THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fransa Qüdsdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edir

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
961
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 oktyabr 2015 – Newtimes.az

Fransa Qüdsün müqəddəs yerlərində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifi ilə BMT-yə müraciət edəcək.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Paris bu məqsədlə hazırladığı qətnamə layihəsini BMT-nin Baş Assambleyasına təqdim etməyə hazırlaşır.

Bölgədə status-kvonun qorunmasına nail olmaq istəyən Fransa rəhbərliyi hesab edir ki, müşahidə missiyası yəhudilərlə ərəblər arasında gərginliyi azaldacaq.

Sənədin ilkin variantı artıq "bir sıra dost dövlətə", o cümlədən ABŞ və İsrailə göndərilib.

Ancaq qətnamə layihəsinin qəbul edilməsi ehtimal olaraq görünür. Çünki veto hüququna malik olan ABŞ artıq məsələyə mənfi münasibət bildirib.

BMT-nin qeyri-daimi üzvü olan İordaniya da qətnaməni dəstəkləməyəcək. 1994-cü ildə İsrail ilə İordaniya arasında imzalanan sülh sazişinə əsasən, Qüdsün bütün müqəddəs yerləri Haşimilər Krallığının "nəzarəti altındadır".

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...