THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Leyla Məmmədəliyeva

BMT və qloballaşma: "humanitar müdaxilə"lər fonunda yeniləşmə imkanları

2016-08-01 17:00:16

Çox vacib beynəlxalq təşkilat olduğuna şübhə olmayan Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal siyasətdəki rolunun səmərəliliyinin yüksəldilməsi zərurəti ilə bağlı xeyli tədqiqatlar aparılır, kitablar, məqalələr dərc olunur, fərqli, hətta bəzən bir-birinə zidd olan ideyalar da irəli sürülür. Bu zaman təşkilatın funksiyalarının müqayisəli təhlili məsələsi aktuallaşır. O cümlədən BMT-nin dünyada sabitlik yaratmaq üçün tətbiq etdiyi mexanizmlər barədə fikirlər irəli sürülür. Məsələn, son dövrlərdə haqqında daha çox danışılan "humanitar müdaxilə"nin mahiyyəti, funksional özəllikləri və hədəflədiyi məqamlar haqqında maraqlı fikirlər ifadə edilir. BMT-nin bu üsuldan nəyə görə heç də həmişə səmərəli istifadə edə bilmədiyi üzərində düşünülür. Bu kontekstdə fərqli bir aspektdə BMT-də islahatların aparılması formasının müzakirələrə açıq olması ehtiyacı hiss edilir. Burada cavablardan çox sualların olduğu görünür.

BMT-nin yeni rolu: müasir dövrün paradoksları və təhlükələri kontekstində

2016-07-20 16:16:12

Birləşmiş Millətlər Təşkilatı yaradılarkən onun dünyanın bütün siyasi, geosiyasi və təhlükəsizlik məsələlərini həll edə biləcəyinə inam çox idi. Çünki bu qurum dövlətlərarası münasibətlərin kollektiv formada tənzimlənməsinin yeni formatı kimi qəbul olunurdu. Bir müddət BMT səmərəli işləyə bildi. Lakin keçən əsrin 90-cı illərindən başlayaraq onun fəaliyyətində ciddi qüsurlar özünü göstərməyə başladı. Onların sayı çoxdur. Lakin böyük dövlətlərin iradəsinə tabe olmaq ən ciddi nöqsan kimi qiymətləndirilə bilər. Xüsusilə ABŞ-ın təşkilatda əsas söz sahibi kimi öz iradəsinə uyğun qərarların qəbuluna nail olması getdikcə qurumu nüfuzdan saldı. Hazırda BMT-nin yeniləşməyə ehtiyacı olduğundan bəhs edirlər. Bunun fonunda müasir şərtlər daxilində onun rolunun nədən ibarət olduğu belə tam aydın deyil. Müxtəlif fikirlər mövcuddur. Bu paradoksal vəziyyətin prizmasından BMT kimi beynəlxalq təşkilatın indiki durumu və gələcəyi üzərində düşünməyə ehtiyac yaranıb. Çünki bəlkə də dünyanın dəyişməsi BMT-nin struktur və funksional baxımdan yeniləşməsindən asılıdır.

BMT-dəki görüşdən sonra Rusiyanın Suriyada hava zərbələrinə başlaması: ABŞ-Rusiya qarşıdurması pik həddə

2015-10-05 12:15:03

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bu günlərdə keçirilən 70-ci sessiyasında ən çox maraq doğuran məqamlardan biri ABŞ və Rusiya prezidentlərinin son 2 ildə ilk dəfə baş tutan görüşü və sessiyanın ümumi müzakirələrindəki çıxışları oldu. İki ölkə münasibətlərinin son illərdə daha da gərginləşməsi, Ukrayna və Suriyadakı proseslərlə əlaqədar maraqların və mövqelərin bir-birinə zidd, barışmaz xarakter alması, ABŞ-ın rəhbərliyi ilə bir sıra dövlətlərin Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməsi bir çox ekspertlər tərəfindən "Soyuq müharibə"nin yenidən başlanması kimi qiymətləndirilir.

Avropanın demarşı: Brüssel "lehinə" və "əleyhinə" amilləri ölçüb-biçə biləcəkmi?

2015-10-02 13:55:08

Azərbaycanda parlament seçkilərinə az müddət qalır, buna baxmayaraq, bu mühüm siyasi hadisə ərəfəsində Qərb siyasi strukturları tərəfindən bir-birinin ardınca təxribat xarakterli hücumlar həyata keçirilir. Qısa müddətdə Avropa Azərbaycana olan əsl münasibətini göstərə bildi. Əvvəlcə Avropa Parlamenti vasitəsilə ədalətsiz qətnamə qəbul edildi, bunun ardınca yenə də Avropa İttifaqının təhriki ilə ATƏT-in Parlament Assambleyası kimi beynəlxalq səviyyəli institutları da anti-Azərbaycan kampaniyasına qoşuldu. Beləliklə, avropalı "dostlarımız" hüquqazidd fəaliyyətləri ilə münasibətlərin on illərlə qurulan bünövrəsini dağıtmağa çalışırlar.

"Böyük yeddilik" sammitinin nəticələri: qlobal çağırışlar və dünya miqyaslı aktorların ümumi maraqları

2015-06-23 12:18:15

Bu günlərdə Almaniyanın cənubundakı Bavariya qalası Elmauda "Böyük yeddilik" ölkələrinin iki günlük sammiti baş tutdu. "Böyük yeddiliy"in formatına uyğun olaraq Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın iştirak etdiyi sammitdə beynəlxalq əhəmiyyətə malik aktual problemlər müzakirə olunub. Xatırladaq ki, 1997-2014-cü illərdə Rusiya da qrupun işində digər üzvlərlə bərabər səviyyədə iştirak edirdi, birliyin özü isə "Səkkizlik qrupu" (G8) adlanırdı, amma Ukrayna ilə qarşıdurma və Krımın ilhaqı səbəbindən Rusiya bu heyətdən çıxarıldı. Yeri gəlmişkən, bir çox sahələrdə inkişaf etmiş ölkələrin liderlərinin görüşünün keçirilməsi ideyası ötən əsrin 70-ci illərinin əvvəlində iqtisadi böhran və ABŞ, Qərbi Avropa və Yaponiya ilə iqtisadi və maliyyə məsələlərində münasibətlərin kəskinləşməsi zamanı yaranıb.

Henri Kissincer yeni dünya nizamı haqqında

2015-03-19 12:28:13

1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış 91 yaşlı Henri Kissincerin xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələrinə bu gün də ABŞ prezidenti administrasiyasında diqqət yetirilir. Bu yaxınlarda Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində Kissincer çoxlarını maraqlandıran geosiyasi məsələlər, eləcə də yeni qlobal nizamın formalaşması barədə düşüncələrini paylaşıb.

Cənub Qafqaz: regional təhlükəsizlik üçün yeni şans

2015-02-04 12:38:29

Qlobal səviyyədə mürəkkəb və qeyri-müəyyən proseslərin getdiyi məlumdur. Dünyanın bir sıra regionlarında baş verən münaqişələr bütövlükdə təhlükəsizlik sisteminin qurulmasına mənfi təsirini göstərir. O cümlədən Cənub Qafqazda sabitlik və sülh məsələsi daha çox aktuallıq kəsb edir. Belə vəziyyətdə region dövlətlərinin xarici siyasətinin məzmunu maraq doğurur. Təhlillər göstərir ki, bu istiqamətdə onların hər birinin öz mövqeyi vardır. Ermənistan tamamilə dağıdıcı rol oynayır. İrəvanın son zamanlar atdığı addımlar göstərir ki, regionda qeyri-müəyyənlik daha yüksək səviyyəyə qalxa bilər. Buna qarşılıq Gürcüstanın hansısa təsirli tədbir görmək imkanı məhduddur. Belə ki, Tbilisi geosiyasi seçim məsələsində bir sıra səhvlərə yol verib. Yalnız Azərbaycan regional təhlükəsizliyin səmərəli təşkilində ciddi rol oynaya bilər. Bu həqiqəti geosiyasi güclər qəbul etməlidirlər.

Xarici siyasət: Azərbaycan nümunəsinin bir sıra məqamları

2015-02-02 11:33:47

Müasir şəraitdə dövlətlərarası münasibətlər mürəkkəb xarakter daşıyır. Müxtəlif regionlarda özünü göstərən münaqişələr bütövlükdə ziddiyyətli mənzərə yaradır. Belə bir şəraitdə uğurlu xarici siyasət aparmaq olduqca çətin məsələdir. Lakin Azərbaycan rəhbərliyi bunun öhdəsindən böyük uğurla gəlir. 2014-cü ildə bu istiqamətdə müşahidə edilən proseslər həmin fikrin doğruluğunu tam təsdiqləyir. Onların hətta bir qisminin belə qısa təhlili Bakının son dərəcə təmkinli strateji mövqe tutduğunu göstərir. Azərbaycanın xarici siyasətini bütün region üçün nümunə kimi qəbul etmək olar. Əslində, real proseslərin məntiqi bu qənaətin doğruluğunu sübut edir.

Enerji siyasəti: mürəkkəb geosiyasət və rəqabət şəraitində

2015-01-30 13:01:37

Hazırda qlobal səviyyədə enerji daşıyıcıları uğrunda gedən mübarizənin nə dərəcədə gərgin olduğu hər kəsə məlumdur. Bu prosesdə dünyanın böyük dövlətləri iştirak edirlər. Təsadüfi deyil ki, enerji faktoru ixtilaflara, silahlı toqquşmalara səbəb olmaqla indi beynəlxalq siyasətdə çox ciddi önəm daşıyır. İnformasiya kanalları hətta İŞİD kimi terror təşkilatlarının neft və qaz yataqlarını ələ keçirməyə çalışdığı barədə məlumatlar yayırlar. Belə bir şəraitdə dövlət səviyyəsində səmərəli enerji siyasəti yeritmək böyük ustalıq tələb edir. Müqayisələr göstərir ki, Azərbaycan rəhbərliyinin həmin istiqamətdə həyata keçirdiyi layihələr ona geniş manevr imkanları yaradır.

Yeni dünya nizamı: geosiyasi təhlükələr və çıxış yolları

2015-01-26 10:29:43

Müxtəlif regionlarda baş verən münaqişələrin həllini tapmaması və böyük dövlətlərin öz maraqları uğrunda mübarizəsinin daha da kəskinləşməsi meydana çoxlu sayda suallar çıxarıb. Mütəxəssislər dünyanın mövcud nizamının pozulmaqda olduğunu vurğulayırlar. Bu barədə artıq bir müddətdir ki, müxtəlif səviyyələrdə söhbət gedir. Məsələyə fərqli bucaq altında baxılır. Əsasən böyük dövlətlərin öz maraqlarının təmin edilməsi istiqamətində göstərdikləri fəallıq qabardılır. Bununla yanaşı, müasir tarixi mərhələnin özünün bir gedişatı da var. Dünya bütövlükdə çox həssas məqama gəlib çatıb. Dini radikalizm xeyli dərəcədə təhlükəli faktora çevrilib. Başqa amillər də mövcuddur. Bunların işığında dünyanın geosiyasi nizamının necə dəyişə biləcəyi üzərində düşünməyə dəyər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...