THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tramp KXDR və Cənubi Koreya arasında razılaşmaya heyran olub

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5741
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 sentyabr 2018 – Newtimes.az

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının və Cənubi Koreyanın başçılarının birgə sammitinin nəticəsinə görə bəyanatlarından fövqəladə dərəcədə ruhlanıb.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"ində yazıb.

Trampın sözlərinə görə, Kim Çen In Koreya Xalq Demokratik Respublikası nüvə obyektində yoxlamaları qəbul etməyə hazır olduğunu elan edib. Həmçinin sınaq poliqonunu beynəlxalq ekspertlərin iştirakı ilə sökmək niyyətində olduğunu bildirib.

Həmçinin, Trampın məlumatına görə, Koreya Xalq Demokratik Respublikası nüvə və raket sınaqlarından imtina etməyi öhdəsinə götürüb.

Ağ Ev rəhbəri eləcə də Şimali və Cənubi Koreyanın 2032-ci ildə Olimpiya oyunlarının keçirilməsinə hazır olmaları barədə birgə təkliflərini alqışlayıb.

"Çox həyəcanlandırıcıdır", – deyə Tramp "Twitter"də vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...