Qlobal miqyasda cərəyan edən mürəkkəb, ziddiyyətli və çoxşaxəli geosiyasi proseslər böyük güclər qarşısına da bir sıra problemlər çıxarıb. Ekspertlər fərqli yanaşmalar əsasında təhlillər aparıb mümkün ssenariləri proqnozlaşdırmağa çalışırlar. Bu zaman regional təşkilatların geosiyasi məqsədləri və maraqları baxımından çoxlu sayda ölkələr arasında münasibətlərin gələcəyi ilə bağlı da analizlərə yer verilir. Avropa İttifaqı nüfuzlu regional təşkilatdır və inkişaf potensialı yüksəkdir. Aİ indi dünyada söz sahibi olan geosiyasi güc rolunu oynamağı da qarşısına məqsəd kimi qoyub. Lakin son illərin dolaşıq geosiyasi dinamikası bu təşkilat qarşısına da çətin problemləri çıxarıb. Onların sırasına Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" adlanan proqramı reallaşdırması da daxildir.
Müəllif: Kamal Adıgözəlov
Hazırda ekspertlər Avropa İttifaqından Böyük Britaniyanın çıxmasının dəqiqləşməsindən sonra bu təşkilatın gələcəyi məsələsi üzərində düşünürlər. Təhlillər aparıb, proqnozlar verirlər. Yanaşmalar və kriteriyaların müxtəlifliyindən, fərqli ssenarilərdən bəhs edilir. Onların hamısını birləşdirən xüsusiyyət Aİ-nin inkişaf etməsi, yəni, təşkilatın dağılmayacağı və ya ciddi surətdə zəifləməyəcəyi şərtinin qəbul edilməsidir. Aİ müasir dünya siyasətinin əsas aktorlarından biri olaraq qalacaq. Bu tezisdə irəli sürülən ssenarilər prizmasından baxdıqda isə, bir qədər fərqli mənzərə yaranır. Aydın olur ki, həm ssenarilərin özləri tam əsaslandırılmayıb, həm də onların reallaşması konkret şərtlərlə təmin edilməyib. Belə çıxır ki, təşkilatın ekspertləri, mütəxəssis və rəsmi nümayəndələrində belə onun gələcəyi barədə dəqiq təsəvvürlər yoxdur. Bu məqam qlobal proseslərə qeyri-müəyyənlik elementi gətirir.
Təcavüzkar Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində bu ilin iyul ayında növbəti hərbi təxribatı xeyli narahatlıq yaratdı və meydana çoxlu suallar çıxardı. Ekspertlər rəsmi İrəvanın bu riskli və təhlükəli addımının arxasında hansı geosiyasi və geoiqtisadi maraqların dayandığını analiz edir, eyni zamanda, Cənubi Qafqazın geosiyasi mühitinə təsir imkanları olan böyük dövlətlərin bu prosesdə rolu üzərində dayanırlar. O cümlədən ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımları təhlil edirlər. Vurğulanan məqamlara daha geniş prizmadan nəzər saldıqda, meydana bir sıra maraqlı suallar çıxır və onlara cavab tapılması zərurəti aydın hiss edilir. Deyilənlər ümumilikdə Tovuz hadisələrinin geosiyasi analizinə geniş diqqət yetirmək ehtiyacını ortaya qoyur.
Ermənistan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa cəhd göstərir. Rəsmi İrəvan milli təhlükəsizlik strategiyası haqqında "sənəd" hazırladığını bəyan edib və onu hətta "xalqın mühakiməsi"nə çıxarıb. Əslində isə "sənəd" real məzmununa görə nə konsepsiyadır, nə də strategiya. O, daha çox erməni şovinist, natamamlıq kompleksli siyasi şüurunun iniltilərindən ibarətdir. Açıq hiss olunur ki, Ermənistan dövlət kimi çox zəifdir, heç formalaşmayıb və orada rəsmi dairələrdə təhlükəsizlik strategiyasının nə olduğunu bilən yoxdur. "Yeni sənəd"də yer alan tezislərin məzmununa nəzər saldıqda, bunu aydın görmək olur.
Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı işğalçı ölkənin və havadarlarının uzun müddətdir apardığı siyasətin iç üzünü bir daha aydınlaşdırdı. Əslində, biz həmin siyasətin mahiyyətinə və məqsədlərinə lap əvvəldən bələdik. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, erməni lobbisinin və antiazərbaycançı dairələrin ölkəmizlə bağlı çirkin niyyətlərini artıq nə Ermənistan, nə də havadarları gizlədə bilmirlər. Hər şey üzə çıxır və o qədər aydın olur ki, inkara yer qalmır.
Avropa İttifaqı qlobal geosiyasi miqyasda cərəyan edən hadisələrin fonunda daha çox xarici siyasətdəki qeyri-müəyyənlikdən əziyyət çəkir. Brüsseldə anlamağa başlayırlar ki, münaqişələrin həllinə yanaşmalarda qüsurlar vardır. Daha konkret desək, Brüssel heç də bütün hallarda ədalətli və obyektiv ola bilmir. Bunun bariz nümunəsi Aİ-nin sözdə deyil, reallıqda Ermənistan-Azərbaycan münaqişəsinə olan münasibətidir. Müşahidələr göstərir ki, Aİ bu vəziyyəti dəyişməyə meyllənib. İyun ayında baş verən üç hadisə bu baxımdan maraq doğurur.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, aparılan danışıqların konkret nəticə verməməsinin səbəbləri çoxdur. Ancaq başlıca maneə rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqedir. Buna qarşılıq olaraq münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun təcavüzkara açıq şəkildə və qətiyyətlə işğalçı olduğunu deməsi və zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb etməsi lazımdır. Təəssüf ki, Minsk qrupunun həmsədrləri hələlik bu qətiyyəti və ədalətli mövqeni ortaya qoya bilmirlər. Beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar kimi xarakterizə edən sənədlər qəbul ediblər. BMT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri bu barədə mövqelərini bildiriblər. Onlarla yanaşı, Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinə magistral yolun çəkilməsi ilə əlaqədar Avropa Parlamenti üzvlərinin birgə bəyanatı öz konkretliyi və dəqiq mövqeyi ilə fərqlənir. Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa Komissiyasına və Komissiyanın vitse-prezidentinə Şərq Tərəfdaşlığı ilə bağlı tövsiyələr" adlı qətnamə də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir.
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda sərhəd xətti istiqamətində törətdiyi hərbi təxribat ancaq döyüş əməliyyatları ilə məhdudlaşmadı. Azərbaycan Ordusunun güclü zərbələri altında diz çökən işğalçı və havadarları çox məyus oldular. Erməni əsgəri Azərbaycan Ordusunun atəş gücünü öz üzərində aşkar hiss etdi. İndi bir sıra ekspertlər baş verənləri analiz etməyə çalışırlar. Müxtəlif qiymətləndirmələr, arqumentlər eşidirik. Lakin ermənilərin Tovuz istiqamətində hücum cəhdinin taleyini həll edən tək faktor var: Azərbaycan Ordusunun şücaəti, hərbi sistemimizin qüdrəti, zərgər dəqiqliyi ilə işləməsi, Ali Baş Komandan-ordu rəhbərliyi-müxtəlif qoşun növləri arasında yüksək koordinasiyalı fəaliyyət-Azərbaycan əsgərinin vətənsevərliyi, qeyrəti, fədakarlığı və peşəkar hazırlığının bir-birini tamamlaması! Məhz bunların sayəsində ermənilərin hərbi və informasiya təxribat potensialı tükəndi. Və ondan sonra Nikol Paşinyan KTMT-yə üz tutdu, kömək istədi!
Erməni silahlı qüvvələrinin qəfil Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçməsi regionda geosiyasi-hərbi vəziyyəti kəskinləşdirib. Azərbaycan Ordusunun dərhal cavab verməsi və düşmənin geri oturdulması rəsmi İrəvanın iflasını yaxınlaşdırır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar, region ölkələri yaranmış vəziyyətə münasibət bildirirlər. Belə görünür ki, regionda müəyyən qüvvələr hansısa prosesə start veriblər. Onların məqsədi geosiyasi sabitliyi pozmaq və bulanıq suda balıq tutmaqdır. Lakin qətiyyətli və güclü Azərbaycan Ordusu çoxlarının məkrli planlarını alt-üst etməkdədir. Bundan düşmən daha da quduzlaşır və yeni həmlələr etməyə çalışır. Cavabını almaqla yeni-yeni itkilər verir. İndi Ermənistanın sərhədə yaxın məntəqələrindən sakinlər qaçırlar. Polis onları zorla geri qaytarmağa çalışır.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli onillərdir ki, uzanır. Faktiki olaraq, bu işlə məşğul olan ATƏT-in Minsk qrupu heç bir real nəticə əldə edə bilməyib. Bu qrupa həmsədrliyi dünyanın üç qüdrətli dövləti edir. Təsəvvür edin, bu üç dövlət Cənubi Qafqazda bir münaqişəni "həll edə bilmir"! Absurddur! Çünki qətiyyətli və ədalətli davransalar, çox qısa müddətdə məsələni yoluna qoya bilərlər. Necə ki, dünyanın müxtəlif regionlarında daha genişmiqyaslı münaqişələrin həlli üçün dəridən-qabıqdan çıxırlar və nələrəsə nail olurlar, burada iş görmək mümkün olur. Forpost Ermənistan bu qədər uzun müddətə təcavüzkar siyasət yürüdə bilməz. Yəni, məsələ Ermənistanda deyil, ona havadarlıq edən qüvvələrdədir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupunun fəaliyyəti ilə bağlı irad bildirməsi, kəskin tənqid etməsi və tələblər irəli sürməsi tam əsaslıdır. Dövlət başçısının Azərbaycan telekanallarına verdiyi son müsahibədə məsələ daha kəskinliyi və konkretliyi ilə qaldırılıb.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...