THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Neftin qiymətinin ucuzlaşması Körfəz ölkələrində büdcə tarazlığını pozur

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
735
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 oktyabr 2015 – Newtimes.az

Gəlirlərinin böyük hissəsi neft ixracına bağlı olan Körfəz ölkələri neftin qiymətinin ucuzlaşması ilə iqtisadi və maliyyə problemləri ilə qarşılaşa bilərlər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mərkəzi Londonda yerləşən ''Energy Aspects'' məsləhətçilik şirkətinin neft analitiki Virendra Kauhan bu qənaətdədir. O, neftin qiymətinin ucuzlaşmasının Körfəz ölkələrinin dövlət büdcəsinə mənfi təsir edəcəyini bildirib.

Neftin qiymətlərinin 2014-cü ilin iyunundan bu vaxtadək 60 faizə qədər ucuzlaşması və yaxın zamanda 70 dollardan aşağı olacağına dair proqnozlar gəlirlərinin demək olar ki hamısını neftdən əldə edən ölkələr üçün müəyyən narahatlıqları gündəmə gətirib. Əsasən də son 10 ildə artan neft qiymətləri ilə əlaqədar təxminən 2,5 trilyon dollarlıq ehtiyata sahib olan və Orta Şərqin böhranlarla sarsıldığı bu dövrdə, neft sərvətinin təmin etdiyi maliyyə gücü ilə siyasi, ictimai və iqtisadi tarazlıqlarını qorumağı bacaran Körfəz ölkələri baş verə biləcək təhlükədən ən çox təsirlənəcək bölgələr arasında yer alırlar. Neftin qiymətlərinin uzun müddət hazırki səviyyədə qalması və ya ucuzlaşması Körfəz ölkələrində dövlət büdcənə xeyli zərər vuracaq. Bu vəziyyət ötən vaxtlarda Səudiyyə Ərəbistanının büdcəsindəki azalmanın qarşısını almaq üçün dünyanın ən böyük fondlarındakı 70 milyard dollarlıq sərmayələrini geri qaytarmasına da səbəb olub.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...