THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Şimali və Cənubi Koreya arasında danışıqlar bərpa olundu

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1120
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 avqust 2015 – Newtimes.az

Koreya Xalq Demokratik Respublikası (KXDR-Şimali Koreya) və Cənubi Koreya arasında danışıqlar avqustun 23-də bərpa edilib.

"Qafqazinfo''nun məlumatına görə, Cənubi Koreyanın YTN telekanalı xəbər verir ki, hərbi qarşıdurmanın səngidilməsi məqsədilə aparılan danışıqlar bağlı qapılar arxasında keçirilir.

Danışıqların məzmunu açıqlanmır.

Danışıqlarda Cənubi Koreyadan prezidentin təhlükəsizlik məsələləri katibi Kim Hvan Çjin və milli birlik üzrə nazir Hon Yon Pxye, KXDR tərəfdən isə Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəhbəri Hvan Byon So və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin birlik məsələləri üzrə şöbəsinin rəhbəri Kim Yan Qon iştirak edir.

Şimali və Cənubi Koreya arasında yaranan böhranın nizamlanması məqsədilə danışıqlar 10 saat davam edəndən sonra fasilə verilmişdi.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət avqustun 20-də gərginləşib. Cənubi Koreya bəyan edib ki, ABŞ-la birgə hərbi təlimlər keçirilən zaman KXDR ərazisindən artilleriya atəşinə məruz qalıb. Cənubi Koreya artilleriyası atəş nöqtəsinə cavab zərbələri endirib.

Şimali Koreya isə öz növbəsində bəyan edib ki, Cənubi Koreya heç bir səbəb olmadan atəş açıb.

Nəticədə tərəflər bir-birini təxribatda ittiham edərək, qisas alacaqları ilə hədələyib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...