THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İran xarici siyasətdə diplomatik resursları bütün regionlar üzrə bərabər bölüşdürəcək – Ayətullah Xamenei

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1870
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 avqust 2016 – Newtimes.az

Prezident Ruhaninin hökuməti ilə baş tutan görüşdə İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei regiondakı böhranlar və qeyri-sabitliklərə baxmayaraq İranda təhlükəsizliyin yüksək səviyyədə olduğunu vurğulayıb.

SalamNews-un "İran.ru"ya istinadla verdiyi xəbərə görə, Ayətullah Xamenei vurğulayıb ki, ölkə region ölkələrinin böhran və münaqişələrlə üzləşərək müdafiəsiz qaldığı bir zamanda etibarlı təhlükəsizliyə malikdir.

Ayətullah Xamenei qeyd edib ki, İran diplomatiyası bu gün diqqətini yalnız ayrı-ayrı ölkələrin İranla nüvə sazişinin şərtlərini yerinə yetirmələri problemində cəmləşdirməməlidir: "Hökumət istənilən ABŞ administrasiyasına etibar etməməli və Birləşmiş Ştatların vədləri müqabilində üzərinə konkret öhdəliklər götürməməlidir".

Ayətullah Xamenei hökumətə xarici siyasətdə xarici ölkələrlə əməkdaşlıq coğrafiyasını genişləndirməyi tövsiyə edib. "İran hökumətinin diplomatik resursları beynəlxalq ictimaiyyətlə münasibətlərin daha geniş inkişafı məqsədilə Afrika və Latın Amerikası da daxil olmaqla bütün regionlar üzrə bərabər ölçüdə bölüşdürülməlidir", – deyə Ali dini lider bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...