THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xamneyinin müşaviri: ABŞ və tərəfdaşları Suriyada məğlub olacaqlar

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1515
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 noyabr 2015 – Newtimes.az

Suriya problemini hərbi deyil, yalnız siyasi danışıqlar yolu ilə həll etmək olar. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali lideri Ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri və İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti deyib.

Ə.Vilayəti bildirib ki, ABŞ və regionda Suriya xalqının taleyini müəyyənləşdirmək istəyən digər qüvvələr məğlub olacaqlar: "Çünki onların Suriya xalqının taleyi ilə bağlı qərar qəbul etmək haqqı yoxdur. İran, İraq, Livan və Rusiya Suriyanın yanındadır. Biz qələbəyə ümid edirik. İran Suriya dövləti və xalqını sonadək dəstəkləyəcək".

O, qeyd edib ki, ABŞ və regionun bəzi ölkələri İran və Rusiyanın Suriyanı dəstəkləməsini istəmir: ''İran və Rusiya Suriyanı dəstəkləməkdə davam edəcəklər. Biz Suriyanın parçalanmasına qarşıyıq və var gücümüzlə bunun qarşısını almağa çalışacağıq. Müzakirələrdə bu məsələni diqqətdə saxlayacağıq''.

Ə.Vilayəti əlavə edib ki, İran problemin həlli üçün Suriya dövləti və xalqının razılığı olmayan heç bir çıxış yolunu qəbul etmir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...