THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Nüvə razılaşması sübut etdi ki, düşmənə etimad göstərmək olmaz – Ayətullah Xamenei

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
413
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 avqust 2016 – Newtimes.az

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei İranın inkişafının ölkə daxilindəki qaynaqlara əsaslandığını vurğulayaraq, İranı örnək bir ölkə olmaq səviyyəsinə çıxarmaq üçün strategiya və planların olmasını və hər kəsin bu hədəf uğrunda tənbəllik etmədən, düşmənlərə inanmadan səy göstərməli olduğunu deyib.

SalamNews xəbər verir ki, Ayətullah Seyid Əli Xamenei çıxışında deyib: "Düşmən bizim yolumuzun maneə çıxarır. Bu maneələrə qarşı, əlbəttə, ağıllı tədbir almalıyıq, amma düşmənə heç bir zaman etimad edilməz. Son nümunəsi də Nüvə razılaşması məsələsidir. Razılaşmanı əldə edən dostlarımız indi Amerikanın razılaşmanı pozduğunu deyir. Razılaşmanın üstündən 6 ay keçir, amma xalqın həyatında heç bir müsbət təsiri olmayıb.

Mən ötən il də Nüvə razılaşmasının bizim üçün nümunə və təcrübə olacağını demişdim. İndi amerikalıların necə rəftar etdiyi ortadadır. Onlar sözdə vəd verir, amma işdə bizim əleyhimizə sui-qəsd edirlər. Nüvə razılaşmasının təcrübəsi heç bir məsələdə Amerika ilə etimad üzərində müzakirə edilməyəcəyi təcrübəsini bizə göstərdi".

İslam inqilabının lideri regional məsələlərdə Amerika ilə müzakirə düşüncəsini öldürücü zəhər olaraq dəyərləndirib: "Biz öz yolumuzu getməliyik. Düşmənlə müzakirə sizi haqq yoldan çəkindirə bilər. Onlar sizdən imtiyaz alıb qarşılığında heç bir şey verməzlər. Bu imperializmdir".

Çıxışının davamında Ayətullah Xamenei regional məsələlərə toxunaraq Səudiyyə Ərəbistanının İsraillə əlaqələrinin aşkar olmasını İslam ümmətinin kürəyinə sancılan bir xəncər olduğunu deyib və əlavə edib ki, Yəmənə hücum evlərə, xəstəxanalara, məktəblərə raket yağdırmaq və müntəzəm olaraq uşaqları qətlə yetirmək bu dövlətin digər günahıdır.

"Səudiyyə dövləti bu gün ağılsız insanların əlindədir. Amma hadisələrin diqqətli təhlili bu hadisələrin hamısında ABŞ-ın barmaq izinin olduğunu göstərir", – Ayətullah Xamenei Səudiyyə Ərəbistanının siyasətinə münasibət bildirərkən deyib.

Bundan başqa, İranın ali dini lideri Səudiyyə Ərəbistanının bu cinayətləri Amerikanın silahları və onların yaşıl işığı ilə törətdiyini deyib: "Nə vaxt ki, BMT uzun zamandan sonra bu işi qınamaq qərarı alır, pul, təhdid və təzyiq ilə onların ağzını bağlayır. BMT-nin üzüqara baş katibləri bu işi etiraf edib, amma o etiraf yerinə insanlığa xəyanət etməmək üçün vəzifədən getməli idi".

Ayətullah Xamenei Türkiyədəki son hərbi çevriliş cəhdinə işarə edərək bunları deyib: "Amerikanın düşmənliyi sadəcə İran İslam Respublikasına qarşı deyil. Türkiyədəki son hadisələrdə də çevrilişin amerikalıların iştirakı ilə hazırlanması barədə çox böyük bir ittiham var. Bu məsələ isbat olunarsa, Amerika üçün böyük rüsvayçılıq olacaq. Türkiyə Amerikanın regional müttəfiqidir. Amma amerikalılar İslam və islami hərəkatların əleyhinədirlər. Buna görə, Türkiyədə də islami fəaliyyətlər olduğu üçün Türkiyəyə qarşı çevriliş etməyə çalışırlar".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

We are returning to a world of great-power rivalry
19 oktyabr 2016 The Financial Times

We are returning to a world of great-power rivalry

The US unipolar era lasted less than 25 years, undone by war and financial crisis

Davamı...
Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...
17 oktyabr 2016 Milli Gazete

Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...

Şimdiden şu söylenebilir: Musul, İslam dünyasının önüne atılmış büyük bir tuzak.

Davamı...