THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə mətbuatı: "ABŞ terrorçu PKK-ya "Stinger" silahı verib"

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
651
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 oktyabr 2015 – Newtimes.az

ABŞ-ın Suriydada "PYD"yə ("Demokratik Birlik Partiyası" – PKK-nın Suriyadakı qolu) verdiyi silahların terrorçu PKK-ya getdiyi dəqiqləşib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu silahlar arasında "Stinger" zenit-raket kompleksi də var.

Məlumatda bildirilib ki, həmin kompleksdən Rusiya və ABŞ qırıcılarına qarşı deyil, Türkiyənin döyüş təyyarələrinə qarşı istifadə ediləcəyi istisna olunmur.

Türkiyə mətbuatı yazır ki, "Suriya Demokratik Qüvvələri" adı verilən silahlı qruplaşmanın əsasını "PYD" təşkil edir: "Bu qruplaşma "Demokratik Birlik Partiyası"nın ən azı 20 min, ərəblərin isə 5 min silahlısından formalaşıb.

Suriyanın şimalında, "PYD"nin nəzarəti altında olan ərazidə isə terrorçu PKK-nın 2 min 400 silahlısının olduğu haqda məlumat yayılıb".

Mətbuat xatırladır ki, bu günlərdə ABŞ Müdafiə Nazirliyinin təmsilçisi İŞİD-in əlində təyyarə olmadığını bildirmişdi: "Bu səbəbdən də onlara zenit-raket qurğuları verməyimizə ehtiyac yoxdur. Bundan başqa, çiyindən atılan zenit raketlərinin terrorçuların əlinə keçməsinin yaradacağı təhdidin də fərqindəyik. Ona görə bu silah-sursatın terrorçuların əlinə keçməsini istəmərik".

Xatırladaq ki, bu günlərdə ABŞ "PYD"yə 50 ton və ya 27 konteyner silah-sursat verib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...