THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xəzəryanı ölkələr kollektiv təhlükəsizlik sistemi yaradacaq

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
657
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 aprel 2016 – Newtimes.az

Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlıqlarının nümayəndələri Sankt-Peterburqda Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsini müzakirə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Donanması (HHD) üzrə mətbuat xidməti və informasiya İdarəsinin nümayəndəsi, birinci dərəcəli kapitan İqor Dıqalo bildirib.

"Sankt-Peterburqda Rusiya HDD Baş Komandanlığı rəhbərinin vəzifələrinin icraçısı admiral Vladimir Korolyevin Xəzəryanı dövlətlərin HDQ nümayəndələri ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi üzrə işgüzar görüşü olub", – deyə o əlavə edib.

Məlumata görə, Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələri Komandanlıqları Komitəsinin yaradılması müzakirə olunub ki, bu da gələcəkdə birgə təlimlərin keçirilməsi, naviqasiya-hidroqrafikanın təmin edilməsi, həmçinin qanunsuz miqrasiya, silah və narkotik nəqli, eləcə də qaçaqmalçılığın qarşısının alınması üçün Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi istiqamətində platforma rolunu oynayacaq.

Artıq ikinci dəfədir keçirilən görüş zamanı qeyd olunub ki, bu orqanın yaradılması Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin formalaşdırılması üzrə mühüm əməli addım olacaq.

Xəzəryanı dövlətlərin HDQ nümayəndələrinin Sankt-Peterburqa səfəri aprelin 7-dək davam edəcək. Aprelin 6-da Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması üzrə işçi görüşün nəticələri üzrə protokol imzalanması planlaşdırılır.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...