aİ-Türkiyə: ağır inteqrasiya yuxusu

2015-07-22 12:23:35

Türkiyə uzun müddətdir ki, Avropa İttifaqının kandarındadır. Asiya və Avropa arasında yerləşən ölkənin Avropayla bağlı gələcəyi haqqında hələ yarım əsr öncə Adenauer və dö Qoll danışmışdılar. 1999-cu ildə isə Türkiyə Aİ-yə üzv olmaq üçün namizəd-ölkə statusunu aldı. Amma o vaxtdan bəri çoxlu hadisələr baş versə də, bir çox başqa ölkələr Aİ-yə "buraxılsalar" da, Türkiyə hələ də dəhlizdədir. Deyəsən, Aİ rəsmilərinin "Avropada rəqabətqabiliyyətliliyi təmin edərək dəyərli elementə çevrilən Türkiyə elə bir ölkədir ki, onunla hesablaşmamaq olmaz" kimi təntənəli ifadələri artıq hər iki tərəfi nəinki ruhlandırır, əksinə, əsəbiləşdirir. Son on il ərzində bir sıra siyasi, iqtisadi və digər problemlərin təsiri altında olan Brüssel və Ankara arasındakı danışıqlar prosesi Aİ-dəki irimiqyaslı iqtisadi böhran nəticəsində daha da "sıxılıb".

Geosiyasi transformasiyalar şəraitində Türkiyənin Yaxın Şərq siyasəti

2015-06-24 16:28:04

Son onillikdə Türkiyə Respublikasının xarici siyasi kursu əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Ənənəvi olaraq Türkiyə beynəlxalq münasibətlərin həm regional, həm də qlobal sistemində "Qərblə Şərq arasında körpü" kimi qəbul olunurdu. Qərb üçün o, hər şeydən öncə İslam dünyasında etibarlı müttəfiqdir. Ərəb ölkələri üçün Türkiyə Osmanlı İmperiyasının varisi, qeyri-müsəlman qüvvələrlə bərabər səviyyədə danışıqlar apara bilən ölkədir. Yeni əsrin başlanğıcı Türkiyənin inkişafında dönüş nöqtəsi oldu, bu isə, şübhəsiz ki, xarici siyasətin inkişafındakı prioritetlərin dəyişməsində əks olundu. Son onillikdə Türkiyə iqtisadiyyatının əhəmiyyətli iqtisadi uğurları hakimiyyət nümayəndələrinə ölkənin 2023-cü ilədək aparıcı qlobal iqtisadiyyata çevriləcəyini deməyə imkan verir.

Parlament seçkiləri ərəfəsində Türkiyə: koalisiya hökuməti yaradılacaqmı?

2015-06-05 17:22:19

Türkiyə 25-ci çağırış parlament seçkiləri ərəfəsindədir və yalnız bir neçə gündən sonra Böyük Millət Məclisinin deputatlarının yenilənmiş siyahısı məlum olacaq. 20 siyasi partiyanın iştirakı ilə keçiriləcək parlament seçkiləri iyunun 7-də baş tutacaq. Səsvermədə 53 milyon 765 min 231 seçici iştirak edəcək. Bununla yanaşı, ölkədən kənarda təşkil olunan seçki məntəqələrində 2.9 milyon Türkiyə vətəndaşı səs verəcək. "Günəş altında yer" üçün əsas mübarizə Əhməd Davudoğlunun hazırda hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP), Kamal Kılıçdaroğlunun aparıcı sol-mərkəzçi müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Dövlət Bahçəlinin sağçı Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında olacaq.

Riqa sammiti: əsassız ümidlər, siyasi boşluq və Azərbaycanın məxsusi fikri

2015-05-27 12:38:52

Sammitdə Ermənistanın mövqeyi aciz və miskin görünürdü. Avrasiya İttifaqına qoşulan və dövlətlərin ərazi bütövlüyünün tanınması ilə bağlı Riqa bəyannaməsini imzalayan Ermənistan, xarici işlər naziri Edvard Nalbandyan vasitəsilə bəyan edir ki, sən demə, Qarabağın Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə heç bir əlaqəsi yoxdur?! Maraqlıdır ki, bəyannamədə söhbət tərəfdaş ölkələrdən gedirsə bu halda Ermənistan kimin ərazi bütövlüyünü nəzərdə tutur? Bəlkə Amerika Birləşmiş Ştatlarının və ya Cənubi Afrika Respublikasının, ya da Seyşel adalarının? Axı bu, hətta siyasi korluq deyil, coğrafi biliklərdə ciddi yetərsizlikdir.

Yeni müdafiə strategiyası: Almaniya müharibəyə hazırlaşır?

2015-05-20 13:54:33

Ukrayna böhranı Avropa İttifaqı ölkələrinin öz xarici və müdafiə siyasətlərini yenidən nəzərdən keçirmələrinə səbəb oldu. Burada ən fəal mövqeni "Bundesverin ağ kitabı" adlanan yeni təhlükəsizlik strategiyası hazırlayan Almaniya tutdu. Yeni hərbi doktrina İkinci dünya müharibəsindən sonra məğlub faşist ölkəsi olan Almaniyaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Hərbi doktrinada əsas istiqamət ilk növbədə "Rusiyanın təcavüzü"nə qarşı mübarizə olacaq. Almaniyanın yeni təhlükəsizlik strategiyası "beynəlxalq məkanda bərqərar edilmiş qaydalar və tənzimləyici normalar"ı Rusiyanın "təsir dairələri" yaratmaqla "dominantlıq" qurması cəhdlərindən qorumaq üçün nəzərdə tutulmuşdur və burada söhbət, əlbəttə ki, Ukraynadan gedir. Ukrayna böhranı Berlinin bu günkü siyasi xətti üçün bünövrəyə çevrilib.

2016-cı ilin seçkiləri: Amerika kimi seçəcək?

2015-04-27 12:15:02

Növbəti – 2016-cı ildə Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcəkdir. Seçkilərə hələ çox vaxt qalmasına baxmayaraq, ölkənin sosioloji xidmətləri artıq bu vəzifəyə gələcək namizədlərlə bağlı fərziyyələr irəli sürürlər. Demokratlar partiyasından keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməklə bağlı məramını artıq rəsmi şəkildə elan edib. İlkin partiyadaxili sorğuların nəticələrinə görə, hazırkı rəhbərliyin tərəfdarlarının 60 faizi onu dəstəkləməyə hazırdır. Bundan başqa, vitse-prezident Cozef Bayden də var. Amma o, demokratların seçicilərinin yalnız 19 faizinin dəstəyindən istifadə edir, ötən il Konqresin yuxarı palatasına seçilmiş senator Elizabet Uorren isə səslərin cəmi 8 faizini toplaya bilib.

Türkiyə-Qazaxıstan: qarşılıqlı əlaqələrin ümidverici perspektivləri

2015-04-22 11:19:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana ekspertlərin diqqətini cəlb edən üç günlük dövlət səfəri baş tutdu. Səfər zamanı Qazaxıstan-Türkiyə strateji əməkdaşlığının daha da möhkəmləndirilməsi, əməkdaşlığın müxtəlif əlaqələr üzrə inkişafı, ticari-iqtisadi, sərmayə, sənaye, tranzit-nəqliyyat və mədəni-humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi yolları, türkdilli ölkələrin gömrük ittifaqının yaradılması imkanlarından Trans-Anadolu qaz kəmərində Qazaxıstanın türk payı əldə etməsinədək kifayət qədər geniş məsələlər müzakirə olunmuşdur. Nazarbayev və Ərdoğan cari beynəlxalq və regional mövzuların aktual aspektlərini də nəzərdən keçiriblər.

Moskva Əsədi dəstəkləməkdən imtina edəcəkmi?

2015-02-18 10:02:22

Belə görünür ki, Ər-Riyadın Yaxın Şərq siyasətində bir sıra dəyişikliklər baş verir. ABŞ-ın bir sıra KİV-lərinin verdiyi məlumatlardan aydın oldu ki, Səudiyyə Ərəbistanının rəhbərliyi guya Rusiyaya neft hasilatının həcmini azaltmağı təklif etmişdir ki, bu da beynəlxalq bazarda neftin qiymətinin artması ilə nəticələnməli idi. Bunun əvəzində Ər-Riyad Moskvaya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etmək və ona qarşı ən azı bitərəf mövqe tutmaq təklifini irəli sürüb.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...