THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ Dövlət Departamentinin rəsmisi: "İrana zərbələr endirə bilərik"

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
24158
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 may 2022 – Newtimes.az

Lazım gələrsə, ABŞ İranı cilovlamaq üçün zərbələr endirməyə hazırdır.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.

"Biz İranın sabitliyi pozan davranışlarına yönəlmiş sanksiyaları tətbiq etməyə davam edəcəyik. Bundan başqa, biz İsraillə, Fars körfəzindəki tərəfdaşlarımızla, avropalılarla müdafiə xətlərimizi gücləndirmək, dinamik şəkildə regionda qüvvələr yerləşdirmək, o cümlədən uzun mənzilli bombardmançı təyyarələrin uçuşlarını həyata keçirmək, dəniz təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Bütün bunlar İranın öz pilotsuz uçuş aparatlarını, ballistik raketlərini, hərbi avadanlığını silahlı qruplara və qeyri-dövlət subyektlərinə daşımaq imkanını məhdudlaşdırmaq və bu yolla əldə edilən maliyyə axınını kəsmək, həmçinin, lazım gələrsə, müdafiə zərbələri endirmək, İranı, tərəfdaşlarını və onun əli ilə fəaliyyət göstərən qüvvələri bizə hücum etməkdən çəkindirmək məqsədi daşıyır", – deyə Melli bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...