THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İrandan ABŞ-a sərt bəyanat

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
808
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 dekabr 2018 – Newtimes.az

İran Prezidenti Həsən Ruhani ölkəsinin neft ixracına dair ABŞ-a sərt xəbərdarlıq edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İran Prezidenti ABŞ-ın ünvanına sərt bəyanat səsləndirib.

"ABŞ İranı neft satışından məhrum etməyi və dünya ilə ticarətini sonlandırmaqla bölgədə tək qoymağı hədəfləyir. Amerika dünya və bölgədəki ölkələrlə ticarətimizi dayandıra bilməz. ABŞ bilməlidir ki, biz neft satırıq və satmağa da davam edəcəyik. Rəsmi Vaşinqtonun gücü İran neftinin ixracını dayandırmağa yetməyəcək. Əgər bir gün ABŞ İranın neft ixracını tamamilə dayandırmaq istəsə Körfəzdən heç bir formada neft satılmayacağını da bilməlidir", – deyə Həsən Ruhani bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Bu sanksiya İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.

Sanksiyaların ikinci mərhələsi çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə – Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 6 aylıq müvəqqəti güzəşt tətbiq olunub.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...