250 milyona yaxınlaşan əhalisi və çox böyük bir hissəsində insan yaşamayan 17 mindən çox adanın üzərinə qurulmuş bir ölkə kimi tanınan İndoneziya, əhalisinin təxminən 88%-i Müsəlman olduğu üçün dünyanın ən böyük və izdihamlı Müsəlman ölkəsi adlandırılır. Əhali baxımından dünyanın dördüncü böyük ölkəsi olan İndoneziya Asiyanın Okeaniya ilə əlaqəsini təmin edən Cənub-Şərqi Asiya ölkəsi kimi görünür. Olduqca strateji mövqeyə sahib, Malayziya, Filippin, Sinqapur və Avstraliya kimi ölkələr ilə qonşu və 1 trilyon dollarının üzərində ümumi daxili məhsula əsaslanan bu ölkə, Cənubi / Cənub-Şərqi Asiya regionuna xitab edən bir iqtisadi əməkdaşlıq təşkilatı kimi bilinən ASEAN-ın lider ölkələrindən biridir. İndoneziya, eyni zamanda keçmiş Hollandiya müstəmləkəsidir və 1945-ci ildə elan etdiyi müstəqilliyi də Hollandiya tərəfindən 1949-cu ildə tanınmışdır. Bu ölkə ABŞ-ın Cənub-Şərqi Asiyada Çini tarazlamaq üçün yaxın əlaqə qurmağa çalışdığı ən əhəmiyyətli regional aktorların biri kimi görünür.
Müəllif: Göktürk Tüysüzoğlu
Cənub-Şərqi Asiyadakı siyasi-regional gərginlik Şərqi Çin dənizindəki Çin-Yaponiya anlaşılmazlığı baxımından özünü göstərməkdə davam edir. Yaponların Senkaku, çinlilərin isə Diaoyu adını verdiyi və mövcud şəraitdə Yaponiyanın nəzarəti altında olan mübahisəli adalar oxunda özünü göstərən regional gərginlik yalnız Yaponiya və Çin baxımından deyil, eyni zamanda, Çin-ABŞ arasındakı qlobal rəqabət çərçivəsində də məna kəsb edir. Senkaku / Diaoyu adalarının bu şəkildə böyük bir gərginliyə səbəb olmasının ən əhəmiyyətli səbəbi...
Dəməşqdə həyata keçirilən kimyəvi silah hücumundan sonra, bölgədə araşdırmalar aparan və Suriyanı hələ də tərk etməyən BMT nəzarətçilərinin hesabatı gözlənilmədən dar əhatəli və qısa müddətli bir hava əməliyyatı variantının ümumiyyətlə qəbul edilə biləcək vəziyyətə gəlməsinin arxasında bir sıra əhəmiyyətli faktor vardır. Əsəd əleyhdarı bir mövqe tutan və Suriya müxalifətinə siyasi, diplomatik və hərbi mənada...
Əhməd Davudoğlunun "Strateji Dərinlik" tezisinə uyğun olaraq, yumşaq güc və qarşılıqlı asılılıq qaydaları çərçivəsində formalaşdırmağa çalışdığı Türkiyə xarici siyasətinin ən əhəmiyyətli istiqamətlərindən biri olan Qafqaz regionu mövcud siyasi-sistemik görünüş etibarilə tam bir barıt çəlləyi xüsusiyyətinə malikdir. Regionda rol oynayan dövlətlərin bir-biri ilə yaşadıqları tarixi, torpaq əsaslı-irredentist, siyasi və sosial-mədəni problemlərə paralel olaraq...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...