Dünya miqyasında geosiyasi proseslərdə maraq doğuran məqamlar özünü göstərir. Yaxın Şərqdə daha ağır vəziyyətin meydana çıxması ilə yanaşı, Mərkəzi Asiya və Sakit okean hövzəsində də düşündürücü hadisələr baş verir. Ekspertlər Vaşinqton, Moskva və Pekinin son vaxtlar atdıqları addımları həmin məkanda müşahidə edilən geosiyasi proseslər kontekstində təhlil edirlər. Cənubi Qafqaz üçün də bəzi əhəmiyyətli məqamları vurğulayırlar. Böyük dövlətlərin geosiyasi mübarizəsində diqqəti çəkən məqamlardan biri...
Müəllif: Kamal Adıgözəlov
Dünyanın böyük dövlətləri arasında geosiyasi mübarizə getdikcə yeni məzmun kəsb edir. Hələlik Yaxın Şərqdə bu, daha çox hiss edilir. Lakin hadisələrin gedişi göstərir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ətrafında da intensiv proseslər cərəyan etməkdədir. İndi analitik və ekspertlər yeni geosiyasi planların mövcudluğundan danışırlar. Bunu təsdiq edən bir neçə fakt artıq mövcuddur. Onların işığında regionun geosiyasi mənzərəsinə nəzər salmaq maraqlıdır. Hər şeydən əvvəl, Türkiyədə...
Son zamanlar böyük dövlətlərin Suriya ilə bağlı diplomatik fəallığı xeyli artıb. Növbəti beynəlxalq konfransın keçirilməsi haqqında danışırlar. Lakin reallıqda baş verən hadisələr problemin getdikcə mürəkkəbləşdiyini və daha geniş geosiyasi məkana təsir etdiyini göstərir. Belə vəziyyətdə meydana bütövlükdə regionu əhatə edən müxtəlif çətinliklər çıxır. Bunların fonunda Suriya problemi olduqca faciəvi məzmun kəsb edir. Sanki yüz minlərlə günahsız insanın...
Gürcüstanda hökumətin yeniləşməsi ilə xarici siyasətdə hansı dəyişikliklərin baş verəcəyi məsələsi aktuallaşıb. Baş nazir Bidzina İvanişvilinin verdiyi bəyanatlar fonunda bu, xeyli dərəcədə maraq doğurur. Bu il martın 7-də Gürcüstan parlamenti "Xarici siyasətin əsas istiqamətləri" haqqında Qətnamə qəbul etdi. Bununla da rəsmi Tbilisinin mövqeyi konkret maddələrdə ifadə edildi. Açığını desək, Gürcüstan, bəzi dairələrin gözlədiyi kimi, xarici siyasətdə kəskin dəyişiklik...
Yaxın Şərq regionunda geosiyasi mənzərə mürəkkəb olaraq qalır. Böyük dövlətlər həm Suriya iqtidarını, həm də müxalifəti silahlandırırlar. Ancaq heç biri bunu açıq etiraf etmir. Müharibə isə hər gün daha çox dinc insanın həyatına son qoyur. Bu prosesin qonşu bölgələrə yayılmayacağına təminat yoxdur. Həmin kontekstdə ekspertlər yaxın gələcəkdə İran məsələsinin kəskinləşəcəyini proqnozlaşdırırlar. Bundan başqa, bəzi dövlətlərin regional lider olmaq iddiası vəziyyəti xeyli gərginləşdirir.
Ermənistan yenə tərəddüd içindədir. Prezident seçkisindən sonra ölkənin sosial-iqtisadi, siyasi və geosiyasi həyatında hansısa yeniliyin baş verəcəyi gözlənilmir. İctimai rəydə hökm sürən başqalarına nifrət sindromu qalır. Ekspertlərin fikrinə görə, həmin psixoloji apatiya yeni məzmun kəsb etməyə başlayıb. Bu prosesin bir tərəfi siyasi qarşıdurma nəticəsində ermənilərin bir-birinə nifrətinin artmasından qaynaqlanır. Yerli ekspertlər bu tendensiyanı...
Bu il postsovet məkanının geosiyasi mənzərəsində ciddi dəyişikliklər ola bilər. "Stratfor" analitik mərkəzinin gəldiyi qənaətlərə görə, burada yeni qeyri-müəyyən məqamların meydana çıxması mümkündür. Bütövlükdə həmin məkanda böyük dövlətlərin fəallaşması gözlənilir. Bu ərazilərdə Rusiyanın öz nüfuzunu artırmağa çalışacağı ehtimal edilir. Buna Kremlin imkanları vardır.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...