THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bəşər Əsəd istefa verməyə hazırdır – Prezidentdən açıqlama

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
687
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 oktyabr 2015 – Newtimes.az

Suriya prezidenti Bəşər Əsəd istefa verməyə hazır olduğunu bəyan edib.

"Qafqazinfo'' ''Anspress''ə istinadən xəbər verir ki, İranın "Khabar TV" telekanalına müsahibə verən Əsəd Suriya münaqişəsinin həlli üçün istefa verə biləcəyini bildirib. ''Əgər mənim gedişim münaqişəni həll edəcəksə, mən şübhəsiz ki, bunu edəcəm'' – deyə Bəşər Əsəd öz mövqeyini ifadə edib. Suriya prezidenti qeyd edib ki, kimin prezident olacağını xalq müəyyən etməlidir. O xatırladıb ki, ötən il baş tutan prezident seçkilərində ölkə əhalisi onun namizədliyini dəstəkləyib.

''Mənim istefamın münaqişənin həllinə müsbət təsir göstərəcəyinə inananlar, seçkilərdə iştirak edərək öz mövqelərini sübut etməyə çalışmalıdırlar. Biz buna etiraz etmirik'', – deyə Əsəd vurğulayıb.

Əsəd həmçinin qeyd edib ki, Suriyada bütün əməliyyatlar terrorçuluğun ləğvinə yönəldilib. ''İstənilən siyasi qərar üçün ölkədə sabitlik vacibdir."

Suriya liderinin sözlərinə görə, rəsmi Dəməşq müxalifətlə siyasi dialoqa hazırdır, lakin üsyançılar terrorçulara heç cür təsir edə bilməzlər.

Bəşər Əsəd Suriya prezidenti postuna ilk dəfə 2000-ci ildə seçilib. 3 iyun 2014-cü ildə prezident seçkiləri zamanı seçici səslərinin 88,7%-ni qazanan Əsəd bu vəzifəyə 3-cü dəfə seçilib. Lakin seçkilər vətəndaş müharibəsi şəraitində keçirildiyindən, Suriyadakı müxalifəti dəstəkləyən bir sıra ölkə nəticələri tanımayıb.

Suriyada vətəndaş müharibəsi ''Ərəb baharı" hadisələri fonunda 2011-ci ildə başlayıb. 2013-cü ildən etibarən Suriya ərazisində fəaliyyət göstərməyə başlayan İŞİD silahlı qruplaşması vəziyyəti bir az da gəlizləşdirib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...