THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan prezidenti: "Hakimiyyət milli razılıq hökumətinə keçməlidir"

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5041
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 noyabr 2020 – Newtimes.az

Ermənistan prezidenti Armen Sarkisyan hazırkı vəziyyətdə növbədənkənar parlament seçkilərinin, eləcə də baş nazirin istefasının qaçılmaz olduğunu bildirib.

APA "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, prezident bu sözləri xalqa müraciətində səsləndirib.

Onun sözlərinə görə, Ermənistan həm müharibə meydanında, həm də diplomatik arenada məğlub olub. Prezident hökuməti və hakim qüvvələri öz potensiallarını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb. Bu proseslər nəticəsində yeni seçkilərin keçirilməsi mümkün olacaq, buna qədər isə ölkə hakimiyyəti yüksək ixtisaslı milli razılıq hökumətinə verilməlidir.

"Mövcud vəziyyəti və ondan ləyaqətlə çıxmağın, eləcə də ictimai tələbləri dinləməyin zəruriliyini nəzərə alsaq, o zaman aydın olur: ölkəni fəsadlardan xilas etmək üçün Milli Məclisə erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq", – deyə prezident bildirib.

Sarkisyanın fikrincə, son bir neçə gün ərzində parlament nümayəndələri və parlamentdən kənar qüvvələrlə, ictimai qruplar və şəxslərlə bir neçə görüşlər keçirib. Diaspor nümayəndələri ilə telefon danışıqları aparıb və onunla siyasi məsləhətləşmələr aparan görüş iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə – hökumətin istefası və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməsi və erkən parlament seçkilərinin keçirilməsi mövzusunda eyni fikirdədir.

"İclaslarda iştirak edənlərin böyük əksəriyyəti baş nazirin istefası və ya səlahiyyətlərinin ləğvi və konstitusiyaya uyğun olaraq erkən parlament seçkilərinə ehtiyac olduğu qənaətində idi", – deyə prezidentin saytında yerləşdirilən müraciətdə qeyd edilib.

Xatırladaq ki, İrəvanda bir neçə gündür müxalifətin mitinqləri keçirilir, etirazçılar Nikol Paşinyanın istefasını tələb edirlər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...