THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Elsevər Abdullayev

Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər

2017-03-15 16:00:30

Münxen şəhərində hər il beynəlxalq təhlükəsizliyin aktual problemlərinə həsr edilən konfrans təşkil edilir. Adətən tədbirə dünyanın yüksək səviyyəli siyasət adamları dəvət edilir. Bu dəfə keçirilən konfransda hazırda dünyanı təhdid edən faktorlar müzakirə edilib. Məsələlər kifayət qədər kəskin və sərt şəkildə qoyulub. İsrailin müdafiə naziri isə İranla bağlı obrazlı tezislər irəli sürüb. Tədbir iştirakçıları konkret bir problemi həll etməsələr də mümkün dialoq ətrafında xeyli danışılıb. Bu baxımdan ekspertlərin əsas müzakirə mövzuları ilə bağlı söylədikləri fikirlər maraq doğurur. Təbii ki, hələ söhbət ilkin nəticələrdən gedir, lakin ümumi olaraq dünya üçün vacib faktorlardan bəhs edilir. Onlar üzərində daha geniş dayanmaq zəruridir.

2017-ci ildə beynəlxalq siyasi mühit: risklər, təhlükələr və dialoq imkanları

2017-03-13 19:14:54

2017-ci ildə dünyanı hansı siyasi proseslərin gözlədiyi barədə çoxlu sayda proqnozlar verilir. Onların əksəriyyətində qeyri-müəyyənliklər və risklər əsas yeri tutur. Lakin bir sıra mütəxəssislər məsələyə müsbət müstəvidə yanaşmağı təklif edirlər. Onlar böyük dövlətlər arasında problemlərin olduğunu unutmamaqla bu problemlərin həlli yollarını tapmaq zərurətini vurğulayırlar. Ancaq hətta bu cür pozitiv əhval-ruhiyyə belə qarşıda duran çətinlikləri arxa plana atmır. ABŞ-Rusiya-Aİ-Çin xəttində mövcud olan risklər və Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən müsbət dəyişmələr 2017-ci ildə də aktuallığını saxlayacaq. Rusiyalı analitik İvan Timofeyevin bu qənaəti üzərində bir qədər ətraflı dayanmağa ehtiyac vardır.

Davos "dəhşəti", yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında

2017-03-03 11:30:21

İsveçrənin Davos şəhərində keçirilən ənənəvi forum başa çatıb. Burada 140 ölkədən 2500 nümayəndə, 50 dövlət başçısı iştirak edib. Forumun əsas şüarı "Qayğıkeş və məsuliyyətli liderlik" olub. İştirakçılar Çin rəhbərinin "Epoxal məsuliyyəti birlikdə daşıyaq, qlobal inkişafı birgə irəlilədək" adlı məruzəsini maraqla dinləyiblər. Onun ifadə etdiyi fikirlərin dünyanın yeniləşməsinə və ayrıca qloballaşmaya ciddi təsir edəcəyini deyirlər. Lakin bir sıra mütəxəssis Davos forumunda "dəhşətin yaşandığı" qənaətindədirlər. Bütövlükdə tədbir haqqında mövqelər fərqlidir. Ancaq hər kəs innovasiyalı, açıq, ədalətli və tolerant cəmiyyətin yaradılmasına böyük ehtiyacın olduğunu düşünür. Bu zərurət fonunda Davos forumunun qiymətləndirilməsi aktual görünür.

Trampın ilk mesajları: yeni xarici siyasətin bəzi məqamları

2017-03-01 14:00:33

Amerikanın yeni prezidenti, nəhayət ki, aparacağı xarici siyasətlə bağlı müəyyən fikirlər səsləndirib. O, "ABC" və "FoxNews" telekanallarına verdiyi müsahibədə konkret olaraq Suriya, Meksika, Rusiya və Avropa istiqamətlərində həyata keçirmək istədiyi xəttin müəyyən məqamlarına toxunub. Ekspertlər vurğulayırlar ki, ABŞ-ın yeni dövlət başçısı kifayət qədər sərt və bir qədər də radikal siyasi xəttə üstünlük verir. O, Meksika ilə sərhəddə divar hörülməsində israrlıdır. Suriya məsələsində "İŞİD-in canını almaq" arzusundadır və təhlükəsizlik zonası yaratmağı düşünür. Avropanın miqrantların ayağı altında qalmasını "fəlakət" adlandırır. Rusiya məsələsində isə Kremllə anlaşmağa meylli olduğunu ifadə edir. Ancaq bütün bunları deyərkən D.Trampın öncə Amerikanı düşündüyü də açıq hiss olunur. Məsələn, Yaxın Şərqdən danışanda, ABŞ-da problemlərin onsuz da çox olduğunu qeyd edir.

Frensis Fukuyama: "post-fakt dünya"nın informasiya paradoksları

2017-01-25 14:42:26

Demək olar ki, bütün alimlər müasir dünyanın ziddiyyətlər və risklərlə dolu olduğunu etiraf edirlər. Onlar bu məsələni müxtəlif aspektlərdə izah etməyə çalışırlar. Amerikanın tanınmış elm adamı Frensis Fukuyama yazdığı son məqalələrin birində bu bağlılıqda diqqəti çəkən məqamlara toxunub. Yazıdan aydın görünür ki, F.Fukuyama müəyyən dərəcədə Qərbə özünütənqid nöqteyi-nəzərindən yanaşır. Hazırda dünya miqyasında informasiya sahəsində baş verən proseslərdə müəyyən maraqlı dairələrin (siyasi, maliyyə və s. xarakterli) rol oynadığını vurğulayır. İndi İnternetin köməyi ilə dünyanın müxtəlif regionlarında yaşayan insanlar anındaca informasiya mübadiləsi edə bilirlər. Bu, bir tərəfdən, geniş kommunikasiya imkanları yaradır, digər tərəfdən isə, konkret dairələrə bundan sui-istifadə etmək üçün şans verir. Təcrübə göstərir ki, böyük dövlətlər həmin fürsətdən daha çox yararlanmağa çalışırlar. Bu sırada F.Fukuyama ABŞ və Rusiyanın adını çəkir. Bütövlükdə alimin qaldırdığı məsələ və qoyduğu suallar üzərində düşünməyə dəyər.

Separatizm, terror və ikili standartlar: bəşəriyyət uçurum qarşısında

2016-11-29 13:51:57

Bütün dünya Yaxın Şərqdə cərəyan edən hadisələri həyəcanla izləməkdədir. Mütəxəssislər də prosesləri analiz edir və proqnozlar verirlər. Son dövrlərdə meydana o qədər fərqli fikirlər atılır ki, müəyyən mənada milyonlarla insanın faciəvi durumu adi hal kimi qəbul edilir. Sanki insanlığın faciələrə laqeydliyi artır. Bununla yanaşı, yüksək səviyyəli mütəxəssislərin söylədiyi fikirlərdə çox maraqlı, həm də ziddiyyətli məqamlara rast gəlinir. Bu kontekstdə Rusiya təhlükəsizlik orqanlarında uzun müddət yüksək vəzifə tutmuş, hazırda analitik-strateji təhlil və proqnozlarla məşğul olan Leonid Reşetnikovun fikirləri diqqətimizi çəkdi. Hazırda o, Rusiya Prezidentinin təsis etdiyi Rusiya Strateji Tədqiqatlar İnstitutunun (RSTİ) direktoru, tarix elmləri namizədidir. Bugünlərdə L.Reşetnikov Türkiyə mediasına da maraqlı müsahibə verib.

BRİCS sammiti: Qoadan verilən mesajlar

2016-11-01 14:24:41

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən təşkilatın (BRİCS) növbəti sammiti Hindistanın Qoa şəhərində keçirilib. Bəzi ekspertlərin bədbin proqnozlarına baxmayaraq, müzakirələr baş tutub. Liderlər sonda sammitin yekun qətnaməsini imzalayıblar. Onlar müxtəlif sahələrə aid olan məsələlər haqqında mövqelərini bildiriblər. Həmin sırada iqtisadiyyat, maliyyə, təhlükəsizlik, ticarət kimi sferalar diqqət mərkəzində olub. Hazırda dünyanı narahat edən münaqişələrə də münasibət ifadə edilib. Qəbul edilən qətnamədə təşkilatın həmin problemlərə və onun həllinə baxışı yer alıb. Beynəlxalq terrorizmlə mübarizə probleminə ayrıca önəm verilib. Qlobal ticarətin yeni səviyyəyə qaldırılması və maliyyə böhranından çıxış yolları haqqında fikirlər əks olunub. BRİCS-ə daxil olan ölkələrin dünya siyasətində daha aktiv rol oynaması zərurəti də vurğulanıb. Bu kimi məsələlər Qoa sammitini analiz etməyin lazım gəldiyini göstərir.

Nəticəsiz Berlin görüşü: "Normand dördlüyü" ortaq fikrə gələ bilmir

2016-10-26 14:00:36

Suriya və İraqda vəziyyətin daha da gərginləşməsi fonunda Ukrayna böhranı bir qədər unudulmuş təsiri bağışlayırdı. Lakin Yaxın Şərq məsələsi ilə bağlı özünü göstərən Qərb-Rusiya qarşıdurmasında Krım faktorunun tez-tez xatırlandığı da faktdır. Son günlər isə Almaniya və Fransa Şərqi Ukraynadakı durumu gündəmə gətirmək istiqamətində addımlar atırdı. Nəhayət, "Normand dördlüyü" Almaniya paytaxtında toplandı. Yayılan informasiyalara görə, görüşdə heç bir sənəd imzalanmadı. Bir sıra bəndlər üzrə ümumi razılaşmalar əldə edildi. Ancaq Rusiya prezidentinin ayrı, Almaniya və Fransa rəhbərlərinin isə bir yerdə mətbuat nümayəndələri üçün brifinq keçirməsi aradakı fikir ayrılıqlarının dərinliyindən xəbər verirdi. Əslində, ekspertlər hansısa sənədin imzalanacağını da gözləmirdilər. Onlar hesab edirlər ki, Berlin görüşü reallıqda Qərbin taktiki siyasi gedişidir və əsas məqsədi Rusiyanın bütün diqqətini Yaxın Şərqə yönəltməsinə mane olmaqdır. Konkret desək, Kremlə psixoloji təzyiq göstərməyə cəhd edilir. Bunun nə dərəcədə gərginliyin aradan qaldırılmasına xidmət etdiyini zaman göstərəcək. Ancaq indi də aydındır ki, böyük dövlətlərin süni nüfuz oyunları davam edir, nəticədə isə milyonlarla dinc insan əziyyət çəkir.

Ukrayna məsələsi: yeni təhlükəli ssenari

2016-10-03 13:56:39

Bir müddət əvvəl Krımda Ukrayna xüsusi xidmət orqanları üzvlərinin təxribatçı fəaliyyətdə ittiham edilərək tutulması geniş miqyasda gərginliyə səbəb olmaqdadır. Rusiya təhlükəsizlik xidməti bu hadisəni ciddi dağıdıcı əməl kimi qiymətləndirib. Eyni zamanda, Donbasda da vəziyyəti gərginləşdirən proseslərin getdiyi bildirilib. Moskva həmin hadisələri kəskin şəkildə pisləyərək, danışıqların davam etdirilməsinin çətin olacağını ifadə edib. Ukrayna tərəfi isə baş verənləri Kremlin öz ssenarisi adlandırıb. Hadisəyə münasibət bildirən Qərb dövlətləri və NATO tərəfləri sakitliyə dəvət ediblər. Öz növbəsində Moskva Ukraynaya havadarlıq edənlərin bu proseslərdə əlinin olmasına işarə edib. Əlavə olaraq Rusiya rəhbərliyi hərbi və diplomatik tədbirlər görəcəyini də bəyanlayıb. Həmin çərçivədə Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsi belə baş verə bilər. Bununla da Ukrayna məsələsində növbəti gərginlik mərhələsi başlamış olar. Bunun fəsadlarını geniş geosiyasi məkanda yerləşən ölkələr də görə bilər.

Yaxın Şərqin yeni geosiyasi problemləri

2016-02-11 15:16:41

Rusiyaya məxsus döyüş təyyarəsinin vurulması ilə bağlı yaranmış insident ciddi geosiyasi nəticələr doğurmaqdadır. Belə ki, bir qisim böyük dövlətlər həmin hadisədən yararlanmağa çalışırlar. Onlar Suriyaya yeni silahlar göndərir, hərbi bazalar yaradır, təhlükəli manevrlərdən imtina etmirlər. Artıq regionda çoxlu miqdarda hərbi sursat toplanıb. Nə vaxtsa onlardan istifadə edilməyəcəyinə isə heç kəs təminat verə bilməz. Əksinə, proseslər göstərir ki, hərbi əzələ nümayişi getdikcə daha geniş vüsət alır. Özü də bu, regionda iki geosiyasi düşərgənin formalaşması fonunda baş verir. Siyasətçilər hətta ritorikalarını dəyişərək açıq mətnlə niyyətlərini bildirməyə başlayıblar. Bunların mümkün siyasi, geosiyasi, iqtisadi və hərbi nəticələri üzərində düşünməyə dəyər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...