THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Moqerini Netanyahu və Abbasla İsrail və Fələstindəki vəziyyəti müzakirə edib

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
739
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 oktyabr 2015 – Newtimes.az

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Federika Moqerini Fələstin lideri Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahu ilə İsrail və Fələstində zorakılığın şiddətlənməsini müzakirə edib.

Mahmud Abbas vəziyyəti nəzarət altında saxlamaq qətiyyətinə, Netanyahu isə Məbəd dağının status-kvosunun saxlanılmasına əmin edib.

SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə Avropa xarici siyasət xidmətinin məlumatında deyilir: "Telefon danışıqları zamanı F.Moqerini "sakitliyə səy göstərməyin, dözümlülüyə çağırmağın və gərginliyi artıracaq fəaliyyətdən çəkinməyin zəruriliyini vurğulayıb". Federika Moqerini mülki şəxslərə qarşı terror aktlarını pisləyib və qeyd edib ki, istənilən reaksiya proporsional olmalıdır".

Netanyahu və Abbasla danışığı zamanı Moqerini bildirib ki, tərəflər ilk növbədə "vəziyyəti yaxşılaşdıracaq və yekun status haqqında danışıqlar yoluna qaytaracaq əhəmiyyətli addımları razılaşdırmalıdırlar".

"Mahmud Abbas yüksək nümayəndəni əmin edib ki, o, vəziyyəti nəzarət altında saxlamaq niyyətindədir.

Baş nazir Netanyahu yenidən yüksək nümayəndəyə müqəddəs obyektlərin status-kvosunu saxlamaq öhdəliyi barədə bildirib", – kommunikedə deyilir.

Hər iki lider "Yaxın Şərq kvarteti"nin Nyu-Yorkda baş tutan son görüşündə qeydə alınan anlaşma ruhunda işi davam etdirmək istəyini ifadə edib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...