THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan Krımın işğalını dəstəkləyib

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
141
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 dekabr 2017 – Newtimes.az

Ermənistan BMT Baş Assambleyasının sessiyasında ''Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət'' haqqında qətnamənin əleyhinə səs verib.

''Report'' BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, sənədin müəllifi Ukrayna və daha 30 dövlətdir.

Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini Rusiyanın "müvəqqəti işğal etdiyi'' qeyd olunub. Qətnamədə ''ilhaqın'' qəbuledilməz olduğu vurğulanıb.

''Müvəqqəti işğal olunan Krımda sakinlərə, o cümlədən Krım tatarlarına, eləcə də ukraynalılara, başqa etnik qrupların və dini qrupların təmsilçilərinə qarşı Rusiyanın işğalçı hakimiyyəti tərəfindən diskriminasiya tədbirləri görülür, onların insan haqları tapdanır'', – deyə qətnamədə vurğulanıb.

Sənəddə işğal edilən Krımda Rusiya qanunlarının tətbiqinin, məhkəmə və inzibati idarəçiliyinin qanunsuz olduğu ittiham olunub. Müəlliflər Rusiyanı Krımı işğaladək beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.

70 ölkə bu qətnamənin lehinə, 26 dövlətin nümayəndəsi əleyhinə səs verib. 76 dövlət tərəfsiz qalıb.

Sənədin əleyhinə Ermənistanla yanaşı, Belarus, Boliviya, Hindistan, Qazaxıstan, Şimali Koreya, Kuba, Serbiya, Qırğız Respublikası, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası səs verib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan səsvermədə iştirak etməyib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...