THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaponiyalı nazir: "Çin Yaponiyanın təhlükəsizliyi üçün təhdiddir"

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4459
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 sentyabr 2020 – Newtimes.az

Çin Yaponiyanın təhlükəsizliyi üçün təhdid yaradır.

APA-nın xəbərinə görə, bunu Yaponiyanın Müdafiə naziri Taro Kono Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkil etdiyi virtual formatda baş tutan müzakirələrdə çıxışında deyib.

"Müdafiə naziri olaraq deyə bilərəm ki, Çin Yaponiyanın təhlükəsizliyi üçün bir təhdidə çevrilib, onların geniş imkanları və müəyyən niyyətləri var, biz Çinin davranışını çox yaxından müşahidə etməliyik", – deyə Yaponiyanın Müdafiə naziri bildirib.

Yaponiyanın ABŞ ilə birgə Pekinin hərəkətlərini çox diqqətlə izləməsinin vacib olduğunu söyləyən nazir Çinin son onilliklərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını və regiondakı fəaliyyətini sürətləndirdiyini qeyd edib.

"Biz indi onların status-kvonu gücdən istifadə edərək dəyişdirmək niyyətini görürük. Çinin niyyətləri, nə etmək istədiyi bizi çox narahat edir'', yaponiyalı nazir bildirib.

Müdafiə nazirinin sözlərinə görə, əvvəllər o, ÇXR-in hərəkətlərini "narahatlıq doğuran'' adlandırırdısa, indi bu hərəkətləri "təhlükə yaradan'' hesab edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...