Ermənistan hakimiyyəti və şəxsən prezident Serj Sərkisyan Konstitusiya islahatlarını dövlətin və demokratik təsisatların gücləndirilməsində mühüm amil kimi qiymətləndirir, dəyişikliklərin güclü hakimiyyət və güclü müxalifətin formalaşmasına, siyasi partiyaların rolunun artmasına, dövlətin təhlükəsizliyinin təmin olunmasında daha qətiyyətli davranılmasına gətirib çıxaracağını təbliğ edirdi. Maraqlıdır ki, niyə Sərkisyan məhz hakimiyyətinin ikinci-sonuncu 5 illiyində bu təşəbbüslərlə çıxış edib? Görəsən, niyə bu məsələlər onu daha əvvəl narahat etmirdi? Yeni Konstitusiya layihəsinə əsasən, ölkə prezidentinin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq, o əhali tərəfindən deyil, parlament tərəfindən 7 illik müddətə seçiləcək. Bir şəxs ikinci müddətə yenidən prezident seçilə bilməz. Dövlətin əsas icraedici hakimiyyəti isə parlament seçkilərinin nəticələri əsasında formalaşan hökumət və onun baş naziri olacaq.
Müəllif: Elmar Hüseynov
İranın nüvə proqramına dair "altılıq" ölkələri ilə əldə etdiyi razılaşma dünya mətbuatında geniş rezonans doğurdu. Razılaşmanın yaratdığı böyük ruh yüksəkliyi "neftin qiymətinin düşəcəyi", "İranın dünya siyasətinə inteqrasiya olunacağı", "Yaxın Şərqdə sabitliyin yaranacağı'' kimi fikirlərin dövriyyəyə buraxılmasına rəvac verdi. Şübhəsiz ki, 10 ildən artıqdır davam edən bir problemə dair razılaşmanın əldə olunması özlüyündə ciddi hadisədir. Lakin razılaşmanın əldə olunmasından sonra baş verən proseslər onu göstərir ki, həddən artıq optimistlik nümayiş etdirənlər problemin əsl mahiyyətini və hadisələrin gələcəkdə mümkün inkişaf ssenarilərini nəzərdən qaçırırlar.
Ukraynada iki aydan çoxdur davam edən etiraz aksiyaları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu aksiyalar artıq ölkənin qanuni hakimiyyətinin Ukraynanın taleyi ilə bağlı qəbul etdiyi qərara qarşı etirazın ifadəsi deyil. Bu, həmin qərarın ləğv olunmasına, güc strukturları ilə silahlı münaqişə və fiziki müdaxilə yoluyla hökumətin fəaliyyətinin əngəllənməsinə, vilayətlərdəki inzibati binaların ələ keçirilməsi ilə hakimiyyətin devrilməsi məqsədinə yönəlmiş səylərdir. Vasitəçi rolunda çıxış etməyə çalışan Qərb isə...
Dəməşq ətrafında hökumət qüvvələri ilə müxalifət arasında gedən döyüşlərdə dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsi bütün dünyanın diqqətini yenidən Suriyaya yönəldib. ABŞ və müttəfiqləri artıq Suriyadakı proseslərə birbaşa müdaxilə üçün istədiyi bəhanəni əldə edib. Suriyada iki ildən artıqdır davam edən vətəndaş müharibəsinin gedişatı və regiona təsiri Qərbin hansısa mərhələdə bu cür davranacağı ehtimalını artırırdı. Lakin hazırkı proseslər...
Misir və Suriyada baş verən hadisələr ön planda olsa da, Yaxın Şərqin digər ərəb ölkəsi Yəməndə gedən proseslər heç də az əhəmiyyət kəsb etmir. Beynəlxalq terrorizmin yeni məkanı hesab edilən Yəməndəki mövcud vəziyyət potensial etibarilə regiona və beynəlxalq təhlükəsizliyə daha ciddi təsirə malik ola bilər. ABŞ Dövlət Departamenti 4 avqust 2013-cü il tarixində Yaxın Şərq və Şimali Afrikadakı 19 diplomatik missiyasının fəaliyyətini müvəqqəti dayandırıb, Yəməndəki...
Misirin demokratik yolla seçilmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsi sözün hərfi mənasında hərbi çevrilişdir. Bu, şübhə doğurmur. Mursinin hakimiyyətdən getməsi tələbi ilə başlamış kütləvi hərəkatın tələblərini yerinə yetirən ordu prezidenti hakimiyyətdən uzaqlaşdırdı və onun yerinə müvəqqəti prezident təyin etdi. Bu zərurət Mursinin öz hakimiyyəti dövründə atdığı bir sıra addımlardan və Misirdə mövcud olan struktur problemlərindən irəli gəlirdi. Ordunun bu addımının...
Suriyadakı vətəndaş müharibəsində tərəflərdən birinin aşkar üstünlük əldə edə bilməməsi bu müharibənin iki ildən artıq müddətdə davam etməsinə gətirib çıxarıb. Region ölkələri və böyük dövlətlərin bu münaqişədəki maraqlarının toqquşması da prosesləri gecikdirən əsas faktorlardan biridir. Hazırkı vəziyyətdə Suriya ətrafında gedən proseslərdə diqqəti çəkən əsas məqamlardan biri xüsusən Qərb KİV-lərində, telekanallarında vətəndaş müharibəsi ilə bağlı...
Avropada iqtisadi böhran davam etdikcə, problemlər daha ciddi xarakter almağa başlayır. Böhranın aradan qaldırılması üçün büdcə xərclərinə qənaət kimi sərt tədbirlər hələ ki, bir nəticə vermir, əksinə vəziyyəti daha da çətinləşdirir. Böhran dərinləşdikcə Avropa İttifaqı ideyasının özü ciddi suallar yaratmağa başlayır. Əvvəllər müəyyən tarixi səbəblərdən yalnız Britaniyaya aid edilən və Aİ-yə neqativ münasibəti ehtiva edən avroskeptisizm hazırda Ittifaqın əksər ölkələrində ciddi dayaqlar qazanmağa başlayır. Avroskeptisizm yalnız iqtisadi böhranla bağlı olmayıb daha dərin səbəblərlə əlaqəlidir. Böhran sadəcə vəziyyəti daha da ağırlaşdırdı və bu meyllərin "bağlı qapılar arxasından çıxmasına'' imkan yaratdı. Bunu Aİ-yə 2004-cü ildə üzv qəbul edilmiş Mərkəzi və Şərqi Avropa ölkələrinin timsalında daha aydın görmək mümkündür.
Müasir dövrdə regional inteqrasiya böyük əhəmiyyət kəsb etsə də, ayrı-ayrı dövlətlərin perspektivi baxımından bu inteqrasiyanın uğurlu olması üçün onun dövlətlərin ilk növbədə iqtisadi maraqlarına cavab verməsi başlıca amildir. Digər tərəfdən, başqa regionlarda gedən inteqrasiya proseslərinin hər hansı bir regionda təkrarlanmasının nə dərəcədə uğurlu olacağı həmin regionda və onun ətrafında mövcud olan reallıqlardan və şərtlərdən...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.
Davamı...