THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan yüksək məbləğdə cərimələnə bilər

Siz buradasınız: Əsas səhifə »» ASİYA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
799
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 iyun 2015 – Newtimes.az

İyunun 13-ü "Avro-2016"-nın seçmə mərhələsində baş tutan Ermənistan-Portuqaliya oyununun 43-cü dəqiqəsində hazırda həbsdə olan siyasi fəal, "Seqakron" partiyasının prezidenti Şanta Arutyunyanın oğlu Şagen Arutyunyan meydana çıxaraq qaçmağa başlayıb.

Bu barədə ''Trend'' Ermənistan mətbuatına istinadən məlumat verir.

Ş.Arutyunyan bununla atasının və digər siyasi fəalların həbsinə etiraz edib. Oyun 3 dəqiqə müddətinə dayandırılıb və səbəbkar asayiş keşikçiləri tərəfindən stadiondan çıxarılıb.

Bununla əlaqədar UEFA nümayəndəsi xüsusi raport hazırlayıb. Bu raport əsasında tezliklə UEFA tərəfindən inzibati qərar qəbul ediləcək.

Xatırladaq ki, meydana çıxan tamaşaçı ilə əlaqədar oyun dayandırılarsa, ev sahibliyi edən tərəf 80-130 min avro məbləğində cərimələnir. Ş.Arutyunyanın əlində siyasi plakat tutduğunu da nəzərə alsaq, bu ciddi qayda pozuntusu hesab edilir.

Hadisə təkrarlanarsa, Ermənistanı minimum bir ev görüşünü tamaşaçısız keçirmək təhlükəsi gözləyir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...