
Bakı, 9 aprel 2018 – Newtimes.az
Bu gün Ermənistan hökuməti istefaya göndərilib.
"Report" "Novosti Armenii"yə istinadən xəbər verir ki, Ermənistanın aprelin 9-da and içmiş yeni prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla baş nazir də daxil olmaqla bütün nazirlər və hökumətin digər üzvləri işdən çıxarılıblar.
Qeyd edək ki, aprelin 9-16-da Ermənistanın baş naziri postuna namizədlər irəli sürüləcək. Aprelin 17-də Ermənistan parlamentində yeni baş nazir seçiləcək. Yeni baş nazir isə yeni hökuməti formalaşdıraraq prezidentə və parlamentə təqdim edəcək. Hökumət mayın 1-10-u arası formalaşdırlacaq. Bu posta hakim Respublika Partiyasının sədri, keçmiş prezident Serj Sarkisyanın gətiriləcəyi gözlənilir.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...