THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Nurlan Qələndərli

Azərbaycanın sabitlik və təhlükəsizlik modeli

2022-05-26 12:50:03

Azərbaycan nümunəsi müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, "demokratiya laboratoriyası"na, dini, etnik müstəvidə qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini artırıb. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında diqqət yetirilən ümumi məqam var: Azərbaycanın sabitlik adası – təhlükəsizlik məkanıdır.

"Metsamor" AES region üçün aşkar təhlükə mənbəyidir

2016-05-25 13:03:13

Ermənistandakı köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor Atom Elektrik Stansiyasının (AES) ciddi regional fəlakət mənbəyi olması məlumdur. Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında yaşayacağını göstərir.

Dünya yeni geosiyasi nizam axtarışında...

2015-12-15 13:39:43

SSRİ-nin süquta uğramasından sonra təkqütblü sistemə (idarəetmə mərkəzinə) əsaslanan yeni dünya nizamı meydana çıxdı. Qloballaşma prosesinin geniş vüsət aldığı ilk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi və hərbi amillər üzərində inkişaf etməyə başladı. Lakin XXI əsrin geosiyasəti kontekstində meydana çıxan yeni siyasi trendlərə paralel olaraq qloballaşma prosesi qlobal idarəetmə çağırışlarını aktuallaşdırdı. Bundan sonra hegemon güclərin əldə edəcəkləri dünya hökmranlığını əsaslandıran nəzəriyyə və konseptual mənbələr ortaya çıxmağa başladı. Məsələn, meydana çıxan "Mondializm" konsepsiyası milli dövlətlərin funksionallığını itirməsi ilə mümkün olan "qlobal dövlət"in formalaşması və dünyanın vahid mərkəzdən idarə edilməsi missiyasını özündə əks etdirirdi…

Kod adı "demokratiya", yaxud "azadlıq mübarizəsi" adlı geostrateji ssenarilər

2013-12-23 13:01:19

Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələr yerli və beynəlxalq mətbuatda ciddi müzakirə və mübahisə predmetinə çevrilib. Bu isə təsadüfi deyil. Çünki Misir, Liviya və Suriyada baş verən, ciddi insan itkisi və tələfatlara səbəb olan hadisələrin geosiyasi məkanda xaos və anarxiyanı şərtləndirən faktor qismində çıxış etməsi dünya ictimaiyyətinin diqqətini müəyyən bir müddətə bu hadisələrə yönəldib. Hazırda dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu ekspertləri baş verən məlum...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...