THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Ramil Tağıyev

Gürcüstanın enerji bazarında maraqların toqquşması

2017-05-15 15:16:54

Gürcüstan enerji siyasətində diversifikasiya etməyə çalışaraq Rusiya və İran qazının Gürcüstana ixracı ilə bağlı danışıqlar aparmaqdadır. İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqli barədə müqavilənin imzalanması haqqında məlumat yayılmışdır. İranın Milli Qaz İxracı Şirkətinin icraçı direktoru Əli Reza Kameli bildirmişdir ki, İran 40 milyon kubmetr qazın Gürcüstana sınaq nəqli üçün müqavilə imzalayıb.

Davudoğlu nə üçün gedir?

2016-05-19 12:49:18

May ayının 2-də Türkiyə Prezidenti Rəcəb Təyyub Erdoğanın tərəfdaşları Erdoğan və baş nazir Əhməd Davudoğlu arasındakı gərginlikləri və fikir ayrılıqlarını 27 maddə ilə "Pelikan dosyası" ("Qutan faylı") adı altında yaydılar. Bu faylda Erdoğandan sonra partiya sədri olacaq şəxsin təyin edilməsi üçün keçirilən imzatoplamada 1-ci Abdullah Gül, 2-ci Binali Yıldırım, 3-cü isə Əhməd Davudoğlunun adının çıxdığını ancaq Erdoğanın Davudoğlunu seçdiyi bildirilir. Davudoğlunun Erdoğanın hökumətin idarəçiliyində hər mövzuya müdaxilə etməsindən narahat olduğunu, ancaq müdaxilənin qarşısını ala bilmədiyi mətbuat tərəfindən irəli sürülür. Davudoğlu Ədalət və İnkişaf partiyası (AKP) sədrliyinə gətirilsə də hakimiyyətdə yetərli qədər güc toplaya bilmədi. İddialara görə ətrafında əsasən Ərdoğana yaxın olan şəxslər yer aldı.

Rusiya Suriyadan çəkildimi?

2016-03-28 14:32:20

Rusiyanın yaşadığı iqtisadi çətinlik Suriyadan hərbi qüvvələrini geri çəkmək üçün səbəblərdən biri ola bilər. Amma bu, əsas səbəb deyil. Rusiyanın Suriyadan çəkilməsinin bir sıra digər səbəbləri var. Düzgün siyasi hədəf təyin edilmədiyi halda hərbi güclə atılan addımlar uğursuzluqla nəticələnə bilər. Rusiyanın tarixində Əfqanıstan kimi acı təcrübə var. Rusiya hökuməti daxilində Suriyaya müdaxiləyə qarşı olanlar da çox idi və onlar ikinci Əfqanıstan yaşamaq istəmirdilər. Putinin Suriyadan çəkilmə qərarı siyasi elitanı sakitləşdirmək üçün də hesablanmış ola bilər.

Çin qlobal liderliyə doğru: yeni dünya quruluşu mümkündürmü?

2015-10-26 12:59:48

Qərblə Rusiya arasındakı yeni "Soyuq müharibə"nin başlamasından və Rusiyanın Şərqə doğru meyllənməsindən istifadə edən Çin boşluqları doldurmağa çalışır. Köhnə "Soyuq müharibə"də Rusiya və ABŞ dünya quruluşuna təsir edirdisə, burada artıq Çin də rol almağa başlayıb. Baş verən proseslər nəticəsində Çin səssizcə öz gücünü artırır. Hazırda Çin və ABŞ tarixi bir nöqtədə qərarlaşıblar. Dünyanın taleyinin hansı istiqamətə doğru getməsi onlardan asılıdır. Nə qədər fərqli baxışlara malik olmalarına baxmayaraq, qeyd etmək lazımdır ki, dünyada sülh və əmin-amanlığın saxlanılması bütün bu fərqliliklərdən üstündür.

"Şükür Allaha ki, bu dərinliklərdən qurtula bildik" – Honduras

2013-11-22 13:30:12

1502-ci ildə Xristofor Kolumbun Yeni Dünyaya 4-cü və son səfərində Mərkəzi Amerikada yerləşən Hondurası kəşf etməsindən bir müddət sonra bu ölkə İspaniyanın müstəmləkəsinə çevrilmişdir. Honduras 300 il sonra 1821-ci ildə müstəqilliyini qazana bilmişdir. 2009-cu ildə hərbi çevriliş nəticəsində sol-mərkəzçi prezident Manuel Zelaya hakimiyyətdən devrilmişdir. Hərbçilər tərəfindən ABŞ-a məxsus təyyarə ilə Kosta-Rikaya göndərilən prezident M.Zelaya bu çevrilişin birbaşa...

And ölkəsi Çilidə ana xaqanlığı dövrü

2013-11-15 13:36:36

Cənubi Amerikada yerləşən, şərqdən dünyanın ən uzun dağ silsiləsi olan And dağları, qərbdən isə Sakit okean ilə əhatələnən Çili Respublikasında noyabr ayının 17-də növbəti prezident seçkiləri keçiriləcəkdir. Bu prezident seçkiləri 1989-cu ildə Pinoçetin 17 illik hərbi hakimiyyətinə son qoyulduqdan sonra keçirilən sayca 6-cı seçkilərdir. 7 And ölkəsindən biri olan Çilidəki seçkilərdə 9 nəfər namizəd qeydiyyata alınmışdır. Əsas namizədlər solçu qüvvələrin nümayəndəsi - keçmiş prezident Mişel Baçelet...

Sultanlıqdan respublikaya?

2013-11-08 13:38:04

Hind okeanının ekvatorial sularında yerləşən Maldiv XII əsrdə sultanlıq idarəçiliyinə malik olmuşdur. XVI əsrdən etibarən sıra ilə portuqalların, hollandların və fransızların təsiri altında olan Maldiv 1887-ci ildə Britaniya protektaratına çevrilmişdir. Əsas dəniz marşrutları üzərində yerləşməsinə görə tarixən strateji əhəmiyyətə malik olan Maldivə İslam XII əsrdə gəlmişdir. İslam şəriət qanunları ilə idarə olunan bu ölkənin əhalisinin əksəriyyəti demək olar ki, müsəlmandır. Ölkə konstitusiyasına görə, müsəlman olmayan şəxs Maldiv vətəndaşı ola bilməz...

Tacikistan prezidentini seçir

2013-11-05 13:19:03

2013-cü il noyabr ayının 6-da Tacikistanda konstitusiya günüdür. Elə həmin gündə də növbəti prezident seçkiləri keçiriləcəkdir. Sentyabr ayında Tacikistanın Gənclər Birliyi tərəfindən hazırkı prezident Emoməli Rahmonun namizədliyi irəli sürülmüşdür. Bu təklif Birliyin Düşənbə üzrə nümayəndəsi, 2012-ci il London Olimpiadasının boks üzrə bürünc mükafatçısı Mavzuna Çoriyeva tərəfindən verilmişdir. 61 yaşlı Emoməli Rahmon 1992-ci ilin noyabr ayında Tacikistanın Ali Şurasının sədri olmuş, 1994-cü ildə 5 illik və 1999-cu ildə ölkə...

Bidzina İvanişvili: milyarder biznesmen – baş nazir – ?

2013-10-25 12:12:29

Gürcüstanın ən varlı adamı Bidzina İvanişvili 2012-ci ilin 25 oktyabr tarixindən baş nazir vəzifəsini icra edir. İvanişvili bir neçə dəfə bəyan edib ki, 2013-cü il 27 oktyabr tarixində keçiriləcək prezident seçkilərindən sonra özünün həyata keçirdiyi siyasi kursun heç bir vasitə ilə dəyişdirilməyəcəyinə əmin olduğu halda baş nazir vəzifəsini tərk edəcək. Hazırda İvanişvilinin bu vədinə əməl edib-etməyəcəyi Gürcüstanda ciddi müzakirə mövzusudur. Həmçinin baş nazir vəzifəsinə namizədlərlə də bağlı ehtimallar səsləndirilir...

Gürcüstan prezident seçkiləri. Fizika fəlsəfəyə qarşı. İki qüvvənin mübarizəsi

2013-08-20 11:31:34

2013-cü ilin may ayında Gürcüstanın baş naziri Bidzina İvanişvili qarşıdan gələn prezident seçkilərində "Gürcü arzusu" koalisiyasından prezidentliyə namizəd kimi baş nazirin müavini və təhsil naziri Qiorqi Marqvelaşvilini irəli sürmüşdür. "Gürcü arzusu"nun iclasında Marqvelaşvilinin namizədliyi yekdilliklə dəstəklənmişdir. 43 yaşlı Q.Marqvelaşvili 2000-2006-cı illərdə və 2010-2012-ci illərdə Gürcüstanın İctimai İşlər İnstitutunun...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...