THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müəllif: Kamal Adıgözəlov

Aİ-nin yeni inteqrasiya konsepti: 4 səviyyəli funksional struktur

2017-08-11 16:57:22

Bir neçə ildir ki, Qərb mütəxəssisləri Avropa İttifaqının gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Burada bədbin sonluqdan tutmuş, nikbin modellərə qədər çoxsaylı yanaşmalar özünü göstərir. Analitiklərin arasında fikir müxtəlifliyinin olması Aİ-nin özünün qeyri-müəyyənliklər içində olması ilə izah oluna bilər. Bu bağlılıqda tanınmış analitik Cozef Nayın (kiçik) mövzu ilə bağlı fikirləri təbii maraq doğurur. Onun son məqalələrinin birində maraqlı və aktual tezislər irəli sürüldüyündən, biz onların Avropa İttifaqının gələcəyi kontekstində analizinə ehtiyac duyuruq. Nəzərə almaq lazımdır ki, C.Nayın da fikirləri mümkün versiyalardan yalnız biridir. Yəni onları daha çox düşünmək üçün oxumaq lazımdır. Həqiqətin harada olduğunu isə zaman göstərəcək.

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi" (II hissə)

2017-07-28 13:48:36

Təbii ki, Aİ-nin beynəlxalq aləmdə öz mövqeyini gücləndirməsi Avropanın maraqlarına cavab verir. Lakin vurğulanan məqamlardan aydın görünür ki, təşkilat yaxın 10 ildə dünya liderliyinə iddia etmək niyyətindədir. Bütün dünyada sabitliyin təmini, daha da birləşmiş müdafiə sisteminin yaradılması kimi faktorların arxasında bu istək dayanır. Çünki əgər məqsəddə planetar miqyaslı prosesləri yaratmaq varsa, bu, supergüc iddiasıdır. Belə nəticə çıxarmaq olar ki, yaxın perspektivdə Avropa İttifaqı ABŞ, Rusiya, Çin və Hindistana geosiyasi arenada rəqib olmağı planlaşdırır. Onun buna nail ola biləcəyi ayrı məsələdir. Əsas məqam ondan ibarətdir ki, Brüssel qarşılaşdığı çətinlikləri nəinki həll etməyə, hətta daha sürətlə inkişaf etməyə və qlobal miqyasda mövqeyini gücləndirməyə hazırlaşır.

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi" (I hissə)

2017-07-27 11:54:04

Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər. Onların içərisində bədbin məzmunlu olanlar az deyil. İtaliyanın paytaxtı Romada təşkilatın 60 illiyini qeyd etməyə toplaşmış 27 üzv dövlətin rəhbərləri də bununla bağlı geniş müzakirələr aparıblar. Yekunda yeni bəyannamə imzalanıb. Sənəddə təşkilatın gələcəyi ilə əlaqədar maraqlı məqamlar yer alıb. Onların analizi göstərir ki, Aİ faktiki olaraq yeni transformasiyalar mərhələsindədir. Artıq əvvəlki şərtlər daxilində fəaliyyət göstərmək səmərəli deyil. Lakin başlıca çətinlik ondan ibarətdir ki, yeniləşmələrin konkret məzmunu aydınlaşmayıb. Çünki ortada kifayət qədər problemlər vardır. Bu məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

2017-ci ilin ilk üç ayı: sürətli inkişaf davam edir

2017-05-03 16:34:42

Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında olduqca əhatəli və məzmunlu nitq söyləyib. Dövlət başçısı regional və qlobal miqyasda cərəyan edən geosiyasi, iqtisadi, maliyyə və hərbi proseslərin müqayisəli təhlili əsasında ölkədə ilk üç ayda həyata keçirilən proqramların sosial məzmununu diqqətə çatdırıb. Əldə edilən nəticələrin müstəqil dövlətçilik üçün əhəmiyyətini açıb. Ölkə rəhbəri gətirdiyi rəqəmlərlə sübut edib ki, davamlı surətdə reallaşdırılan islahatlar kursu səmərəsini verməkdədir. Azərbaycan bütün istiqamətlər üzrə ötən aylarda nəzərdə tutulan məqsədlərə çatıb. Buraya xarici siyasətin əsas prioritetləri, iqtisadi islahatlar, büdcə məsələsinin həlli, nəqliyyat, turizm, ordu quruculuğu və digər sahələr daxildir. Onların hər biri üzrə dövlət başçısı konkret rəqəmlər ifadə edib və onların əhəmiyyətini vurğulayıb. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun ekspertləri Azərbaycanı yüksək rəqabətə davamlı ölkə kimi təqdim ediblər. Bunlar ciddi nailiyyətlərdir və dövlətimizin etibarlı əllərdə olmasının sübutudur.

Avropa İttifaqı 2017-ci ildə: əsas ziddiyyətlər və mümkün transformasiyalar

2017-04-10 16:01:35

Mütəxəssislər Aİ kimi böyük və potensiallı təşkilatın gələcəyi ilə bağlı mütəmadi təhlillər aparırlar. Onların verdikləri proqnozlar həmişə maraq doğurur. Hazırda dünya siyasi mühitində paradoksal vəziyyət yaranıb. Bir tərəfdən təhlükəsizlik problemi daha da aktuallaşıb, digər tərəfdən isə bunu reallaşdıra biləcək qüvvələr balansı hələ formalaşmayıb. Aİ-də müşahidə edilən proseslərə bu müstəvidə nəzər saldıqda, bir sıra düşündürücü məqamlara rast gəlinir. Bu təşkilatın 2017-ci ildə qarşılaşa biləcəyi ziddiyyətlərin analizi maraq doğurur. Eyni zamanda, onun mümkün transformasiya ssenariləri də ekspertlərin diqqətini çəkir. Onlar üzərində dayanmağa ehtiyac görürük.

Azərbaycan Prezidentinin Brüssel səfəri: əməkdaşlıq formatında tarixi yenilik

2017-02-16 13:57:06

Müasir dünyada çox mürəkkəb geosiyasi, hərbi və maliyyə vəziyyətinin yarandığı sirr deyil. Yaxın Şərqdə münaqişələrin daha da şiddətlənməsi, prosesə getdikcə daha çox sayda dövlətin qarışması ilə yanaşı, Avropada davam edən böhranlı durum meydana bir sıra təhlükələr çıxarıb. Bunların fonunda yeni müstəqil dövlətlərin Avropa İttifaqı ilə əlaqələri prinsipial məzmun kəsb edir. O cümlədən mürəkkəb Cənubi Qafqaz regionunda yerləşən Azərbaycanın Aİ ilə əlaqələrini səmərəli müstəviyə çıxarması əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın dövlət başçısı İlham Əliyevin fevral ayında Brüsselə səfər etməsini olduqca aktual göstərir. Ölkə rəhbəri səfəri zamanı apardığı danışıqlarda maraqlı və əhəmiyyətli nəticələr əldə edib. Bir daha təsdiqlənib ki, İlham Əliyev uzaqgörən siyasi liderdir. Prezidentlə müzakirələr aparan hər bir Aİ rəsmisi həmin məqamı vurğulayıblar. Əldə olunan razılıqlar Aİ-Azərbaycan münasibətlərində tamamilə yeni səhifə açır. Məsələnin bu tərəfini şərtləndirən müxtəlif məsələlər üzərində geniş dayanmağa ehtiyac vardır.

Aİ-nin gələcəyi: Darendorf Forumunun fərqli ssenariləri

2016-12-07 14:38:44

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumdan sonra mütəxəssislər "köhnə qitə"nin siyasi, geosiyasi və hərbi-iqtisadi taleyi ilə bağlı analizlərini intensivləşdiriblər. Hazırda Avropanın özündə ekspertlər geniş fikir mübadiləsi aparır, təşkilatın mümkün transformasiya formalarını müzakirə edirlər. Onların sırasında ciddi analizləri və proqnozları ilə tanınan Darendorf Forumunun builki məruzəsi böyük maraq doğurur. Mütəxəssislər hesab edirlər ki, bu Forum öz analitik işlərinə daim ciddi və yüksək hazırlıqlı ekspertləri dəvət edir. Buna görə də onların hazırladıqları məruzələr populist deyil, elmi əsası olan analizdir. Son olaraq Darendorf Forumu Aİ-nin 2025-ci ilə qədər müddətdə uğraya biləcəyi transformasiyalar barədə geniş proqnostik məruzə hazırlayıb. Sənədin bir çox məqamları geosiyasi aspektdə maraq doğurduğundan onlar üzərində dayanmağa ehtiyac görürük.

Azərbaycanın geosiyasi kursu: XXI əsrin çağırışları işığında

2016-11-18 12:59:05

Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü xüsusi şəraitdə qeyd etdi. Hazırda dünyanın bir çox regionlarında müharibə alovu çoxlu sayda insanın həyatına son qoyur. İşgəncələr, hüquq pozuntuları, sürgünlər, qaçqınlıq, miqrantlara qarşı qeyri-insani münasibətlər baş alıb gedir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "ətraf od tutub yanır". Belə bir şəraitdə Azərbaycan sabit inkişaf və tərəqqi adasını xatırladır. Bəs onu belə bir sabit inkişafa hansı siyasət gətirib çıxarıb? Bu sualın cavabını 25 il ərzində həyata keçirilən müstəqil siyasətin işığında tapmaq olar. Obrazlı desək, ötən müddətin hər səhifəsinə Ulu Öndərin əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursunun nuru fonunda nəzər salsaq, çox maraqlı məqamları görmüş olarıq. Burada müxtəlif destruktiv qüvvələrlə gərgin mübarizə, təxribatlara qarşı ciddi dirəniş, reallaşdırılan beynəlxalq layihələr, aparılan böyük diplomatik savaş və irəli sürülən geosiyasi əməkdaşlıq formatları vardır. Azərbaycan 25 ildə Cənubi Qafqaz fenomeni kimi siyasətə qədəm qoyub. Bakı dünyaya bu regionda yerləşən dövlətin dünya siyasətinə necə və hansı məzmunda töhfə verə biləcəyinin ən səmərəli formulunu nümayiş etdirib. Müstəqil dövlətçiliyin geosiyasi aspektdə ən gözəl töhfəsi məhz bundan ibarətdir.

Prezidentin tarixi nitqi: reallığın dolğun təqdimatı və strateji tezislər

2016-10-14 14:40:15

Son zamanlar bir sıra dairələr Azərbaycanla bağlı əsassız fikirlər ortaya atırlar. Bununla həm mövcud reallığı təhrif edir, həm də rəsmi Bakının yeritdiyi siyasətin gerçək məzmununa kölgə salmağa çalışırlar. Onlar bu hərəkətləri ilə faktiki olaraq haqsızlığa yol verir və vəziyyəti daha da mürəkkəbləşdirirlər. Risklər, qeyri-müəyyənliklər artır. Bütün bunların fonunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ifadə etdiyi fikirlər çox aktual məqamlara aydınlıq gətirir. Dövlət başçısı Azərbaycanın yeritdiyi siyasəti, onun real məzmununu, əldə etdiyi uğurları və qarşılaşdığı haqsızlıqları dəqiq söyləyib. Müasir dünyada baş verən hadisələrin dərin təhlilini verən ölkə rəhbəri, böhranlı vəziyyətin hökm sürdüyünü deyib. Həmin proses müxtəlif sahələri əhatə edir. Buna baxmayaraq, Azərbaycanda sürətli inkişaf müşahidə edilir. Ölkə rəhbərliyinin apardığı siyasət öz bəhrələrini verir. Bütün sahələr üzrə Azərbaycan uğur qazanır. Ancaq bir sıra dairələrin qərəzli münasibəti də özünü göstərməkdədir.

Avropa üçün dörd ssenari: "Brexit"dən sonra mümkün transformasiya istiqamətləri

2016-08-17 15:05:49

Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək qərarına gəlməsi Qərbdə ciddi siyasi, ideoloji və geosiyasi əks-səda doğurub. Mütəxəssislər bu hadisənin bütövlükdə təşkilatın taleyinə təsiri ilə bağlı təhlillər aparır və proqnozlar verirlər. Maraqlıdır ki, hələlik üstünlük verilən konkret ssenari yoxdur. Aİ-nin gələcəyi ilə əlaqəli bir qeyri-müəyyənliyin hökm sürdüyü göz önündədir. Lakin əksər ekspertlərin razılaşdığı bir məqam mövcuddur – "Brexit" adi hadisə deyil, Aİ daxilində uzun illərdir yığılıb qalan prinsipial əhəmiyyətli ziddiyyətlərin məntiqi nəticəsidir. Bu baxımdan Aİ-nin siyasi, ideoloji və institusional transformasiyaya uğramasından başqa yolunun olmadığını söyləmək mümkündür. Dəyişikliklərin səviyyəsi və mexanizmləri hələ də müzakirə mövzusudur. Aydındır ki, Avropa geosiyasi və siyasi yol ayrıcındadır. Onun seçim etmək hüququ var. Bundan istifadə məsələsinin hansı çərçivədə olacağı isə müəyyənləşməyib. Bu səbəbdən bir neçə tendensiyadan danışmaq olar.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...