THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

KTMT-nin yeni baş katibinin seçilməməsinin səbəbi məlum olub

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
896
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 oktyabr 2016 – Newtimes.az

"Qazaxıstan prezidenti Nursultan Nazarbayev iclasda iştirak etmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibini seçə bilmədik".

"Report" xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja "Rossiya-24" televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, təşkilatın baş katibinin, idarə rəislərinin, müavinlərin və bütün vəzifəli şəxslərin dəyişdirilməsi rotasiya qaydasında prezidentlərin qərarı əsasında həyata keçirilməlidir.

N.Bordyujanın sözlərinə görə, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev xəstələnərək, KTMT-nin iclasına qatıla bilmədiyinə görə, təşkilatın baş katibinin və digər vəzifəli şəxslərin müəyyənləşdirilməsi məsələsi təxirə salınıb: "Bu məsələ KTMT-yə üzv olan bütün ölkələrin prezidentlərinin iştirakı ilə həll edilməlidir. Bu ilin dekabrında prezidentlərin görüşü barədə razılıq əldə olunub. Onda yekun qərar qəbul ediləcək".

Qeyd edək ki, KTMT-yə üzv olan ölkələrin prezidentlərinin zirvə toplantısı bu il oktyabrın 13-14-də Yerevanda keçirilib. Ermənistan prezidenti Serj Sarkisyan qurumun baş katibi ilə bağlı məsələnin ilin sonunda Rusiyada keçiriləcək iclasda həll ediləcəyini bildirib.

Xatırladaq ki, KTMT 1992-ci il mayın 15-də yaradılıb. Qurumda Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistan təmsil olunur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...