THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Kamal Adıgözəlov

Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru (II yazı)

2014-06-04 10:00:07

Ölkə Prezidenti İlham Əliyev assosiativ üzvlüyün dəqiq anlayışının olmadığını vurğulayıb. Konkret desək, assosiativ üzvlük bərabərhüquqlu tərəfdaşlıq prinsipinə uyğun gəlmir. Digər tərəfdən, İlham Əliyev açıq bildirib ki, "istənilən inteqrasiya prosesinə əlavə üstünlüklər qazanmaq üçün getmək lazımdır". Assosiativ üzvlük çərçivəsində isə məsələnin bu tərəfi aydın deyil. Həmin səbəbdən Azərbaycan özü fərqli əməkdaşlıq modeli təklif edib...

Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru (I yazı)

2014-06-03 10:31:27

Qlobal miqyasda geosiyasi proseslərin dinamikası sürətlə dəyişir. Meydana narahatlıq yaradan ciddi problemlər çıxır. Həmin kontekstdə Avropa İttifaqının müstəqilliyini əldə etmiş ölkələrlə münasibətlərinin perspektivləri məsələsi aktuallaşır. O cümlədən, Azərbaycanla bu təşkilatın əlaqələrinin taleyi üzərində düşünməyə dəyər. Baş verən proseslər göstərir ki, Bakı Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlar kimi inkişaf etdirməkdə israrlıdır. Bununla bağlı yeni əməkdaşlıq proqramının hazırlanması məsələsi maraq doğurur...

Avropa İttifaqı: geosiyasi iddialar və xarici siyasətin problemləri (II yazı)

2014-05-08 12:18:17

Avropa İttifaqının hərbi güc tətbiq etməsi məsələsi ön plana çıxır. "Realistlər" artıq bu addımı atmağın zamanı çatdığını deyirlər. Yaxın Şərq və Ukrayna hadisələri bunun əyani təsdiqi kimi təqdim olunur. Həmin prizmadan Almaniyanın son aylar Aİ-nin hərbi güc tətbiq etməli olduğunu vurğulayan ideyaları yada düşür. Ayrıca, bu ilin əvvəlində keçirilən beynəlxalq təhlükəsizliyə həsr olunmuş tədbirdə Berlin özünün gücə arxalanan iddialarını irəli sürmüşdü. "Realist" yanaşma...

Avropa İttifaqı: geosiyasi iddialar və xarici siyasətin problemləri (I yazı)

2014-05-07 11:38:03

Qlobal miqyasda mürəkkəb geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə Avropa İttifaqı kimi bir təşkilatın taleyi maraq doğurur. Xüsusilə, son illər onun dərin böhranla üzləşməsi məsələni daha da aktuallaşdırır. Hazırda bir sıra regionlarda gərginlik mövcuddur, silahlı toqquşmalar baş verir. Hətta bəzi ölkələrin ərazi bütövlüyünə qəsdlər olur. Belə bir şəraitdə Aİ-nin hansı xarici siyasət kursunu seçməsindən çox şey asılıdır. Analitiklər bununla bağlı...

Aİ: postsovet məkanında siyasəti dəyişirmi? – II hissə

2014-03-05 10:37:44

Avropa İttifaqının keçmiş sovet respublikaları istiqamətində yeritdiyi siyasət bir sıra aspektlərdə ziddiyyətli məqamları özündə daşıyır. Bunu siyasi, iqtisadi və geosiyasi aspektlərdə görmək mümkündür. Bəzi regionlarda bu təşkilatın fəaliyyəti gözlənilən nəticəni verməyib. Hazırda onun üçün ən əhəmiyyətli sınaq meydanı Ukraynadır. Ancaq bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanı arxa plana atmaq demək deyil. Əksinə, əgər Avropa İttifaqı məhz həmin regionlarda fəallığını artırmasa, onu postsovet məkanında ciddi...

Aİ: postsovet məkanında siyasəti dəyişirmi? – I hissə

2014-03-04 11:54:05

Qlobal geosiyasətdə müşahidə edilən yeni dinamika Avropa İttifaqının keçmiş sovet məkanı ölkələri siyasətinə təsir etməyə bilməz. Bu təşkilatın son illər yaşadığı maliyyə böhranı və siyasi inteqrasiya sahəsində qarşısına çıxan çətinliklər baxımından da diqqəti cəlb edən məqamlar özünü göstərməkdədir. Bunların fonunda Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində Aİ-nin yeritdiyi siyasətin məzmunu və strategiyası ekspertlərin marağına səbəb olub. "Şərq tərəfdaşlığı" proqramı...

Ermənistan-Avropa İttifaqı: kəsişən ziddiyyətli məqamlar (II hissə)

2014-02-11 09:16:16

Ermənistanın Avropa İttifaqı ilə ziddiyyətlərlə dolu münasibətlərinin yaxın gələcəkdə hansı məzmun kəsb edəcəyi haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq indidən aydındır ki, rəsmi İrəvan heç zaman müstəqil siyasət yeridə bilməyəcək və daim güclülər arasında tərəddüd edəcək. Bu cür vəziyyət başqa səbəblərlə yanaşı, Cənubi Qafqazın təhlükəsizliyinə qeyri-müəyyənlik gətirəcək. Geosiyasi terminologiyada bu, regionda Ermənistanın uzun müddət risk mənbəyi olaraq qalacağı anlamına...

Ermənistan-Avropa İttifaqı: kəsişən ziddiyyətli məqamlar (I hissə)

2014-02-10 12:18:13

Ermənistanın xarici siyasətinin ziddiyyətləri özü ilə yanaşı, Cənubi Qafqazı da qeyri-müəyyənliklər qarşısında qoyur. Bir müddət özünü Avropaya inteqrasiya etmək istiqamətini seçmiş ölkə kimi aparan Ermənistan 2013-cü ilin sentyabrında qəfil Gömrük İttifaqını seçdiyini bildirdi. Bununla da regional miqyasda geosiyasi aspektdə çoxlu sayda suallar meydana gəldi. Ekspertlər rəsmi İrəvanın bu hərəkətində məntiqi və obyektiv davranış motivlərini görə bilmədilər. Bu addıma Avropa...

Türkiyə: Afrika və Qafqaz siyasətinin yeni çalarları

2013-12-28 11:17:05

Yaxın Şərqdə baş verən ziddiyyətli geosiyasi hadisələr Türkiyənin regiondakı nüfuzuna ciddi təsir etdi. Əvvəlcə Ankaranın bölgə liderliyinə tam əsası və gücü olduğu qənaəti vardı. Suriya və Misir məsələlərində bu təsəvvür bir qədər dəyişdi. Bəzi analitik və ekspertlər Türkiyənin regionda rolunun azalmağa başladığı haqqında fikir söyləməyə başladılar. Bu, ABŞ və Rusiyanın Yaxın Şərq uğrunda mübarizəsinin yeni çalarlar kəsb etməsi fonunda baş verdi. Doğrudan da, artıq Türkiyənin Suriya hadisələrinə aktiv müdaxiləsi müşahidə edilmir...

Suriya: geosiyasi oyunun yeni şərtləri

2013-12-25 11:42:52

Yaxın Şərqdə vəziyyət mürəkkəb olaraq qalır. Son zamanlar Suriyada dini qruplaşmalar arasında münasibətlər yeni gərginlik səviyyəsinə qalxıb. Məzhəb mənsubluğu getdikcə daha qabarıq formada siyasi məzmun kəsb edir. Sələfilər, "əl-Qaidə"çilər və şiələr arasında ziddiyyətlər kəskinləşir. Paralel olaraq, böyük geosiyasi güclərin mübarizəsi yeni çalarlar alır. Nəticədə, Yaxın Şərq bütövlükdə daha mürəkkəb geosiyasi dinamikaya doğru gedir. Belə görünür ki, Yaxın Şərqdə böyük dövlətlərin...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...