THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İranın Nəzarət Şurası nüvə proqramı haqqında qanunu təsdiq edib

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
877
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 oktyabr 2015 – Newtimes.az

İran İslam Respublikasının Nəzarət Şurası ölkə parlamentinin nüvə proqramına dair qəbul etdiyi qanunu təsdiq edib.

AZƏRTAC-ın məlumatına görə, Şuranın nümayəndəsi Nicatullah İbrahimian mətbuata verdiyi açıqlamada bildirib ki, qanun bütün Şura üzvlərinin müsbət rəyi əsasında təsdiq edilib.

Qanun İran hökumətinə nüvə proqramına dair Qərb dövlətləri ilə əldə etdiyi razılaşmanı həyata keçirmək imkanı verir.

Nəzarət Şurası İranın mühüm hakimiyyət orqanlarındandır. Bu orqan İran İslam Şurasının qəbul etdiyi bütün qanunları təsdiq etdikdən sonra həmin qanun qüvvəyə minir. Şura bu və ya digər qanunu geri qaytarıb yenidən hazırlanmasını tələb etmək səlahiyyətinə malikdir.

Nəzarət Şurasının 12 üzvü var. Onların 6-sı İranın Ali Rəhbəri Ayətullah Xamneyi tərəfindən təyin edilir, 6-sı isə hüquqşünas olmaqla parlamentdə səsvermə əsasında seçilir. Şuraya seçkilər 6 ildən bir keçirilir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...