THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Serj Sarqsyan Ermənistanın baş naziri seçilib

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
947
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 aprel 2018 – Newtimes.az

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkənin baş naziri seçilib.

"Report" xəbər verir ki, aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.

S.Sarqsyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan Daşnaksütyun Partiyasından ibarət koalisiya irəli sürüb.

Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi "Çıxış" müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıblar. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarqsyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.

Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarqsyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...