
Bakı, 17 fevral 2021 – Newtimes.az
Soçidə keçirilən Suriya üzrə 15-ci beynəlxalq görüş başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüşdə Astana formatının iştirakçıları olan ölkələrin – Rusiya, Türkiyə və İranın diplomatları iştirak ediblər. Tərəflər danışıqların yekunlarına dair bəyanatla çıxış ediblər.
Bəyanatda İdlib üzrə əldə olunmuş razılaşmaların tam şəkildə yerinə yetirilməsinin, ölkədəki terrorçu dəstələrinin məhv edilməsinin vacibliyi vurğulanıb. Tərəflər Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildiriblər.
Rəsmi Moskva, Ankara və Tehran Suriyanın neft gəlirlərinin qanunsuz ələ keçirilməsini, bu ölkənin Konstitusiya Komitəsinin fəaliyyətinə kənardan müdaxilələri pisləyiblər. Tərəflər, həmçinin Suriyada qaçqın və köçkünlərin öz yurdlarına təhlükəsiz qaytarılmasının vacibliyini qeyd ediblər.
Astana formatında növbəti görüşün 2021-ci ilin ortalarında Nur-Sultanda keçirilməsi nəzərdə tutulub.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...