THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9797
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr 2020 – Newtimes.az

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb.

"Report" xəbər verir ki, məlumatları "Novosti Armeniya" yayıb.

Argentinada ispan dilində çıxan "Laseptima" jurnalının 2008-ci ilin yanvar sayında "Diplomatik qaçaqmal" başlıqlı yazı o vaxtkı səfir Ara Ayvazyanın avtomobil alveri ilə məşğul olması barədədir. Bildirilib ki, Nigeriya, Pakistan, Çili, Mərakeş, Boliviya və Belarusdan olan 13-ə yaxın diplomatla birlikdə Ara Ayvazyan bahalı avtomobillərin alverini edib. Onlar vergidən yayınmaq üçün avtomobilləri qaçaqmalçılıq yolu ilə gətirərək, özəlləşdiriblər. Bu cinayəti törətməkdə Ara Ayvazyan və o biri diplomatlar diplomatik toxunulmazlıq və pasportdan istifadə edirmiş.

Bildirilib ki, Ayvazyan 1996-cı ildə Ermənistan Xarici İşlər Nazirliyində işə qanunsuz yolla təyin olunub.

Argentinada da səfir işlədiyi zaman hazırladığı hesabatda erməni iş adamı, milyarder Eduardo Ernekyan barəsində böhtan və yalan yazaraq Xarici İşlər Nazirliyini gülünc vəziyyətdə qoyub.

Bundan başqa iddia edilir ki, aprelin 23-də ermənilərin saxta tarixi günü ərəfəsində Türkiyənin Argentinadakı səfirinin dəvətini qəbul edib və türk səfirlə bir yerdə oturub, yeyib-içib.

Başqa bir qalmaqallı məlumat isə onun sürücüsü ilə bağlıdır. Argentinada səfir işləyən vaxt sürücü səfirliyin seyfindən pul oğurlayıb. Ancaq Ayvazyanın qohumu olduğu üçün sürücü cəzalandırılmayıb.

Məlumata görə, Ara Ayvazyan Qarabağla bağlı danışıqlardan xəbərsizdir.

Qeyd edək ki, Ara Ayvazyan 1969-cui il martın 30-da Yerevanda anadan olub. 1993-cü ildə Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini, 1994-cü ildə Livanın paytaxtı Beyrutda siyasətşünaslıq fakültəsini bitirib. 1994-1996-cı illərdə Ermənistan XİN Avropa departamentinin ikinci attaşesi, 1996-1997-ci illərdə Ermənistanın Argentinadakı səfirliyində ikinci katib, 1999-2006-cı illərdə Ermənistanın Argentina, Çili və Uruqvay üzrə səfiri işləyib. Nazir təyinatınadək Ara Ayvazyan müxtəlif ölkələrdə səfir, nazir müavinin vəzifələrində çalışıb.

2020-ci il noyabrın 18-də Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə xarici işlər naziri təyin olunub.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...