THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya Ermənistan ilə nüvə təhlükəsizliyi üzrə saziş layihəsini təsdiq edib

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
922
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 iyul 2015 – Newtimes.az

Rusiya Federasiyasının Nazirlər Kabineti Ermənistan ilə nüvə və radiasiya təhlükəsizliyi sahəsində informasiya mübadiləsi və nüvə qəzası barədə operativ məlumatlandırma haqqında hökumətlərarası saziş layihəsini təsdiq edib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı Rusiyanın rəsmi hüquqi informasiya internet portalında dərc olunub.

Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən təqdim olunan hökumətlərarası saziş layihəsi Xarici İşlər Nazirliyi (XİN) və digər maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılıb, həmçinin erməni tərəfi ilə əvvəlcədən işlənib.

Hökumətin sərəncamı ilə "Rosatom"a XİN ilə birgə erməni tərəfi ilə danışıqlar aparmaq və razılıq əldə olunduqdan sonra Rusiya hökuməti adından saziş imzalamaq tapşırığı verilib.

Hazırda regionda yeganə atom elektrik stansiyası (AES) Ermənistanda fəaliyyət göstərir. Obyekt Metsamor şəhəri yaxınlığında (İrəvandan təqribən 30 km cənubda) yerləşir. AES 1980-ci ildə işə salınıb və 1988-ci ilin dekabrında 25 min nəfərin ölümü ilə nəticələnən Spitak zəlzələsindən sonra 1989-cu ilin martında dayandırılıb. AES 1995-ci ilin noyabrında respublikada yaranan kəskin enerji böhranı səbəbindən təkrar olaraq işə salınıb.

Ermənistan tərəfi AES-in dünyanın ən təhlükəsiz obyekti olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışır.

Lakin, bu yaxınlarda "National Geographic" jurnalı stansiyanın işi və onun təhlükəsizlik məsələlərinə həsr olunmuş "Dünyanın ən təhlükəsiz stansiyası Metsamor AES-dirmi?" başlıqlı məqalə dərc edib. Məqalənin ilk cümləsi Ermənistan tərəfinin uydurduğu bütün arqumentləri təkzib edir və onların hamısını tamamilə əsassız edir.

"Dizaynın pis uyğunlaşdırılması, yerləşmə və istismar dövrü Metsamor AES-si dünyanın ən təhlükəli atom qurğularından biri edir", – deyə məqalədə bildirilir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...