
Bakı, 19 mart 2019 – Newtimes.az
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dövlət başçısı postunu tərk edir.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomart Tokayev icra edəcək. O, çərşənbə günü səhər and içməlidir.
"Mən prezident kimi öz səlahiyyətlərimi dayandırmaq qərarına gəldim'', – deyə Nazarbayev xalqa müraciətində bildirib. Onun müraciəti respublika telekanallarının efirində yayımlanıb.
Bununla yanaşı, Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacağını bəyan edib.
Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...