THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Nikol Paşinyan: "Bəyəm Şuşa ermənilərə lazım idi?"

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2880
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 noyabr 2020 – Newtimes.az

"Deyirlər, Şuşanı satmışıq. Şuşanı kim satıb? Əgər satmışıqsa, son 30 il ərzində satmışıq. Ona görə ki, Şuşa bədbəxt, boz şəhər idi".

Virtualaz.org bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı deyib.

"Bizə Şuşa lazım idimi? Əgər lazım idisə, niyə belə vəziyyətdə idi? Bizə bu "azad edilmiş ərazilər" lazım idimi? Əgər lazım idisə, niyə?.. İndi deyirlər ki, niyə "Qarabağ prezidentinin" (keçmiş qondarma "dqr"in "lideri" Araik Arutyunyan nəzərdə tutulur – red.) inauqurasiyası Şuşada keçirilib? Təsəvvür edin, 30 il bütün erməni elitası hesab edirdi ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və "Qarabağ prezidentinin" orada tədbir keçirmək haqqı yoxdur. Bax, Şuşa şəhəri onda – fikirlərdə olmayanda satılmışdı. Əgər beyinlərdə olsaydı, belə sual ortaya çıxmazdı", – o bildirib.

Onun sözlərinə görə, bu ərazilər oktyabr ayında təhvil verilməyib, bu ərazilər 30 ildir təhvil verilmişdi, orada hər yeri alaq otları basanda.

Paşinyan qeyd edib ki, son 30 il ərzində onlar aşağıdakı məntiqlə yaşayıblar: müharibə istisna olmaqla düşmənə bir qarış da torpaq verməmək: "Biz hətta onların arasında ziddiyyət olduğunun fərqinə varmadıq".

"Biz bu seçimi son iki il yarımda etdik. Bəlkə pis bir seçim idi. Bəlkə də başa düşmədik ki, bu seçim üzərində işləməyə macal tapmayacağıq və biz bu seçimdə məğlub olduq. Şəxsən mən buna görə tam məsuliyyət daşıyıram. Son 30 ildə şüurumuzda kök salmış "pul verəcəm, orduda xidmətdən azad olacağam" vətənpərvərlik modelinə yenidən baxmaq lazım idi", – deyən Paşinyan ictimaiyyətin ondan cavab tələb etməli olduğunu söyləyib, amma əlavə edib ki, o da çoxlarından cavab tələb etməlidir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...