THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Kamal Adıgözəlov

Qərbin ikili standartları: Avropa siyasi institutlarının böhranı

2016-02-22 14:32:51

Son dövrlərdə Qərbin qlobal siyasətdə oynadığı rol haqqında fərqli fikirlər səsləndirilir. Bu kontekstdə Avropa İttifaqının gələcək taleyi ilə əlaqədar müxtəlif ssenarilərdən bəhs edilir. Bu məsələnin gündəmə gəlməsi təsadüfi deyil. Uzun illərdir ki, Aİ-nin daxili və xarici siyasətində ziddiyyətlər özünü göstərməkdədir. Lakin təəssüflə deməliyik ki, bu təşkilatın rəsmi şəxsləri yaranmış vəziyyəti obyektiv qiymətləndirib, çıxış yollarını axtarmır, əksinə, müxtəlif regionlara münasibətdə qərəzli və ədalətsiz mövqe tutmaqda davam edirlər. Bu, daha çox postsovet məkanı ölkələri istiqamətində aparılan siyasətdə özünü göstərir. Akademik Ramiz Mehdiyev həmin məsələni geosiyasətin müasir nəzəri-metodoloji prinsipləri prizmasından təhlil edir və bir sıra çox maraqlı yeni ideyalar irəli sürür. Tərəddüd etmədən, akademikin həmin fikirlərini müasir geosiyasətə nəzəri və praktiki töhfə hesab etmək olar.

Avropa Parlamentinin qətnaməsi: Azərbaycanda parlament seçkiləri ərəfəsində "sürpriz"

2015-09-22 12:25:13

Avropa Parlamenti vasitəsilə Azərbaycana qarşı qərəzli münasibətini bir daha göstərən Avropa yenidən eyni səhvi buraxdı. Provokasiya məzmunlu qətnamə Avropanın ali qanunverici orqanının böyük əksəriyyəti tərəfindən dəstəkləndi. Azərbaycan haqqında belə bir sənədin qəbul edilməsi ümumilikdə Avropanın siyasətində neqativ meyllərin artdığını göstərir. Belə bir təəssürat yaranır ki, iqtisadi böhran, maliyyə qeyri-sabitliyi, indi isə miqrasiya xaosunda boğulan Avropa bütün bu mühüm problemləri həll etməyə o qədər də tələsmir, əksinə, başqa bir dövlətin daxili işlərinə müdaxilə və "demokratiya və seçim azadlığı" prinsiplərini təlqin etmək onun üçün daha vacibdir.

Avropa İttifaqı: böhran və geosiyasət

2015-03-03 12:58:14

Aİ-nin son zamanlar bir çox problemlərlə üzləşdiyi barədə informasiyalar yayılır. Təşkilat daxilində meydana çıxan problemlər öz həllini tapmır. Burada separatizm meylləri, bir sıra dövlətlərin müstəqil siyasət yeritmək iddiası, milliyyətçiliyin radikal məzmun alması, işsizlik kimi məsələlər ön plana çıxıb. Onları aradan qaldıra biləcək səmərəli proqramlar isə hələ ki, yoxdur. Üstəlik, xarici siyasətdə də müəyyən mürəkkəbliklər üzə çıxmağa başlayıb. Belə ki, Ukrayna böhranının fonunda Aİ-nin Rusiya ilə münasibətləri necə qurmalı olduğunu Brüssel özü üçün aydınlaşdırmayıb. Mütəxəssislər təşkilatın xarici siyasətində prinsiplərin yeniləşdirilməsinə tələbin olduğundan danışırlar. Lakin Avropa buna hazırdırmı?

Aİ-postsovet məkanı: geosiyasi dəyişikliklər fonunda problemlər – İkinci hissə

2015-02-06 12:34:19

Avropa İttifaqının siyasətində qeyri-müəyyənliklər qalmaqdadır. Ona bütövlükdə təşkilatın postsovet məkanında həyata keçirdiyi siyasət kontekstində baxmaq olar. Hazırkı mərhələdə Aİ bu istiqamətdə xeyli problemlərlə üzləşib, onların necə və nə zaman aradan qaldırılacağı məsələsi isə açıqdır. Brüssel hələlik yaranmış vəziyyəti dəyişməyə nail ola bilmir. Eyni zamanda, Aİ üçün həmin geosiyasi məkanda digər böyük güclərin daha da fəallaşması ciddi rəqabət mühiti formalaşdırır. Onun məzmunu ilə bağlı hələ ki, birmənalı fikir yoxdur. Bəzi mütəxəssislərin sözlərinə görə, ekspertlərin əksəriyyəti "geosiyasi illüziya"ya qapılıb. Reallıqda Rusiya və Çin ABŞ-ın uzun illərdir yaratdığı geosiyasi sistem çərçivəsində fəaliyyət göstərirlər. Belə şəraitdə təşkilatın hansı siyasi kursa üstünlük verəcəyini demək çətindir. Lakin Aİ-nin postsovet məkanı uğrunda geosiyasi mübarizəsini davam etdirəcəyi haqqında fikir söyləmək mümkündür.

Aİ-postsovet məkanı: geosiyasi dəyişikliklər fonunda problemlər – Birinci hissə

2015-02-05 13:12:04

Avropa İttifaqı son 25 ildə genişlənmə istiqamətində müəyyən addımlar atıb ki, bu da bir sıra problemlər meydana gətirib. Yuqoslaviyanın bölünməsində Aİ birbaşa iştirak edib. Təşkilatın genişlənmə siyasəti son nəticədə Ukrayna böhranına gətirib çıxarıb. Afrikanın şimalında, Suriya, İraq və Əfqanıstanda baş verən proseslərdə Aİ-nin öz rolu vardır. Sürix protokollarının imzalanmasında, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində bu təşkilatın canfəşanlığı yaddan çıxmayıb. Brüssel həmin məsələdə Türkiyəyə xeyli təzyiqlər edib. Bütün bunlar onu təsdiqləyir ki, Aİ üçün digər istiqamətlərlə yanaşı, postsovet məkanının da əhəmiyyəti artıb. Təşkilatın bu istiqamətdə yeritdiyi siyasətin mütəxəssislərin diqqət mərkəzində olması da elə məhz bununla izah olunur. Təhlil göstərir ki, buradakı mənzərə heç də tam aydın deyil. Aİ-nin yol verdiyi səhvlər və bir çox digər amillər vəziyyəti xeyli mürəkkəbləşdirib. Bu faktorların prizmasından Brüsselin nə kimi addımlar atacağı maraq doğurur.

Türkiyənin yeni Avropa strategiyası: üç istiqamətdə islahatlar

2014-11-03 13:19:10

Uzun illərdir ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi gündəmdədir. Lakin məsələ hələlik həllini tapmayıb. Meydana müxtəlif ziddiyyətlər çıxır. Aİ bəhanələrlə məsələnin həllini uzadır. Təşkilatın 2014-cü il Türkiyə hesabatı bunların fonunda ekspertlərin marağına səbəb olub. Rəsmi Ankara onu "tarazlı və obyektiv" adlandırıb. Bununla yanaşı, tərəflər arasında ciddi fikir ayrılıqlarının da olduğu məlumdur. Bu baxımdan Türkiyənin Aİ strategiyası hansı məqamları özündə birləşdirir? Yaxın perspektivdə bu ölkənin həmin təşkilata üzv olması ehtimalı mövcuddurmu? Bu kimi sualların aktuallığı şübhə doğurmur. Eyni zamanda, Ankaranın Aİ-yə üzvlüklə bağlı yeni strategiya hazırlaması bu məsələyə müəyyən aydınlıq gətirə bilər.

Ukraynanın seçimi: assosiativ üzvlük ölkəni hara aparır?

2014-10-08 11:25:55

Brüsseldə və Kiyevdə eyni vaxtda bir sənəd təsdiq edildi. Ukrayna Avropa İttifaqına assosiativ üzv oldu. Sazişin iqtisadi hissəsinin reallaşması 2016-cı ilə qaldı. İlk baxışdan ukraynalılar çoxdankı arzularına qovuşdular. Lakin mütəxəssislərin rəyləri və aparılan təhlillər göstərir ki, vəziyyət heç də tam aydın deyil. Ukraynanın daxili siyasi səhnəsində bir sıra ziddiyyətli məqamlar özünü göstərməyə başlayıb. P.Poroşenkonun fəaliyyətinə müsbət yanaşmayanlar da var. Bundan əlavə, Aİ-yə daxil olan ölkələrin heç də hamısı Ukrayna ilə assosiativ üzvlüyü sevinclə qarşılamır. Onlar Moskva faktorunu daha ciddi nəzərə almağı tələb edirlər. Kiyevin Qərb və Rusiya ilə münasibətlərinin inkişaf dinamikası da məlum deyil.

Avropa İttifaqı: böhran şəraitində kadr dəyişikliklərində məqsəd

2014-09-23 11:39:34

Dünya KİV-i Avropa İttifaqının rəhbərliyində baş verən kadr yeniliklərini geniş müzakirə edir. Məsələyə təşkilatın gələcək taleyi aspektində daha çox diqqət yetirilir. Mütəxəssislər Aİ-nin faktiki olaraq hərtərəfli böhrana düşməsi səbəbindən bu addımı atdığını ifadə edirlər. Buna görə də söhbət heç də yeni təyinatlardan getmir. Brüssel xilas yollarını axtarır. Lakin indiyədək o qədər problemlər yığılıb ki, onların necə həll ediləcəyi məlum deyil. Hətta bəzi ekspertlər kadr dəyişikliklərini uğursuz hesab edir. "Qoca qitə"də bir qeyri-müəyyənliyin hökm sürdüyü gözə çarpır. Buna baxmayaraq, Aİ geniş imkanlara malik təşkilatdır. Onun dünya siyasətinə və iqtisadiyyatına təsiri böyükdür. Bu səbəbdən də qurumun gələcək taleyi ilə bağlı verilən proqnozlar maraq doğurur.

Assosiativ üzvlük: Ukrayna, Moldova və Gürcüstana nə verəcək?

2014-07-09 12:07:06

Ukrayna, Moldova və Gürcüstan uzun sürən müzakirələr və münaqişələrdən sonra Avropa İttifaqına assosiativ üzv olmaq haqqında müqaviləyə qol qoydular. Tərəflər sevinc içində idilər və hər biri tarixi məqamdan danışırdı. Postsovet məkanının üç ölkəsinin xoşbəxt gələcəyə doğru-düzgün seçim etdiyi vurğulanırdı. Əldə ediləcək siyasi və iqtisadi dividendlər üzərində dayanılırdı. Lakin baş verən hadisəyə mütəxəssislərin münasibəti birmənalı deyil. Onların təcrübəyə və müasir reallıqlara əsaslanan təhlilləri bir qədər düşünməyə vadar edir...

Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru (II yazı)

2014-06-04 10:00:07

Ölkə Prezidenti İlham Əliyev assosiativ üzvlüyün dəqiq anlayışının olmadığını vurğulayıb. Konkret desək, assosiativ üzvlük bərabərhüquqlu tərəfdaşlıq prinsipinə uyğun gəlmir. Digər tərəfdən, İlham Əliyev açıq bildirib ki, "istənilən inteqrasiya prosesinə əlavə üstünlüklər qazanmaq üçün getmək lazımdır". Assosiativ üzvlük çərçivəsində isə məsələnin bu tərəfi aydın deyil. Həmin səbəbdən Azərbaycan özü fərqli əməkdaşlıq modeli təklif edib...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...