THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İranda şist nefti və qazı aşkar olunub

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
425
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 aprel 2016 – Newtimes.az

İran özünün şist nefti və şist yatağı olan ölkələrin sırasına daxil olub. Bu barədə İranın Elmi-Tədqiqat Neft Sənayesi İnstitutunun nümayəndəsi Məhəmməd Rza Kamali bildirib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Oman dənizinin dibində nəhəng qaz hidratı ehtiyatları aşkarlanıb. Bundan başqa, ölkə hökuməti İranın qərbində yerləşən Lorestan əyalətində şist qazının aşkar edilməsi üzrə layihəni praktiki olaraq sona çatdırıb. Burada artıq qeyri-ənənəvi qaz yataqları aşkar olunub.

Analoji tədqiqatlar cənubda yerləşən və ölkənin ən böyük neft yataqlarının cəmləşdiyi Xuzistan əyalətində də aparılır. İran neft və şist qazı nöqteyi-nəzərindən böyük imkanlara malikdir.

Xatırladaq ki, bu əsrin əvvəlindən ABŞ-da frekinq kimi üsuldan istifadə edərək enerji resurslarının hasil olunması ilə dünya neft bazarını ciddi şəkildə dəyişən və enerji resurslarının qiymətinin ucuzlaşmasına gətirib çıxaran "şist inqilabı" başlayıb. Frekinq – enerji resurslarının, o cümlədən şist qazının "Layın hidrodeşilməsi" yolu ilə hasilatıdır. Bu texnologiya bəzi ekspert və ekoloqlar tərəfindən tənqid olunub və bir sıra ölkələrdə, həmçinin Nyu-York və Vermont ştatlarında qadağan edilib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...