THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Leyla Məmmədəliyeva

BMT-nin yeniləşməsi: zərurətlə ziddiyyətlər arasında

2014-11-13 11:51:07

Bu gün beynəlxalq hüququn dövlətlərarası münasibətləri səmərəli tənzimlədiyini söyləmək çətindir. Dünyanın müxtəlif regionlarında özünü göstərən mürəkkəb proseslərin yaratdığı böhranlar qlobal miqyasda müxtəlif problemləri aktuallaşdırır. Sadə insanların həyatının qorunmasından tutmuş geosiyasi və enerji təhlükəsizliyinin təmininədək aktuallığı getdikcə artan amillər beynəlxalq ictimaiyyəti düşündürür. Bütün bu kimi halların fonunda BMT-də islahatların aparılmasının zəruriliyini xüsusi vurğulamaq lazım gəlir. Bu istiqamətdə hansı əlamətlər özünü göstərməkdədir?

BMT-də islahatlar: proses yerindən tərpənmir

2014-10-31 11:03:11

Dövlətlərarası münasibətlərin tənzimlənməsində mövcud olan çətinliklər məlumdur. Beynəlxalq hüququn tələblərinə heç də hər zaman əməl olunmur. Ortaya müxtəlif xarakterli problemlər çıxır. Bu da dünyada geosiyasi gərginliklər yaradır, haqlı narazılığa səbəb olur. Yaranmış bu vəziyyətdən çıxış yolu, mütəxəssislərin fikrincə, BMT-də islahatların aparılması ola bilər. Bir sıra dövlətlər isə alternativ təşkilatlar formalaşdırmağa üstünlük verirlər. Əslində, situasiya olduqca mürəkkəbdir. BMT TŞ-nin 5 daimi üzvü öz yerlərini və təşkilatdakı söz sahibi olmaq hüquqlarını qorumağa çalışırlar. Bununla razılaşmayan ölkələrin sayı isə getdikcə artır. Faktiki olaraq, ciddi fikir ayrılığı mövcuddur. Çıxış yolu nədədir?

Ukrayna və demokratiya oyunu: Qərbdən fərqli baxış

2014-10-20 11:56:32

Ukrayna böhranının səbəbləri ilə əlaqədar mütəxəssislər fikir bildirirlər. Adətən, bu məsələdə Rusiyanın "aqressiv davranışları" əsas səbəb kimi göstərilir. Son zamanlar isə bir qədər fərqli mövqenin meydana gəldiyi hiss olunmaqdadır. Amerikalı ekspertlər Qərbin yanlış xarici siyasət yeritdiyinə diqqət çəkirlər. Onlardan C.Mirşaymer hesab edir ki, Ukraynada vəziyyət əsas olaraq ABŞ və onun Avropadakı həmfikirlərinin reallıqdan uzaq olan siyasəti ucbatından gərginləşdi. Bu tezisə Amerikada reaksiya verilib. Maralıdır ki, bu, bütövlükdə ABŞ-ın daxili siyasi mühitində gedən proseslərlə əlaqələndirilir. Əslində, yaranmış vəziyyətə daha geniş müstəvidə baxmaq daha doğru olardı.

Kissincerin yeni kitabı: qlobal geosiyasətin cavabsız sualları

2014-10-10 10:55:12

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin "Dünya nizamı" adlı yeni əsəri çapdan çıxıb. Artıq orada ifadə edilən fikirlərin təhlili verilir. Müəllif müasir dövrdə qlobal geosiyasətin əsas problemlərinə diqqəti yönəldir. Onun gəldiyi nəticə geosiyasətdə əsas prinsiplərin yeniləşməsidir. Bunun üçün böyük dövlətlər qüvvələrin balanslaşdırılması siyasətinə qayıtmalıdırlar. Ancaq onlar bunu yeni şərtləri nəzərə almaqla etməlidirlər. H.Kissincer bu zaman Amerikanın liderliyini saxlamasını əsas məqamlardan biri hesab edir və bunu müxtəlif kontekstlərdə vurğulayır. Eyni zamanda, müəllif hazırda qlobal geosiyasətdə müşahidə edilən ziddiyyətləri də təhlil edir və dünyanın yeni nizamlama qaydalarını tapmalı olduğunu qeyd edir. Böhran var və bunu inkar etmək mümkün deyil. Sonrakı mərhələdə nələr ola bilər?

Böyük xaos mərhələsi: Bjezinskinin xəbərdarlığı

2014-08-11 12:36:37

Qlobal miqyasda geosiyasi mənzərənin qeyri-müəyyənlik və sabitsizliklə xarakterizə olunması haqqında fikirlər söylənilir. Mütəxəssislər bunun müxtəlif səbəblərindən bəhs edirlər. Məşhur siyasi analitik Zbiqnev Bjezinski də öz mövqeyini son müsahibələrinin birində ifadə edib. Böyük dövlətlərin geosiyasi nüfuz uğrunda mübarizəsinin bir sıra maraqlı aspektlərindən danışıb. Həmin kontekstdə "G2+" formulunun üstünlüklərini vurğulayıb. Bütövlükdə dünya siyasətində hansı dəyişikliklərin edilməsinə ehtiyac yarandığını qeyd...

Dünya təhlükə qarşısında: ABŞ-ın "qırmızı xətti" haradan keçir?

2014-07-18 10:07:53

Qərb analitikləri və ekspertləri qlobal geosiyasətdə müşahidə edilən prosesləri qiymətləndirməkdədirlər. Onlar bütövlükdə vəziyyətin mürəkkəb və riskli olduğunu etiraf edirlər. Bunun səbəbi kimi Amerikanın uzun müddətdir ki, həyata keçirdiyi xarici siyasətin məzmununa işarə verirlər. Vaşinqton öz maraqlarını təmin etmək üçün dünyanın istənilən regionuna müdaxilə edə bilir. Onun İraqda, Əfqanıstanda, indi də Ukraynada atdığı addımlar bunun əyani sübutudur. N.Çomski və...

Obamanın ikinci prezidentliyi: Amerika haraya gedir?

2014-06-17 10:47:18

ABŞ-ın hazırkı dövlət başçısının ikinci prezidentlik müddətinin başa çatmasına iki il qalır. Mütəxəssislər onun indiki mərhələdəki fəaliyyətini birinci prezidentliyi dövrü ilə müqayisə edirlər. Meydana maraqlı faktlar çıxır. Real vəziyyət düşünüldüyü kimi sadə deyilmiş. Dünyanın ən güclü dövlətinin xarici siyasətində ziddiyyətlər, qeyri-müəyyənliklər yer alıb. Bir sıra geosiyasi məsələlərə Vaşinqtonun münasibəti ciddi tənqid olunur. Buna baxmayaraq, əksər Qərb analitikləri əsasən Amerikanın liderliyi probleminə toxunur...

Geosiyasətin qayıdışı: liderlik yarışının yeni mərhələsi?

2014-05-12 10:11:25

Son zamanlar analitiklər dünyanın geosiyasi düzənində köklü dəyişikliklərin getdiyindən tez-tez yazırlar. Bu kontekstdə meydana yeni geosiyasi konfiqurasiyaların çıxdığından danışırlar. Həmin prosesin bütövlükdə dünya siyasətini dəyişdiyi iddia olunur. Düşündürücüdür ki, ekspertlər qlobal geosiyasətdə "sərt güc"dən istifadə hallarının çoxalması mümkünlüyünü vurğulayırlar. Belə bir vəziyyət ümumilikdə qeyri-müəyyənliyin artmasına səbəb ola bilər. Müxtəlif regionlarda isə arzuolunmaz siyasi proseslər...

Azərbaycan: lider dövlətin daim yeniləşən xarici siyasət kursu

2014-04-15 11:36:49

Sirr deyil ki, postsovet məkanı uğrunda böyük dövlətlərin mübarizəsi daha da kəskinləşib. Bu şəraitdə həmin məkanda yerləşən ölkələrin xarici siyasət kursunun məzmunu maraq doğurur. Suverenlik və təhlükəsizlik məsələləri daha çox aktuallıq kəsb edir. O cümlədən, Cənubi Qafqaz dövlətlərinin bu istiqamətdəki fəaliyyətləri ekspertlərin diqqətlərini çəkir. Təhlillər göstərir ki, Azərbaycan daha perspektivli və strateji aspektdə səmərəli xarici siyasət yürüdür. Bu siyasətin bir çox məqamları və prinsipləri region üçün nümunə ola...

Azərbaycan: davamlı yüksəlişə aparan kurs

2014-04-09 10:11:33

Dünya üçün təhlükəsizlik və davamlı inkişaf məsələləri son dərəcə ciddi əhəmiyyət kəsb edir. Müxtəlif regionlarda geosiyasi gərginliklər narahatlıq yaradır. Suriya, Misir, İraq və son olaraq Ukrayna hadisələri geosiyasətdə düşündürücü problemlərin olduğunu təsdiq edir. Cənubi Qafqaz da həssas və mürəkkəb bir geosiyasi məkan kimi qəbul edilir. Belə bir şəraitdə region dövlətlərinin uğurlu inkişaf kursunu müəyyən etmək kifayət qədər çətin məsələdir. Ancaq Azərbaycan təcrübəsi bunun tamamilə mümkün olduğunun göstəricisidir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...