THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İran Prezidenti: Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
756
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 aprel 2019 – Newtimes.az

Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

Ölkəsinin neft satışında israrlı olmaqda davam edəcəyini söyləyən H.Ruhani bildirib: "İran neft ixracını güclü şəkildə davam etdirəcək".

Birləşmiş Ştatların sanksiyalarının mərhəmətsiz olduğunu deyən İran Prezidenti sanksiyaların birbaşa xalqı hədəf aldığını qeyd edib: "İstər hökumət, istər işəgötürən, işçi, sahibkar və ya fərqli istehsal sektorları olsun mövcud vəziyyətdə ağır bir yük daşıdığımızın fərqinə varmalıyıq".

ABŞ-ın İran neftini sıfıra endirməklə bağlı qərarının böyük bir səhv olduğunu bildirən H.Ruhani deyib: "Amerikalılar qarşıdakı aylarda neft ixracını həyata keçirməkdə davam edəcəyimizi görəcəklər. Dövlət olaraq neft ixracını güclü şəkildə davam etdirəcəyik".

İran Prezidenti bəzi ölkələrin ABŞ-ın təzyiqi qarşısında geri çəkilmələrini tənqid edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. ABŞ-ın İrana qarşı sanksiyalarının ötən il noyabrın 5-də qüvvəyə minən ikinci mərhələsi çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə – Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...